Adətən hava limanlarında reysləri gözləmə və yerdəyişmə zamanı biz istəmədən daha çox vaxt itiririk. Lakin hava limanında bir neçə saat vaxt keçirmək – darıxmaq demək deyil. İri hava limanlarının əksəriyyətində turistlərə vaxtlarını səmərəli keçirmək imkanı verən bəzi xüsusiyyətlər var.
- Schiphol Airport: Amsterdam
- Hava limanının saytı: Schiphol.com
Amsterdam Schiphol Airport hava limanının nəzarət qülləsinin sonuncu mərtəbəsində VVAQ fəaliyyət göstərir. Cütlüklər burada öz nikahlarını bağlaya və sonra səyahətə yollana, və ya Mercure Schiphol Terminal otelində gecələmə və toy səyahətindən ibarət xüsusi toy paketini sifariş edə bilərlər. Bundan əlavə “yeni evlənən cütlüyü” və onların 25 qonağını ziyafət yerinə gözəl şəkildə çatdıracaq retro Douglas Dakota təyyarəsini icarəyə götürmək mümkündür.
- Heathrow Airport: London
- Hava limanının saytı: Heathrowairport.com
Londonda Hitrou hava limanının 1 və 3 Terminalları arasında Müqəddəs Georgi kilsəsi yerləşir ki, burada bir çox dinlərin nümayəndələri ibadət edə bilər. Kilsəni köhnə qalanın yaxınlığında yeraltı bunkerdə tapmaq mümkündür.
- Vantaa Airport: Helsinki
- Hava limanının saytı: Helsinki-vantaa.fi
Helsinkinin Vantaa hava limanında, şəhər evi tərzində tərtib edilmiş Almosthome lounge adlı gözləmə zalı fəaliyyət göstərir. Burada yumşaq divanlar, kitabxana, televizor, kompüter, yataq otağı və hətta mətbəx də var. İstirahət edənlər soyuducuda olan məhsullardan özlərinə nahar hazırlaya bilərlər. Burada yemək və əyləncə daxil istirahət – 45 avroya başa gələcək.
- Lennart Meri Tallinn International Airport: Tallin
- Hava limanının saytı: Tallinn-airport.ee
Tallinin beynəlxalq hava limanında Skype vasitəsilə ünsiyyət yaratmaq üçün pulsuz kabinə mövcuddur. Layihə eksperiment kimi yaransa da, bir neçə il ərzində sərnişinlər tərəfindən böyük marağa səbəb olmuşdur. Zahirən kabinə adi telefon budkasına bənzəsə də, daxilində sensor ekran, veb-kamera və qarnitur quraşdırılıb.
- Frankfurt Airport: Frankfurt
- Hava limanının saytı: frankfurt-airport.com
Frankfurt hava limanında kazino fəaliyyət göstərir. Müəssisə 1 saylı Terminalda yerləşir. Kazinonun girişində sizdən geriyə olan aviabiletinizi tələb edəcəklər ki, uduzacağınız zaman geri qayıdacağınızın zəmanəti olsun.
- Vancouver International Airport: Vankuver
- Hava limanının saytı: yvr.ca
Vancouver International Airport – Kanadanın ən qocaman hava limanlarından biridir. Hava limanı bir neçə il əvvəl yenidən təmir edilib və beynəlxalq Terminalında 850 növ balıq, delfinlər, meduzaları və digər okean sakinləri olan okeanarium tikilib. Okeanarium təkcə əyləncə funksiyasını daşımır, sualtı həyata bir qrup ixtioloq alim nəzarət edir.
- Chek Lap Kok Airport: Honkonq
- Hava limanının saytı: Hongkongairport.com
Gözləmə saatlarını rəngləndirmək üçün Asiyada Chek Lap Kok Airport hava limanında 4D formatlı ən iri kinoteatr quraşdırılıb. Kinoteatr Terminal 2-də SkyPlaza əyləncə zonasında yerləşir və bir neçə zaldan ibarətdir: adi, 3D və 4D. 4D zal nəinki həcmli görüntü, həm də xüsusi effektləri ilə fərqlənir.
- Changi Airport: Sinqapur
- Sayt: Changiairport.com
Changi Beynəlxalq hava limanı – iki Terminalda yerləşən böyük ticarət mərkəzidir. Burada 160-ə yaxın mağaza, o cümlədən standart duty free, butiklər və tanınmış luxury-brendlərin mağazaları yerləşir.