F.A.Q.

Təyin etdiyiniz uçuş tarixininə və saatına uyğun aviabiletləri plastik kartınızla online ala bilərsiniz. Partnyorluq etdiyimiz böyük saytların hamısı təsdiqlənmiş, bu sahədə lisenziyası olan şirkətlərdir.

Bronlama və alış haqqında ətraflı məlumatı video çarxdan əldə edə bilərsiniz.

Saytımızda axtarış edib, aldığınız aviabiletlər, elektron aviabilet və ya digər adı ilə e-ticket adlanırlar.

Elektron aviabilet, hava nəqliyyatında sərnişin və ya yükün daşınması üçün bağlanmış müqavilənin elektron sənədidir. Bu elektron qəbz, özündə marşrut haqqında dolğun informasiyanı – biletin qiyməti, uçuş tarixi və saatı, səyahəti təşkil edəcək aviaşirkət, yük daşıma şərtləri və s. məlumatları tam ehtiva edir.

Saytımız birbaşa satış etmir. AyBilet.az-ın, əsas iş prinsipi sizin üçün 728 aviaşirkət, 5 bronlama sistemi və 40 agentlikdən ən ucuz aviabiletləri sizin üçün ən ucuz aviabiletləri taparaq, əməkdaşlıq etdiyimiz şirkətlərə istiqamətləndirməkdir.

Təklif edilən biletlərdə baqaj şərtləri və uçuş haqqında ətraflı məlumat (hansı aeroporta enəcəyi, uçuşun birbaşa olub-olmamağı, əl yükü və ya əsas baqajın qiymətə daxil olub-olmadığı) sağ üst küncdə qeyd edilir.

Marşrut qəbzi, bilet yazılan kimi elektron biletiniz haqqında məlumat ilə birlikdə sizin elektron ünvanınıza göndəriləcəkdir.

Əgər tranzitlə uçursunuzsa nələri bilməlisiniz?

Uçuşdan öncə müvafiq təşkilatlarda (təyinat /tranzit ölkənin viza mərkəzlərində/səfirliklərdə/müşavirliklərdə, həmçinin, daşıyıcı –aviaşirkətdən və tranzit hava limanından) aşağıdakıları dəqiqləşdirin:

  • sizə tranzit vizası (tranzit məntəqəsindən asılıdır) lazımdırmı;
  • yerdəyişmə (tranzit) zamanı hava limanından kənara çıxmaq imkanı varmı (vizanızın növündən asılıdır);
  • baqajı götürmək lazımdırmı, yoxsa o avtomatik olaraq digər reysə keçiriləcəkdir (daşıyıcının şərtlərindən, tranzit – yerdəyişmə müddətindən və digər amillərdən asılıdır);
  • uzunmüddətli yerdəyişmə (tranzit) zamanı aviaşirkət otel və qidalanma təşkil edirmi və bunları hansı şərtlərlə təqdim edir;
  • Hər yerdəyişmə (tranzit) zamanı reys üçün qeydiyyatdan keçməyə ehtiyac varmı yoxsa qeydiyyat yalnız bir dəfə birinci uçuş seqmentində olacaq. Zəhmət olmasa diqqət yetirin! Bəzi hava limanları texniki səbəblərə görə müəyyən vaxtlarda bağlanır.

Bu zaman sizə həmin ölkənin tranzit (və ya digər) vizası lazım olacaq. Zəhmət olmasa, yola düşməzdən öncə bu haqda məlumatları hava limanının və aviaşirkətin saytı və ya müvafiq ölkələrin səfirlikləri/müşavirlikləri/viza mərkəzləri ilə dəqiqləşdirin. Bron səhifəsindəki müvafiq keçid üzrə bron yaradana qədər agentlik Sizə daşınma sənədləri, vizalar və səyahətiniz üçün sağlamlıq tələblərinə dair tövsiyələrlə tanış olmaq imkanı verir.

