Aybilet.az logo
Search
Close this search box.

ABŞ-a viza almağın hiylələri

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Turizm ekspertləri məsləhət görür ki, amerikan vizasını almaq şansını artırmaq üçün müsahibədə ABŞ-da yaşayan və ziyarət etmək istədiyiniz qohumlar haqqında danışmaq lazım deyil. Lakin artıq amerikan vizası olan dostunuzla səyahət etmək sizin üçün müsbət faktordur. Bunu anketdə olan xüsusi bölmədə göstərmək lazımdır. Anketdə yazdıqlarınızın müsahibədə dediklərinizlə uyğun olması da vacibdir. Əgər hər hansı informasiyanı gizlətdinizsə onu axıra qədər deməyin. Yox əgər nəyisə anketdə göstərmədiniz, amma müsahibədə dedinizsə avtomatik olaraq imtina olunacaqsınız.

Digər ekspertlərsə qeyd edir ki, müsahibə alanların özünü həddən artıq maraqlı göstərən insandan xoşları gəlmir. Məsələn, ABŞ-a getmək üçün dili, ölkənin tarixini və ya mentalitetinin və ənənələrinin bütün incəliklərini öyrəndiyinizi həvəslə deməyin. Bu, sizin ölkədə turist vizasının icazə verdiyi müddətdən daha çox qalmaq istədiyiniz fikrə gətirə və imtinaya səbəb ola bilər. Ən yaxşısı səyahətə getdiyinizi, Nyu-York və ya Mayamini görmək, dənizdə çimmək və ya Disneylendi görmək istədiyinizi izah edin.

Şengen və Böyük Britaniya vizasının olması sizin xeyrinizədir. Amma bundan əvvəl İran, Şimali Koreya və ya Abxaziyaya getmisinizsə və xarici pasortunuzda qeyd olunubsa amerikan səfirliyinin sizə əlavə sualları ola bilər.

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT