İsveç bir çox miqrantın arzusudur desək yəqin ki, yanılmarıq. Bir çoxları bu ölkədə yaşamaq, təhsil almaq istəyir. Bəs görəsən İsveçdə müvəqqəti yaşamaq hüququnu necə qazanmaq olar? Oxuculara İsveçdə müvəqqəti yaşamaq üçün bir neçə qaydanı təqdim edirik.
Aviabiletlərin qiyməti üçün tarix seçin
- İsveç Krallığında yaşamaq hüququ qazanmaq üçün burada iş təklifi almaqla yaşamaq olar. İş təklifi almaq bu ölkədə elə də asan deyil. Çünki əmək bazarı İsveçdə elə də çox deyil. Təlabat isə əsasən yüksək ixtisaslı peşəkarlaradır. Misal olaraq İT sahəsində yüksək ixtisaslı kadrlara ehtiyac var.
- Əgər bu ölkədə yaxın qohumlarınız yaşayırsa buna görə də müvəqqəti yaşamaq hüquqi qazanmaq olar.
- Ölkənin vətəndaşı ilə ailə qurmaqla bu ölkədə yaşamaq hüquqi əldə etmək, İsveçdə də keçərlidir.Lakin bu qaydalar elə də asan deyil. Belə ki, ailənin həqiqtən qurulduğunu bilmək üçün dövlət rəsmiləri həmin ailə ilə 6 aydan bir görüş keçirir. Bu 2 il davam edir.
- Biznes immiqrasiyası – Bu ölkədə biznes açmaqla da uzun müddətə İsveçdə yaşamaq hüquqi sənədini əldə etmək olar.
Stokholm-da ən ucuz otelllər
Məlumat üçün bildirək ki, adı çəkilən sənədi əldə etmək üçün müraciət edən şəxs İsveçin ölkədəki səfirliyinə müraciət etməlidir. Müraciət müsbət dəyərləndirildikdən sonra həmin şəxs səfirliyə görüşə çağrılır və bu mərhələni də uğurla keçən şəxs İsveçdə bir müddətlik yaşamaq hüququ qazanır. MYH hər kəsə individual yanaşılmadan sonra verilir. Bu müddət əsasən 6 ay və ya 1 il müddətinə verilir.
Xatırladaq ki,Avropa ölkələrində yaşamaq hüququ kartı 2011-ci ilin 20 mayından etibarən Residence card-lar əvəz edir. Əvvəllər isə kartların əvəzinə kağızdan ibarət stikkerlər idi. Yeni kartlarda sahibinin biometrik göstəriciləri və iki barmağının izi yer alır.