Bir qayda olaraq, aviabiletlər başqa adamların adına rəsmiləşdirilə bilməz.

Əgər biletinizdəki adınız, soyadınız və ya cinsiniz ilə biletin rəsmiləşdirilməsi üçün əsas hesab edilən sənəddəki (məsələn, xarici pasport) məlumatlarınız üst-üstə düşmürsə, siz agentliyə məlumatların düzəldilməsinə dair sorğu göndərə bilərsiniz. Diqqət yetirin ki, aviaşirkətin qoyduğu qaydalardan asılı olaraq adınızda cuzi dəyişikliklərin edilməsi bilə qadağan edilə bilər və ya əlavə pul ödəməyinizlə həyata keçirilə bilər.

Biletin vaxtını və ya marşrutunu dəyişmək olarmı?

Bəli. Bu zaman, aşağıdakılara diqqət yetirin:

  • biletdəki bütün dəyişikliklər (tarixlər, marşrutlar və s.) yalnız cari biletə tətbiq edilən tarif qaydaları, daşıyıcının daxili qaydaları və oferta müqaviləsinin şərtlərinə əsasən edilə bilər. Bəzi biletlər üçün dəyişikliklər nəzərdə tutulmaya bilər;
  • əgər nəzərdə tutulubsa, edilən dəyişikliklərə görə əlavə daşıyıcı haqqı və agentliyin xidmət rüsumu tutula bilər. Digər bu kimi şərtlərlə tarif qaydalarını oxumaqla tanış ola bilər və ya Müştəri Xidmətləri əlaqə saxlayıb hər şeyi dəqiqləşdirə bilərsiniz.

Diqqət yetirin ki, bronda etdiyiniz dəyişikliklərə görə aviaşirkətin tarif şərtləri və siyasətinə müvafiq olaraq sizdən əlavə pul, həmçinin, agentliyin xidmət rüsumu tutula bilər. Bronu təsdiq etməzdən öncə, xahiş edirik ki, daxil etdiyiniz məlumatların düzgünlüyündən əmin olasınız: tarixləri, adları, göndəriş və təyinat məntəqələrinin düzgünlüyünü yoxlayın.

Biletin dəyişdirilməsi üçün ödəyəcəyiniz tam məbləğ sizin bilet detallarınızdan asılıdır və özündə, edilən dəyişikliklər üçün hava yollarına ödənilən haqqı, aviabiletlər və rüsumlar arasındakı qiymət fərqini, həmçinin, agentliyin xidmət rüsumunu cəmləşdirə bilər. Dəyişikliklərin dəyərini oferta müqaviləsini oxuyaraq və ya Müştəri Xidmətləri ilə əlaqə saxlayaraq yoxlayın.

Əgər aviaşirkət reysi ləğv edərsə yaxud reysinizin uçuş vaxtını dəyişərsə, bu zaman siz bizim Müştəri Xidmətləri ilə əlaqə saxlaya bilərsiniz.

Onlayn bileti ləğv etmək üçün:

Aygentliyin səhifəsində avtorizasiya olunduqdan sonra “Mənim biletim” – “Mənim sifarişlərim” – “Aviabiletlər” – “Bronun nömrəsi”- “Sifarişin redaktə edilməsi” – “Biletin geri qaytarılması” bölməsinə keçin.

Ləğv etmək istədiyiniz sərnişini/bileti seçin və ləğv etmə səbəbini göstərin. Geri qaytarma səbəbini seçdikdən sonra çıxan siyahıya uyğun olaraq zəruri sənədləri əlavə edin. “Sorğunu göndər” düyməsinə basın.

“Mənim biletim” bölməsində biletin geri qaytarılması üçün hesablanılan məbləğ sizin tərəfinizdən təsdiq edildikdən sonra biletiniz ləğv ediləcək.

Diqqət yetirin ki, bronun ləğv edilməsi üçün tarif qaydalarına və aviaşirkətin siyasətinə əsasən əlavə ödəniş, həmçinin agentliyin xidmət rüsumunun ödənişi tələb oluna bilər.

