Dağlar, qara dəniz çimərliyi, xizəklə əyləncə, kabablar və dünyaca məşhur şərabın dadına harada baxmaq olar? Əlbəttəki Gürcüstanın paytaxtı Tiflisdə.
Gürcüstan – Qafqazda yerləşən, qərb hissəsi Qara dəniz sahilləri ilə yuyulan unikal ölkədir. Təbiət Gürcüstanda il boyu dincəlmək üçün bütün imkanlar yaradıb.
Sahildə hər zaman isti, dağları izə ucun müddət qarla örtülü olur. Bundan başqa Gürcüstanda kifayət qədər tarixi və mədəni obyektlər mövcuddur ki, bütün bunlar da vaxtınızın və səyahətinizin maraqlı keçəsinə şərait yaradır. Gürcüstana səyahət, demək olar ki, hər kəs üçün maddi olaraq uyğundur.
Gürcüstanın paytaxtı, min ildən artıq tarixi olan Tbilisi şəhəridir. Şəhərdə qədim kilsələrdən əlavə məscidlər, sinaqoqlar və xristian dininin müxtəlif məzhəblərinə mənsub dini ibadət yerlərinə rast gəlmək mümkündür. Şəhərdə gəzinti zamanı açıq havada muzey, qədim qala divarları, Tiflisdə unudulmaz zaman keçirəcəyinizə əminlik yaradacaq.
Tiflisə necə getmək olar?
Biz Sizə Bakıdan Tbilisiyə necə getməyin yollarını izah edəcəyik.
İlk olaraq qeyd edək ki, Azərbaycandan Gürcüstana getmək üçün viza tələb olunmur.
Azərbaycandan Gürcüstana getmək üçün ən populyar yollardan biri fərdi taksi xidmətidir. 10-20 Manat qarşılığı sizi Gürcüstan sərhədinə qədər apara bilərlər. Köhnə avtomobillərdə səyahəti rahatlıq və təhlükəsizliyinizi düşünərək uyğun görmədiyimiz üçün bu variantı tövsiyə etmirik.
Tbilisiyə getməyin ikinci yolu isə qatarladır. Bakıdan Tiflisə hər gün saat 21.10-da qatar yollanır. Tblisiyə isə yerli vaxtla 10.25-də çatır. Qatarların hərəkət cədvəli ilə yaxından tanış olmaq üçün bu keçidi klikləyin.
Bakıdan Tblisiyə getməyin ən sürətli yolu isə hava yolu ilə getməkdir. Uçuş müddəti təxminən 1 saat 10 dəqiqədir. Hazırda bu istiqamətdə həm Azərbaycan Hava yolları, Qatar AirWays və Türk hava yolları (birbaşa deyil) səyahət təklif edirlər.
Uyğun tarixə görə, münasib aviabilet qiymətləri ilə saytımızdan tanış ola bilərsiniz. AyBilet.az – 728 aviaşirkət, 40 bronlama sistemi və 5 agentlikdən qiymətləri toplayaraq, ən ucuzunu sizə təqdim edəcək. Videonu izləyərək, evinizdən çıxmadan sərbəst şəkildə müxtəlif istiqamətlərə aviabilet ala bilərsiniz.
Tbilisidə harada qalmaq olar?
Gediş yolunu seçdikdən sonra qalma yerini təyin etmək lazımdır. Gürcüstanda turizm günü-gündən inkişaf etməkdədir. Paytaxatdan əlavə ölkənin bölgələrində də turistlər üçün otel və motellər fəaliyyət göstərir.
Tblisidə müxtəlif qiymətə qalma yeri tapmaq mümkündür. Otellərin qiymətləri yerləşdiyi ərazi və ulduz sayına əsasən artmaqdadır. Ən bahalı otellər mərkəzə yaxın ərazi olan Azadlıq meydanı və opera teatrının yaxınlığında yerləşir.
Beş ulduzlu oteldə gecələmək 295 lari, hosteldə isə gecələmək 25-37 lari arası dəyişməkdədir. Manatın Lariyə olan məzənnəsini öyrənmək üçün keçidi klikləyin.
Əgər Tblisinin mərkəzində yaşamaq istəyirsinizsə o zaman paytaxtın ən qədim rayonlarından olan Metexi-dəki mehmanxanalardan birini seçə bilərsiniz.
Öncədən ən uyğun qiymətə otel bron etmək üçün saytımızın təqdim etdiyi xidmətdən faydalana bilərsiniz. Bu xidmət vasitəsi ilə qiymətləri müqayisə edib, büdcənizə görə ən uyğununu seçə bilərsiniz. Sistem yüzlərlə oteldən qiymət təklifi alaraq, ən ucuzuna sizi istiqamətləndirəcək. Otel bronlaması üçün keçidi klikləyin.
Tbilisidə nə yeməli?
