Uçuş – yorucu bir işdir, buna görə də salonda uğurlu yer seçimi az vacib deyildir. Birinci və biznes dərəcəli salonlarda yerlər arasında xüsusi fərq yoxdur. Bunu ekonom dərəcəli yerlər haqqında demək olmaz. İdeal variant bilet alarkən yerin də sifariş edilməsidir. Turistik agentliyin əməkdaşı demək olar ki həmişə sizə bu işdə kömək edəcəkdir. Lakin elə aviaşirkətlər var ki, təyyarədə yerin əvvəlcədən bronlaşdırılması xidmətini təqdim etmirlər.
Təyyarədə yerin seçilməsi bir çox hallarda sərnişinin arzusundan asılı olur. Elə sərnişinlər var ki, illüminatorun yanındakı yerləri sevirlər. Digərləri çıxışın yanındakı yerlə xoşlayırlar. Mütəxəssislər inandırırlar ki, qanadların yanında daha az silkələnmə olur, quyruqdakı yerlər isə daha təhlükəsizdir.
Xidmət dərəcəsi
Aviabiletin qiymətindən asılı olaraq sərnişinlərə üç dərəcə üzrə xidmət göstərilir: birinci, biznes və ekonom dərəcəli. Bu cür təsriflənmə beynəlxalq aviaşirkətlərin çoxunda qəbul olunmuşdur.
Birinci dərəcəli biletlər rahat uçuşun bütün gözəlliklərini hiss etməyə imkan verəcəkdir. Sizə müxtəlifçeşidli menyu, məhdudiyyət qoyulmadan spirtli və alkoholsuz içkilər təklif olunacaqdır. Bundan əlavə, aeroportda qeydiyyat üçün ayrıca masa ayrılır, birinci dərəcəli gözləmə zalında isə pulsuz alkohollu və alkoholsuz içkilər və qəlyanaltılar Sizi gözləyir. Təyyarəyə minmə və düşmə birinci növbədə sizin üçün təmin olunur.
Biznes dərəcədə servisin səviyyəsi yüksəkdir, oturacaqlar arasında məsafə artırılmışdır, yaxşı şərabların da daxil olduğu menyu müxtəlifçeşidlidir – bütün bunlar uçuş zamanı özünüzü rahat hiss etməyə imkan verir.
Ekonom dərəcəli sərnişinlərə Avropa standartlarına uyğun oturacaqlar və uçuşun vaxtından, müddətindən və marşrutdan asılı olaraq qidalanma, şərab, şirələr və alkoholsuz içkilər də təklif olunur.
Xüsusi Qidalanmanın Sifarişi
Xüsusi qidalanma sifarişi xidmətini təqdim edərkən Aviaşirkət təyyarədə sərnişinin özünü yalnız xüsusi qonaq kimi hiss etməsinə can atmır, həm də hər bir səyahətin unudulmaz olmasına çalışır. Əgər sizin xüsusi tələbatlarınız varsa, bronlaşdırma proseduru zamanı, yaxud ən azından, sizin reysinizin cədvələ uyğun olaraq, yola düşməsinə 24 saat qalmış siz xüsusi qidalanma sifariş edə bilərsiniz və Aviaşirkət ya sizin sifarişinizi təsdiqləyəcək, ya da belə bir xidmətin göstərilməsinin imkansız olması barədə məlumat verəcəkdir. Xahiş edirik, əgər sizin hansısa ərzaqlara allergiyanız varsa, həmişə əvvəlcədən xəbərdarlıq edin.