Zəhmət olmasa, diqqət yetirin ki, bəzi biletlərin geri qaytarılması mümkün deyil. Tarif qaydalarını necə yoxlamaq olar, biletdə edilən dəyişikliklər üzrə məhdudiyyətlər və rüsumlar haqqında məlumatları diqqətlə oxuyun.

Bəli. Siz aviabilet sifarişinizi yaratdığınızda təyyarədəki yerinizi seçə bilər və hava limanında qeydiyyatdan keçmə vaxtınıza qənaət edə bilərsiniz. Bunun üçün reysi seçdikdən sonra bölməsindən “Təyyarənin göyərtəsində yer almaq” variantını seçin.

Uçuş seqmentini və təyyarənin sxemində səyahət etmək üçün arzu etdiyiniz yeri qeyd edin. Bu xidmətin dəyəri aviaşirkətdən və reysdən asılıdır.

Seçdiyiniz reysdə baqajın daşınması üçün müəyyən olunmuş normanı marşrut qəbzindən öyrənə bilərsiniz. öz yük normanızı siz marşrut qəbzindən öyrənə bilərsiniz. Şərti göstəricilər yük daşınması normasının iki sistemi ilə əsaslandırılır: çəki ilə və yerlərin sayı ilə.

  1. Çəki sistemi (weight concept)- çəki limitini müəyyən edir.
    Bu sistem marşrut qəbzində K, KG simvolları ilə göstərilir. Burada göstərilən rəqəmlər ( 0, 10, 20, və s. ) sərnişinin pulsuz apara biləcəyi yükün kiloqram miqdarını göstərir. Baqajın çəkisini bir neçə çamadanlar üzrə bölüşdürməyə icazə verilir. Lakin , bir şərtlə ki, həmin çamadanların həcmi (ölçüsü) aviaşirkət tərəfindən müəyyən edilən ölçüdən böyük olmasın.
  2. Yerlərin sayı sistemi (piece concept) – yük yerlərinin sayı üzrə limit müəyyənləşdirir.
    Bu zaman hər bir yük vahidi ayrıca qeydiyyata alınır. Marşrut qəbzində PC, P. N simvolları ilə göstərilir. Burada göstərilən rəqəmlər (0, 01, 1, 2 və s.) seçilmiş uçuş üçün nəzərdə tutulan standard baqaj yerlərinin sayını göstərir. Hər bir baqajın vahid çəkisi avişirkət tərəfindən müəyyən edir.

Məsələn, əgər marşrut qəbzindəki “Baqaj” qrafasında “20K” göstərilibsə, bu o deməkdir ki, siz özünüzlə çəkisi 20 kiloqramdan artıq olmayan baqaj götürə bilərsiniz. Əgər siz “2N” işarəsini görürsünüzsə, onda bu o deməkdir ki, siz özünüzlə pulsuz olaraq 2 yer baqaj yükü götürə bilərsiniz. pulsuz olaraq 2 yer baqaj yükü götürə bilərsiniz.

Qeydə alınmış baqajın pulsuz daşınma norması uçuş istiqamətindən və istifadə edəcəyiniz xidmət dərəcəsindən asılı olaraq aviaşirkət tərəfindən müəyyən edilir. Baqajın pulsuz daşınması norması 2 yaşa qədər olan və təyyarədə ayrıca oturacağı olmayan uşaqlar istisna olmaqla, bütün sərnişinlər üçün eynidir və əksər hallarda göstəricilər aşağıdakı kimi olur:

– Ekonom klass üçün 20 kq.
– Biznes klass üçün 30 kq.
– Birinci klass üçün 40 kq.