Səyahətimizin növbəti planlaması isə yemək olacaq. Gürcüstan mətbəxi unikallığı ilə dünyada məşhurdur. Gürcü yeməkləri, dağları qədər əzəmətli, Qara dənizi qədər gözəl və kilsələri qədər rəngarəngdir. Saçvili, Xarço, çaxoxbili, Gürcü xəngəli, libio, xaçapuri, kozinaki kimi yeməklərin dadını unutmaq mümkün deyil.
Tbilisidə ilk yeyiləcək yemək, Gürcü xəngəlidir. Gürcülər bu yeməyə xüsusi önəm verirlər. Yeməyin dadına baxmaq üçün heç də bahalı restorana getməyə gərək yoxdur. Şəhərdə istənilən yer altı kafeyə ensəniz bu dadlı yeməklə tanış olunacaqsınız.
Klassik naborda qozlu badımcan, xəngəllər, xaçapuri və pivə (şərab xəngəllə içilmir) təklif edilir.
Limonad sevənlər, təbii meyvə və tərxun şirəli Lagidze suyunu çox sevəcəklər. Təbii ki, Gürcüstanın məşhur Barjomi, Nabeqlavi mineral suyunun da dadına mütləq baxmalıdır.
Tbilisiyə gedib, Gürcüstanın milli şiriniyyatı olan qozlu çurçxelini dadmamaq da olmaz.
Tbilisidə haraları gəzməli?
Gəlmə, qalma yeri və yemək məsələsini həll etdikdən sonra gəzmək üçün marşurutu təyin etmək olar. Məbədlər, kilsələr, qalalar, şahı sarayı, monastr və milli parkı mütləq görmək lazımdır. Sizə, Tbilisidə mütləq səyahət etməli olduğunuz 10 yerin siyahısını təqdim edirik:
Köhnə şəhər
Tbilisini gəzməyə köhnə şəhərdən başlamaq lazımdır. Piyada gəzəcəyiniz bu məkanda qədim kilsələr, tarixi arxitekturalı binaları görmədən Tbilisiyə səyahət etdiyiniz sayılmaz. Hər qədim binanın öz unikal tarixçəsi var və demək olar ki, bütün binalar tarixi mədəni obyekt sayılır. Köhnə şəhəri günlərlə və hətta saatlarla gəzmək olar.
Narikala qalası
Köhnə şəhərin ən görməli yerlərindən biri Mtatsminda dağının zirvəsində yerləşən Narikala qalası yerləşir.
Bu qala həqiqətən şəhərin özülü hesab olunur. Təxminən 4 əsr yaşı olduğu güman edilir. Mtatsminda dağının zirvəsi Narikaladan şəhərin görüntüsü insana heyrətamiz hisslər bəxş edir.
Botanika bağı
Paytaxtın mərkəzində gözəlliyi sözlə ifadə olunmayan botanika bağı yer alır. Qədim dövrlərdə bura Şah bağı sayılırdı. Daha sonra bura dendrari oldu. Parkın tarixi 1845-ci ilə qədər uzanır. Əminliklə buranı possovet məkanının ən qədim parklarından biri adlandırmaq olar. Parkda 3500-dən artıq bitki mövcuddur. Ümumi sahəsi 128 hektar olan parkda, yerli və xarici flora geniş əks olunmuşdur. Əraziyə səyahət edənlərin rahatçılığı üçün şəlalələr, skamyalar quraşdırılmışdır. Bura piyada gəzmək və velosiped sürmək üçün ideal yerlərdəndir.
Kükürdlü hamam
Narikalanın aşağı hissəsində Abantubani rayonunda məşhur Tbilisi hamamı yerləşir. Puşkin heyrətlə “Tbilisidəkidək dəbdəbəli hamam heç yerdə görmədim” demişdir. Qədim hamam kifayət qədər geniş ərazidə yerləşmişdir. Hamama yaxınlaşmadan xarab yumurta qoxusunu hiss etmək olar. Burada sağlamlıq və istirahət üçün bütün imkanlar səfərbər olunmuşdur. Yuyunma zalı, sauna, isti su baseyni, müalicəvi massaj və həkimlər mövcuddur. Qiymətlər də çox baha deyil. Xidmətdən asılı olaraq 1.5-10 dollar arası dəyişir.
Kanat yolu
Şəhəri tam görmək üçün Mtasminda (onu “müqəddəs David” dağı da adlandırırlar) dağına qalxmaq lazımdır. Köhnə şəhəri yuxarıdan seyr etməklə uzun müddət yaddaşlarınızda həkk olunacaq təəssürat qoyacaqsınız. Kanatdan istifadə etmək qiyməti simvolik olaraq 1 Lari dəyərində təyin edilmişdir.
Dünya körpüsü
Dünya körpüsü adlandırılan bu körpü Tbilisinin ən müasir arxitekturalarındandır. Körpü 2010-cu ildə tikilmişdir. Burdan baxdıqda Tbilisinin qədim şəhər arxitekturasından əlavə müasirliyin də şahidi olmaq olar. Körpünün uzunluğu 156 m, eni isə 5 m təşkil edir. Eyni zamanda bu körpü, köhnə şəhərlə yeni müasir rayonların arasında sözün əsl mənasında körpü rolunu oynayır.
