Əgər yaz və yay fəsillərində necə istirahət edəcəyinizə qərar verə bilmirsinizsə, buyurun bu siyahı tam sizlikdir!
Qoç – Qoç bürcü üçün istirahət etmək, həyəcanlı, daha əvvəl etmədiyi şeyləri etmək deməkdir. Bu bürcdən olan adamlar tətili digərlərindən fərqli şəkildə keçirtməyi sevirlər. Qoç bürcü macəra, kəşfləri təmsil etdiyinə görə onlar tətildə alpinistlik, paraşutdan tullanma, surfinq kimi idman növlərilə məşğul olmağa üstünlük verirlər. Bundan əlavə qoç bürcləri getdikləri ilk yerdə daha çox əyləndiklərinə görə çalışmalıdılar ki, heç vaxt olmadıqları yerə getsinlər. Gəzib gördüyü yerlər onlara həyəcan vermir.
Buğa – Buğa bürcü lüks və gözəllikdən həzz alır. Yaşıllıq, dağın ətəyi, gözəl kənd yerində otel tam onlar üçündür. Bu bürcdən olanlar daha çox tarixi yerləri, muzeyləri, kitabxanaları və qalereyaları gəzməyi sevirlər. Buğa bürcü üçün tətil günlük həyatdan fərqli bir zövq yaşamaq deməkdir.
Əkizlər – Əkizlər üçün səyahət yeni şeylər öyrənmək, təcrübə toplamaq, həyatına yenilik gətirmək üçün mükəmməl bir fürsətdir. Əkizlər tətilə istirahət etməyə yox, dəyişiklik etmək üçün gedirlər. Tətil proqramını hazırlayarkən, diqqət edilməsi lazım olan məsələ getdiyi yerdə fiziki əyləncə olacağını nəzərə almaqdır. Əkizlər çimərliklər, təbiət yerləri, ticarət mərkəzləri olan yerlərə üstünlük verirlər.
Xərçəng – Bu bürcün nümayəndələri əsasən sakit, dəniz kənarı yerlərdə istirahət etməyi üstün tuturlar. Pula qənaət edən xərçənglər ucuz tətil etməyi sevirlər, onlar dəbdəbəli otel əvəzinə kiçik evdə qalmağı daha uyğun bilirlər. Xərçənglər üçün tətilin necə keçəcəyi mühimdir. Onlar tarixi yerlərdə olmaqdan zövq alırlar.
Şir – Günlük həyatında belə lüks həyat tərzini sevən Şirlər tətilə gəldikdə bütün pullarını xərcləsələr belə ən fərqli, ən maraqlı və həyəcanlı tətili keçirtmək istəyirlər. Onlar tarixi, sakit yerləri deyil, tam əksinə müasir, izdihamlı məkanları sevirlər. Gecə həyatını sevdiklərinə görə barlar, kafelər tam onlara görədir. Şir bürcündən olanlar necə yaşamaq lazım olduğunu yaxşı bilirlər.
Qız – Qız bürcü ağıllı, enerjili və eyni zamanda yaradıcı bir bürcdür. Onun üçün tətil uzanıb dincəlməkdən ibarət deyil. Yeni şeylər kəşf etməyi, araşdırmağı sevirlər. Tətilə gedəcəkləri yer haqqında əvvəlcədən məlumat toplayıb, özlərinə münasib olan tətili seçirlər. Əsasən istirahət etməsi üçün sakit bir yerə getməyə üstünlük verirlər, izdihamdan qaçırlar.
Tərəzi – Ünsiyyətcil olan tərəzi əsasən böyük şəhərlərdə, izdihamlı yerlərdə tətil keçirtməyə üstünlük verir. Rahat və komfortlu yerləri sevən tərəzilər dəbdəbəli yerdə qalmaq istəyirlər. Bu bürcün nümayəndələri muzeylər, qalereyalar, ticarət mərkəzləri, gecə həyatının xoş və həyəcanlı keçdiyi yerlərdə olmağa üstünlük verirlər. Tək qalmağı isə heç sevmirlər, onlar üçün tətil qrup şəklində istirahət etməkdir.
Əqrəb – Əqrəb bürcü üçün şəxsi həyat çox mühimdir. Sakit, adamların olmadığı ada, tətil yeri və ya dənizin ortasında gəmidə olmaq tam onlar üçündür. Həssas bürc olduğundan, dənizqırağı yerləri sevir. Səylə işləyən əqrəblər tətilə sırf yorğun işdən istirahət etmək üçün gedirlər. Səsdən uzaq olmağa üstünlük verirlər.
Oxatan – Oxatan bürcü səyahət edərkən uzaq və ekzotik yerlərə getməyə üstünlük verir. Fiziki fəaliyyəti xoşlayan oxatanlar üzmək, tennis oynamaq, ata minməyi çox sevirlər. Yeni hisslər yaşamaq, yeni yerlər görmək tam olaraq oxatanlar üçündür.
Oğlaq – Oğlaq üçün ideal tətil yeri dağlıq ərazilərdir. Tarix və ənənələrə əhəmiyyət verdiyinə görə qədim və tarixi yerləri görməkdən zövq alır. Tətildə iş görərsə bu onun üçün daha yaxşı olacaq. Çünki onlar işgüzar olduqları üçün işsiz qala bilmirlər.
Dolça – Adi turistik, macəravi və sakit tətil Dolça bürcündən olanları tez bezdirir. Dünya mədəniyyəti, ənənələri ilə maraqlanan Dolçalar sosial dəyişiklərin olduğu yerlərə getməyi sevirlər. Onlar kompütersiz qala bilməzlər. Açıq yerlərdə olmağı çox xoşlayırlar. Sürprizlərlə dolu tətilləri sevirlər.
Balıq – Balıq romantik olduğuna görə tətildən zövq alması üçün biraz fantaziyaya ehtiyac var. Adi, sadə tətili heç sevmirlər. Dənizkənarı yerlər isə tam onlara görədir. Romantik gecələri xoşlayırlar. Sərbəstliyi sevdikləri üçün tətilə tək getməyə üstünlük verirlər.