Pulsuz normaları keçdikdə sizdən əlavə haqq tutulacaqdır. Əlavə yükün daşınması üçün ödəniş məbləğinı daşıyıcı aviaşirkət ilə dəqiqləşdirin. Zəhmət olmasa, diqqət yetirin ki, bəzi daşıyıcılarda qeydiyyatdan keçirilmiş baqajın daşınma dəyəri biletin dəyərinə əlavə olunmur, bu xidmətə görə ödənişi siz ayrıca olaraq həyata keçirməlisiniz. Əl yükünün daşınması şərtləri hər aviaşirkət tərəfindən ayrıca olaraq tənzimlənir. Sifariş yaradan zaman ödəniş səhifəsində aviaşirkətin tarif qaydaları ilə tanış ola bilərsiniz.

Qeydə alınmış baqajın pulsuz daşınma norması uçuş istiqamətindən və istifadə edəcəyiniz xidmət dərəcəsindən asılı olaraq aviaşirkət tərəfindən müəyyən edilir. Baqajın pulsuz daşınması norması 2 yaşa qədər olan və təyyarədə ayrıca oturacağı olmayan uşaqlar istisna olmaqla, bütün sərnişinlər üçün eynidir və əksər hallarda göstəricilər aşağıdakı kimi olur:

– Ekonom klass üçün 20 kq.
– Biznes klass üçün 30 kq.
– Birinci klass üçün 40 kq.

Pulsuz normaları keçdikdə sizdən əlavə haqq tutulacaqdır. Əlavə yükün daşınması üçün ödəniş məbləğinı daşıyıcı aviaşirkət ilə dəqiqləşdirin. Zəhmət olmasa, diqqət yetirin ki, bəzi daşıyıcılarda qeydiyyatdan keçirilmiş baqajın daşınma dəyəri biletin dəyərinə əlavə olunmur, bu xidmətə görə ödənişi siz ayrıca olaraq həyata keçirməlisiniz. Əl yükünün daşınması şərtləri hər aviaşirkət tərəfindən ayrıca olaraq tənzimlənir. Sifariş yaradan zaman ödəniş səhifəsində aviaşirkətin tarif qaydaları ilə tanış ola bilərsiniz.

Əksər hallarda əl yükünün ölçüsü 115 santimetrdən (bütün ölçülərdə – eni, uzunu, hündürlüyü), çəkisi isə təqribən 10 kq – dan artıq olmamalıdır.

Əgər göstəricilər yol verilən normadan artıq olarsa, yükün daşınmasına görə ayrıca olaraq əlavə pul ödəmək lazım gələcək. Xahiş edirik ki, seçdiyiniz daşıyıcı aviaşirkətin yüklərə dair müəyyən etdiyi məhdudiyyətləri əvvəlcədən yoxlayın, belə ki, müxtəlif aviaşirkətlərdə onlar fərqli ola bilər.

Təhlükəsizlik məqsədilə mayelərin əl yükündə daşınması məhdudlaşdırılıb. Hava limanında təhlükəsizlik nəzarətindən keçərkən əl yükündə olan mayeni, aerozolları, gelləri yoxlamaq üçün onları ayrıca olaraq skanerdən keçirmək lazımdır. Əl yükləri üçün icazəli və qadağan olunmuş əşyalar haqqında ətraflı məlumatı hava limanının/aviaşirkətin saytından əldə edə bilərsiniz.

Zəhmət olmasa, səyahətə çıxmadan öncə, xidmətindən istifadə etdiyiniz daşıyıcı aviaşirkətin saytında əl yükündə daşınması qadağan olan əşyaların siyahısı ilə tanış olun.

Təyyarənin salonunda heyvanların daşınması yalnız aviaşirkətin ilkin razılığı ilə mümkün ola bilər. Zəhmət olmasa, diqqət edin! Aviaşirkətlərin əksəriyyəti təyyarə salonunda pişik və itlərin daşınmasına icazə verir.

Zəhmət olmasa, digər heyvanların daşınmasının mümkünlüyünü müəyyənləşdirmək üçün Müştəri Xidmətləri müraciət edin və ya ödənilməmiş bron yaradın və heyvanların daşınması üzrə sorğunuzu agentliyə göndərin. Hansı heyvanı aparmaq istədiyinizi qeyd edin (çəkisi, heyvanın növü və qəfəsinin ölçüləri).


