Təyyarə ilə ilk uçuş sizə xeyli yeni təəssüratlar bəxş edəcək. Lakin, ilk dəfə səyahətə çıxan insan üçün bəzən bütün qeydiyyat prosedurları mürəkkəb görünə bilər.
Təyyarə ilə ilk dəfə səyahət edənlərdə bir çox suallar yaranır: yükü necə qablaşdırmaq lazımdır, hava limanına nə vaxt gəlmək lazımdır, harada qeydiyyatdan keçmək lazımdır və s. Məhz bu səbəbdən təyyarə ilə ilk dəfə səyahət edənlər üçün bəzi məsləhətləri diqqətinizə çatdırırıq.
Baqajın hazırlanması
Çamadanınızı və əl çantanızı əvvəlcədən yığın və yükü baqaja təhvil verin. Əl çantanıza sənədləri, zinət əşyalarınızı və bahalı texnikanı qoya bilərsiniz (noutbuk, fotoaparat). Bunu əvvəlcədən etmək lazımdır ki, hava limanında əşyaları bir-bir nöləşdirmək məcburiyyətində qalmayasınız.
Unutmayın ki: pulsuz daşınma ekonom-sinif üzrə 20 kq-dək, biznes-sinif üzə isə 30 kq-dək yük üçün nəzərdə tutulub.
Əgər loukosterlərnən səfər edirsinizsə, bu zaman baqajın keçirilməsi üçün əlavə ödəniş nəzərdə tutula bilər. Ekonom sinifdə səyahət etdiyiniz zaman, yükünüz 20 kq-dan artıq olarsa istənilən aviaşirkət yükün ağırlığına uyğun sizdən əlavə ödəniş tələb edəcək. Tarif adətən qeydiyyat masasının yanında göstərilir.
Hava limanında
Hava limanına daxil olduqdan sonra ilk növbədə qeydiyyatdan keçin. Bunun üçün hava limanına təxminən 2-3 saat əvvəl gəlmək lazımdır. Yaxşı olar ki, qeydiyyat üçün əvvəlcədən gəlib təlaş olmadan rahat işinizi görəsiniz. Nəzərə alın ki, bəzi uçuşlara qeydiyyat bir saat qalmış bitə bilər.
Yoxlama
Qeydiyyatdan sonra siz xüsusi yoxlamadan keçməli olacaqsınız. Çantanız qadağan olunmuş əşya və maddələrin keçirilməməsi üçün yoxlanılacaq. Bəzən gömrük əməkdaşları bu mərhələdə pasport və vizanı tələb edə bilərlər. Bundan başqa təhlükəsizlik xidmətinin əməkdaşları sizin çantanızla bağlı bəzi dəqiqləşdirici suallar verə və çantanın içinə baxmağı xahiş edə bilərlər.
Gömrük nəzarəti
Qeydiyyat və yoxlamadan keçdikdən sonra hava limanında siz iki dəhliz görəcəksiniz: qırmızı və yaşıl. Əgər siz özünüzlə yazılı bəyan etmək lazım olan xüsusi əşyalar aparmırsınızsa, bu zaman yaşıl dəhlizə keçə bilərsiniz (“Nothing to declare”). Qırmızı dəhliz isə digər sərnişinlər üçündür: “Goods to declar”.
Təyyarəyə necə daxil olmaq lazımdır?
Biletinizdə çıxış yolunun (Gate) nömrəsini tapın. Sizin reysə elan başladıqda həmin çıxışa yaxınlaşın. Burada dayanan əməkdaşa biletinizi və pasportunuzu təqdim edin. Biletin bir hissəsini sizə qaytaracaqlar ki, onu itirməməlisiniz, çünki o məntəqəyə çatdıqdan sonra yükün alınması üçün lazım olacaq.
Təyyarədə
Unutmayın ki, stüardessaların və pilotun səsucaldan üzrə tələblərinə birbaşa əməl olunmalıdır. Uçuşa hazırlaşarkən salonda bütün işıqlar söndürülməli, bütün pərdələr açıq olmalı, telefonlar, noutbuklar və s. çantalara yığılmalı, açılan masalar yığılmalı, təhlükəsizlik kəmərləri mütləq bağlı olmalıdır.
Bütün bunlar sərnişinlərin qəza vəziyyəti yarandıqda olanları mütəşəkkil qəbul edib operativ evakuasiya edilə bilməsi üçündür. Bütün bu tədbirlər yerüstü xidmətləri təyyarənin daxilində baş verən hadisələri qiymətləndirməyə kömək edir. Təyyarə havaya qalxdıqdan sonra salonun işığı yandırılacaq və siz kəmərləri aça biləcəksiniz.