Yeni innovasiyalı oyuncaqlar beynəlxalq reyslərdə təqdim olunur və ən balaca səyahətçilərə uçuş vaxtını şən keçirməyə kömək edir.
Beynəlxalq istiqamətlər üzrə ən çox uçuş yerinə yetirən və ən çox ölkəyə uçan “Türk Hava Yolları” aviaşirkəti ətraf mühitin qorunması sahəsində dəfələrlə müxtəlif mükafatlara layiq görülən siyasətinə sadiq qalaraq sərnişinlərin səyahətinin daha maraqlı və rahat olması üsullarını tapmağa davam edir.
Bu ilin yanvar ayından etibarən avişirkət uçuş zamanı təqdim etdiyi oyuncaqlar dəstini tam yeniləyib. İndi sözügedən oyuncaqlar yalnız təbii materiallardan hazırlanır. Bunula da şirkət plastik kütlənin uşaqlara və ətraf mühitə mümkün olan mənfi təsirini etiraf edir. “Türk Hava Yolları” fəaliyyətinin hər bir aspektinin aviaşirkətin ekoloji səmərəli inkişaf hədəflərinə və ekoloji təhlükəsizliyə dair siyasətinə uyğun olması üçün əlindən gələni əsirgəmir.
Xüsusilə “Türk Hava Yolları” üçün hazırlanmış yeni oyuncaqlar uçuş zamanı 3-12 yaş arasında olan gənc səyahətçiləri əyləndirəcək. Eyni zamanda, oyun vasitəsilə uşaqlar nəsli kəsilmək təhlükəsi olan heyvanların növləri ilə tanış olacaqlar. “Türk Hava Yolları” Ümumdünya Vəhşi Təbiət Fondunun Türkiyə bölməsi ilə birgə heyvanların qorunması vacibliyini aşılamağa çalışır ki, dünyanın varisləri onun qarşısında məsuliyyət daşıyan məhz bu günün uşaqlarıdır.
Yumşaq oyuncaqlar pambıqdan, taxta detalları isə Meşə Qəyyumluq Şurası tərəfindən müəyyən edilmiş ekoloji təhlükəsizlik qaydalarına uyğun olaraq hazırlanır.
Ekoloji təmiz məhsuldan və qablaşdırmadan istifadə edərək “Türk Hava Yolları” innovasiya siyasətini davam etdirir. Bu dəfə aviaşirkət oyuncaq istehsalçısı ilə ekoloji-sosial məsuliyyət və sərnişinlərin sağlamlığının qayğısı çərçivəsində əməkdaşlıq edib ki, bunula da balaca səyahətçilərin canlı təbiət haqqında məlumatlarını artırmış olur.