Zəhmət olmasa, diqqət yetirin!

Hava limanında qeydiyyat zamanı Siz aparacağınız heyvan üçün göndəriş, təyinat və ya tranzit ölkənin və/və ya aviaşirkətin aid olduğu ölkənin veterinar xidmətlərinin tələb ediyi bütün sənədləri təqdim etməlisiniz. Lazım olan sənədlərin tam siyahısını müvafiq səfirlikdən və/və ya aviaşirkətdən öyrənə bilərsiniz.

Uşaq üçün bilet almaqdan ötrü, bron zamanı uşağın mənsub olduğu yaş kateqoriyasını seçin: 0-2 yaş və ya 2-12 yaş.

Demək olar ki, bütün aviaşirkətlər uşaq üçün nəzərdə tutulan aviabiletlərə endirimlər təklif edir.

– Körpələr üçün (0-2 yaş) – bir qayda olaraq, endirim standard tarifin 90% -ni təşkil edir və xüsusi ayrı bir yer verilmir;
– uşaqlar üçün (2-12 yaş) – bir qayda olaraq, endirim standard tarifin 25% -ni təşkil edir və xüsusi ayrı bir yer verilir
– 12 yaşdan yuxarı uşaqlar üçün biletlər standard tariflər əsasında bron edilir.

Bronun yaradılması zamanı, sizinlə səyahət edəcək uşağın yaş məlumatlarını daxil etdiyinizdən əmin olun. Uşağın yaşı uçuş günü aviabileti bron edən zaman seçdiyiniz müvafiq kateqoriyaya uyğun olmalıdır. Körpənin və uşağın yaşı aviaşirkət tərəfindən səyahətin tam bitdiyi gün üzrə müəyyən olunmuş yaş kateqoriyalarına (“uşaq”, “körpə”) müvafiq olmalıdır. Uşaqların biletlərini böyüklərin bileti ilə eyni zamanda bron etmək lazımdır.

Əgər uşağın sərbəst şəkildə tək uçmağı gərəkərsə, zəhmət olmasa, bileti bton etməmişdən öncə Müştəri Xidmətləri bu haqqda məlumat verəsiniz. Biz sizə seçdiyiniz reysdə bunun mümkün olub olmasını bildirəcəyik. Ayrıca olaraq, uşaqların/körpələrin uçuşu üçün zəruri olan sənədlərin siyahısını aviaşirkət ilə dəqiqləşdirin.

Uşaq üçün bilet almaqdan ötrü, bron zamanı uşağın mənsub olduğu yaş kateqoriyasını seçin: 0-2 yaş və ya 2-12 yaş.

Demək olar ki, bütün aviaşirkətlər uşaq üçün nəzərdə tutulan aviabiletlərə endirimlər təklif edir.

– Körpələr üçün (0-2 yaş) – bir qayda olaraq, endirim standard tarifin 90% -ni təşkil edir və xüsusi ayrı bir yer verilmir;
– uşaqlar üçün (2-12 yaş) – bir qayda olaraq, endirim standard tarifin 25% -ni təşkil edir və xüsusi ayrı bir yer verilir
– 12 yaşdan yuxarı uşaqlar üçün biletlər standard tariflər əsasında bron edilir.

Bronun yaradılması zamanı, sizinlə səyahət edəcək uşağın yaş məlumatlarını daxil etdiyinizdən əmin olun. Uşağın yaşı uçuş günü aviabileti bron edən zaman seçdiyiniz müvafiq kateqoriyaya uyğun olmalıdır. Körpənin və uşağın yaşı aviaşirkət tərəfindən səyahətin tam bitdiyi gün üzrə müəyyən olunmuş yaş kateqoriyalarına (“uşaq”, “körpə”) müvafiq olmalıdır. Uşaqların biletlərini böyüklərin bileti ilə eyni zamanda bron etmək lazımdır.

