Yükünüzü necə yerləşdirə bilərsiniz?
Çox vaxt uçuşdan sonra çamadanınızı açarkən tələsik və dağınıq şəkildə yığdığınız əşyalarınız ilə üzləşirsiniz.
Bunu düşünən insanlar əşyalarınızın çamadanınızda tutduğu yerə uyğun və vaxtınıza qənaət edən “orqanayzer” adlanan kiçik çantalar icad etdilər.
“səyahət üçün orqanayzer” nədir?
Orqanayzerlər fərqli ölçüdə, düzbucaqlı və ya kvadrat formada, parçadan, yanları metal çərçivədən olan konteynerlərdir. Əşyalarınızı orqanayzerlərə yığıb daha sonra çamadana və ya bel çantasına rahat yerləşdirə bilirsiniz.
Suallar və şübhələr
Bəziləri deyə bilər ki, valideyinlərimiz, nənə və babalarımız həyatı boyunca heç bir kub ya parallepipeddən istifadə etmədən normal şəkildə əşyalarını çamadana yığıblar. Lakin orqanayzerlərin üstünlüyü əşyaların düzgün şəkildə çantalara ayırıb yığıla bilinməsindədir. Hər hansı bir əşya lazım olduqda siz artıq onu çamadanda qarışmış əşyaların arasında axtarmaq məcburiyyətində qalmayacaqsınız.
Hamısı bir formada və ölçüdədirmi?
Xeyr. Orqanayzerlər hər cür əşyalar yığmaq üçün, çamadanınızın ölçülərinə uyğun, düzbucaqlı, kvadrat, silindrik formalarda və müxtəlif uzunluqda, hündürlükdə və genişlikdə olurlar. Əgər ilk dəfə istifadə edəcəksizsə daha kiçik ölçüdə orqanayzerlər seçin ki, çamadanınıza yerləşdirməyi öyrənəsiniz. Həmçinin kimə aid olduğunu (əgər çamadan iki nəfərlikdirsə) rahat seçmək üçün müxtəlif rəngli orqanayzerlərdən istifadə etmək olar.
Bahalı və marka orqanayzer seçimi daha yaxşıdırmı?
Brend və isimsiz orqanayzer arasındakı fərqlər zəmanət və qiymətdir. Lakin forumlarda bir çox səyahətçi çox da baha olmayan orqanayzerləri seçdiklərini və onları illərdir işlətdiklərini söyləyirlər. Bu səbəbdən orqanayzerlərin istifadə müddəti daha çox səliqədən asılıdır.
Yumaq olarmı?
Bəzi istehsalçılar onların orqanayzerlərini yumaq mümkün olduğunu iddia edirlər. Etiket üzərində bunu təsdiqləyən işarəni görə bilərsiniz. Əgər yumağa icazə verilirsə bu, orqanayzerləri daha uzun müddət istifadə edə biləcəyiniz anlamına gəlir.
Bəs neçə ədəd alaq?
Əgər səyahətiniz 1-3 həftə sürərsə bu halda sizə 3-6 orqanayzer yetərlidir. Əlbəttə ki, bu sizin əşyaları yerləşdirmək bacarığınızdan və çamadanınızın ölçüsündən asılıdır.
Sonra artıq çəki üçün ödəniş edəcəyik?
Baqaj çəkisi səyahət edənlərin zəif nöqtəsidir. Kim istəyər, düzbucaqlı formaları çamadana yerləşdirərək çəkini artırsın. Narahat olmayın, əksəriyyəti demək olar ki, çəkisizdir.
Səyahətdən dönərkən təmiz və çirklilər bir yerdə olacaq?
Razıyıq, çox da yaxşı variant deyil. Köhnə fikirli olub əşyaları paketlərə ayırıb yığmaq da olar, lakin hətta çamadanının içində də bir üslubdan kənara çıxmamaq daha xoşdur.
Bəzi istehsalçılar bunu da nəzərə alıblar. Bəzi orqanayzerlərdə çirkli paltarlar üçün su keçirməz ciblər olur. Və yaxud dəstdə çirkli paltarlar üçün torba da olur.
Sonra da nəticədə paltarlar qırışır?
Bu halda problem artıq orqanayzerdə deyil. Çoxları əşyaları yığma qaydasını bilmirlər.
Əşyaları yığdıqdan sonra orqanayzer formasını dəyişir?
Bəzilərinin çərçivəsində prujin olduğu üçün formasını dəyişmir.
Doğrudan da orqanayzerlər çamadandakı yerə qənaət edir?
Bəzi insanlar sınaqdan keçirərək nəticədə orqanayzerlərin maksimum 5% yerə qənaət etdiyini aşkar ediblər. Bu yerə sadəcə bir suvenir və ya maqnit yerləşdirmək olar. Amma çamadanın yığılmağına daha az vaxt sərf olunacaq- bu dəqiqdir.
Yük üçün orqanayzerləri hardan almaq olar?
Ən yaxın çanta mağazalarından da əldə edə bilərsiniz. Amazon, Ebags və ya Aliexpress-dən onlayn sifariş etmək də olar.
Orqanayzerləri nə üçün sevirik:
- Çamadandakı səliqəyə görə
- Gözəl və tərz görünüşə görə
- Əşyaların asanlıqla tapılmasına görə
- Fərqli əşyalar üçün istifadə edə biləcəyimizə görə
- Əşyaları evdə elə həmin çantalara yığıb şkafa yerləşdirə biləcəyimizə görə