Cavari monastırı
Cavari — gürcü monastırıdır və Mtshetanın yaxınlığında yerləşən VII əsrin məbədidir. Cavri — arxitektura formalarının mükəmməlliyinə görə arxitekturanın şah əsərlərindən bir hesab olunur.
Metexi rayonu
Mütləq baş çəkməli olduğunuz yerlərdən biri də Metexi rayonudur. Gürcüstan ərazisində ən köhnə qəsəbələrdən biri, çar iqamətgahı və Tbilisinin ən mənzərəli yerlərindən biridir.
Rustaveli prospekti
Hər iki tərəfi çinar ağacları ilə əhatə olunmuş və şəhərin arteyiyası Rustaveli prospekti hesab edilir. Turistlər burada – muzeylər, restoranlar, dəbli butik və hədiyyə mağazalarına rast gələ bilərlər. Prospektdə ən qədim bina — Renessans dövrü sarayı tərzində tərtib edilmiş və təmtəraqlı bağla mühasirəyə alınmış Vorontsov sarayıdır.
Burada Şota Rustaveli adına Parlament, Milli muzey və Dövlət akademik teatrı yerləşdir. Şota Rustaveli prospekti eyni adlı abidədən başlayıb, Azadlıq prospektində bitir. Ağaclarla əhatə olunmuş prospekt Avropa prospektlərinə heç nəyi ilə güzəştə getmir.
Tısbağa gölü
Tısbağa gölü Tbilisi şəhərinin Vake-Saburtalosu ərazisində yerləşən kiçik çarhovuzdur. Vaxtı ilə burada çoxlu tısbağa yaşadığı üçün göl məhz bu cür adlandırılıb. Mülayim havalarda bura həm şəhər sakinlərinin həm də bu şəhərin qonaqlarının toplaşdığı və dincəldiyi məkandır. Hər tərəfdən sıx meşəylə mühasirəyə alınmış göl, Varazisxevinin dağlıq çayının sularından qidalanır. Burada kafe, uşaqlar üçün oyun zonaları, idman meydançaları və s. hazırlanmışdır. Tısbağa gölündə həmçinin katamaranda gəzmək və çimmək də olar.
Xülasə
Gürcüstanın füsunkarlığı haqqında çox danışmaq olar. Bir səfərlə bu ölkəni tanımaq mümkün olmayacaq. Amma bu tanışlıq qəlbinizdə ağlasığmaz iz buraxacaq və bu hər dəfə sizi geri qayıtmağa cəlb edəcək. Yalnız bu qədim və səmimi diyarın yeni cəhətlərini bir neçə səfərlə aşkar etmək olar.
Çoxsaylı elmi tədqiqatlar göstərir ki, müntəzəm xarici səyahətlər bizim sağlamlığımıza müsbət təsir göstərir. Başqa ölkələrə səfərlər isə alışdığımız əhatədən kənara çıxmaq, əsl macəra yaşamaq imkanı yaradır, enerji verir, insanın dünyagörüşünü genişləndirir, parlaq və unudulmaz təəssüratlar bəxş edir. Əgər siz səyahətə hazırlaşırsınızsa, müsbət emosiyalar duymaq, təbiətin gözəlliyindən zövq almaq, gürcü yeməklərinin təkrarolunmaz ləzzətini dadmaq, qədim görməli yelərlə tanış olmaq, milli koloritə toxunmaq istəyirsinizsə, o zaman mütləq Tbilisiyə səyahət edin!
Gürcüstanda istirahət, gözəl təbiəti, səmanın parlaq rəngləri, Qara dənizin təmiz və isti suyu Avropa səviyyəsində olan keyfiyyətli xidməti ilə yaddaşlarda qalacaq. İnsanı heyrətə salan Qafqaz təbiətinin gözəlliyi, dağ və dəniz mühitini, özünəməxsus mədəniyyəti, qədim abidələri – bütün bunların cəmləşməsi, Gürcüstanı nadir və ekzotik, turizmin inkişafı üçün ən perpektivli regionlardan biri edir.
Şəhərdən gedərkən, burada istehsal olunan, milli xarakter və yerli koloriti əks etdirən suvenirləri almağı unutmayın. Tbilisidən xeyli maraqlı əşyalar – qədim milli geyimlərdən xəncərlərə qədər hər şey gətirmək olar. Belə suvenirləri Quru körpü yaxınlığındaki şənbə birə bazarından əldə edə bilərsiniz.
Sonda qeyd edək ki, əgər siz müstəqil səyahət planlaşdırmısınızsa və haradan başlayacağınızı bilmirsinizsə, o zaman aybilet.az, sizə ucuz qiymətlərlə aviabilet və ən yaxşı otelləri seçməyə yardım edəcək. Bu meta axtarış sistemi 728-ci aviaşirkət, 40 agentlik və 5 bronlama sistemin məlumatlarını sizə təqdim edir.
Sizlərə xoş səyahət arzu edirik.