Əgər uşağın sərbəst şəkildə tək uçmağı gərəkərsə, zəhmət olmasa, bileti bton etməmişdən öncə Müştəri Xidmətləri bu haqqda məlumat verəsiniz. Biz sizə seçdiyiniz reysdə bunun mümkün olub olmasını bildirəcəyik. Ayrıca olaraq, uşaqların/körpələrin uçuşu üçün zəruri olan sənədlərin siyahısını aviaşirkət ilə dəqiqləşdirin.

Daşıyıcı aviaşirkət sərhədi keçərkən sərhəd xidmətlərinin qərarına görə məsuliyyət daşımır. Sərhəd xidmətləri tərəfindən aldığınız imtina nəticəsində sərhədi keçə bilmədiyinizdə və ya uçuşa buraxılmadığınızda, biletlərin dəyəri geri qaytarılmır, alternativ uçuş variantları təqdim edilmir.

Hər bir sərnişin təyinat ölkəsinin, eləcə də tranzit ölkələrin sərhədindən keçmə qaydalarını müvafiq konsulluq xidmətlərində müstəqil şəkildə yoxlamalıdır.

Əlavə olaraq, siz iatatravelcentre.com, iatatravelcentre.com/world.php və visitworld.today kimi informasiya resurslarından da istifadə edə bilərsiniz.

Səyahətə çıxmadan öncə müvafiq konsulluq xidmətləri ilə mövcud sərhəd keçid qaydalarını yoxlamağı unutmayın!

Nəzərə alın ki, tibbi sığorta dünyanın əksər ölkələrinə daxil olmaq üçün məcburidir. Səyahət zamanı sərhədlərini keçdiyiniz bütün ölkələrin sərhəd keçid qaydalarını diqqətlə yoxlayın.

Bəzi ölkələr üçün xüsusi tələblər

– Misir Misirdən çarter reyslərinə ölkədə 30 gündən çox qalmayan sərnişinlər buraxılır. Sərnişinin qalma müddəti göstərilən müddətdən artıq olarsa, çarter reysi ilə yola düşmək üçün hava limanının baş menecerindən icazə alınmalıdır.
– Viza müddəti bitmiş turistlər 30 dollar cərimə ödəməklə yalnız Qhirədən və yalnız requlyar reyslə uça bilərlər.
– Misirə requlyar reyslə gələn qonaqlar da ölkəni yalnız requlyar reyslə tərk edə bilərlər. Belə şəxslərin çarter reysi üçün qeydiyyatdan keçməsinə icazə verilməyəcək.
– Misirə çarter reysi ilə gələn səyahətçilər geri uçmaq üçün də çarter reysindən istifadə edə bilərlər; bu zaman istifadə edəcəkləri çarter reys Misirə gəldikləri şəhərdən olmalıdır. Çarter reyslərindən istifadə edən sərnişinlərinin Misirə gəldikləri və Misirdən yola düşdükləri şəhərlər fərqli olarsa, onların geri dönüş reysinə qeydiyyatına icazə verilməyəcəkdir.

Tayland

Bu turistlər Taylanddan çarter reysinə buraxılmayacaq:

– Krallığa requlyar uçuşla gələnlər;
– ölkədən geri uçmağı planlaşdırdıqları aviaşirkətdən fərqli olan başqa bir aviaşirkətin çarter reysi ilə gələnlər.

Taylanddan çarter reysləri üçün aviabilet alarkən, sərnişin reyslərə qeydiyyatdan keçmək üçün tam məsuliyyət daşıyır.

BƏƏ 7 noyabr 2022-ci il tarixindən etibarən BƏƏ-yə daxil olan bütün turistlərin geri dönüş bileti olmalıdır. Ölkəyə səfər etmək üçün vizaya gərək olub olmadığını buradan yoxlayın: visitdubai.com