Kanallarda gəzin
Şəhərin bir neçə rayonuna birdən nəzər salmaq üçün ən sadə üsul su ekskursiyasına qatılmaq və ya katamaran kirayələməkdir. Amsterdamda təxminən 165 kanal, 1500-dən çox körpü və 90 ada var. Sahillərdə isə o qədər rəngarəng fasadlar yerləşib və peyzajlar o qədər tez-tez dəyişir ki, çox vaxt bir saat belə gəzmək insanda bol təəssürat yaradır.
Özünüz üçün muzeylər günü təyin edin
Amsterdamda çoxlu sayda muzeylər var. Ən əsasları XV-XIX əsr holland sənətkarlarının şedevrlərinin saxlandığı “Rijksmuseum” Dövlət İncəsənət muzeyi, Van Qoq muzeyi, Rembrandtın ev-muzeyi, Anna Frankın evidir. Amma Amsterdan çərçivəsiz şəhərdir. Burada istənilən marağa sahib insan üçün muzey tapılar.
Kimisi seks və ya erotika Muzeyinə baxa, kimisi çətənədən necə köynək toxumağı öyrənə bilər (çətənə muzeyi bu bitkinin digər qeyri-adi tətbiqləri haqqında da məlumat verəcək). 3-cü növ insanları isə dəniz muzeyi, FOAM dəb muzeyi və ya damından şəhərə gözəl mənzərə açılan NEMO interaktiv elmi mərkəzi cəlb edəcək. Tatu muzeyində tatuirovkanın tarixini öyrənə və ya adi Amsterdam evinin fasadında gizlədilmiş “Tanrı çardaqda” adlı keçmiş sirli katolik kilsəsinə baş çəkə bilərsiniz.
Qırmızı fənərlər məhəlləsində gəzin
Amsterdamın ən məşhur məhəlləsi Köhnə kilsə çevrəsindən kənarda yerləşir. Şəkil çəkmək olmaz, başqasının şəxsi həyatına burun soxmaq lazım deyil, – amma “əxlaqsızlıq yuvası”na gözucu baxmağı heç kim qadağa etmir.
Burada gəzmək üçün ən yaxşı vaxt gecə gec saatlarıdır, amma bələdçi ilə birlikdə gündüz turu da məsləhətdir. Qırmızı fənərlər məhəlləsi hərdən seks-şop və fahişəxana növbəsindən daha çox gözlənilməyən və cəlbedici çoxlu sayda sirləri ilə cəlb edir.
Milli fastfudun dadına baxın
Hollandların ən çox sevdiyi yemək üzərinə çoxlu soğan tökərək və quyruğundan tutaraq və ya hot-doq kimi bulkanın içində yedikləri siyənək balığıdır. Amsterdam əhalisi çoxları üçün gündəlik nahar olan mayonezli fri kartofunu da sevirlər. Əgər əsl Amsterdan deserti istəsəniz meyvə və ya şokoladlı blin – pannekokenin dadına baxın.
Bu Holland blininin doyumlu tərkibi də dadlıdır. “The Pancake Bakery”də yeyəcəyiniz pendir və ya ətli pannekoken həm aclığınızı yatıracaq, həm qızıdıracaq, həm də özünüzü qurman kimi hiss etdirəcək. “The Pancake Bakery”də sizi 75 növ yemək gözləyir. Burada müxtəlif vaxtlarda Peris Hilton və Mayli Sayrus nahar edib, amma qiymətlər ulduzların axınından sonra da çox baha deyil.
Maraqlı şopinqlə məşğul olun
Gözəl mənzərəli Herenqraxt, Keyzersqraxt və Prinseqraxt kanalları “Amsterdamın 9 küçəsi” rayonundan keçir. Buradakı mağazalara baş çəkmək şəhərin mərkəzində xoş gəzinti ola bilər. Reestraat, Berenstraat, Runstraat, Hartenstraat, Wolvenstraat, Huidenstraat, Gasthuismolensteeg, Oude Spiegelstraat və Wijde Heisteeg küçələrində ən yaxşı antikvar dükanları, qədim kiçik mağazalar, “sekond-hend”lər, şəhərin müəllif və brend butikləri toplanıb.
Kofeşopa gedin
Amsterdamda yüngül narkotik maddələrin qəbulu leqal olsa da məsləhət görülmür. Amma kofeşop-mağazaların mədəniyyəti ilə tanış olmaq heç olmasa etnoqrafik nöqteyi nəzərdən məsləhətdir. Bu yerlərdə bir fincan adi kofe ilə də vaxtınızı yaxşı keçirə bilərsiniz.
Öz zövqünüzə uyğun kofeşop seçin. Əsas odur ki, atmosfer sizi rahatlatsın. Ən məşhur kofeşoplar bunlardır: Vijzelgracht, 33 ünvanında yerləşən Amsterdamın ən köhnə kofeşopu Mellow Yellow; köhnə polis binasında yerləşən The Bulldog; mərkəzdə dalanda gizlədilmiş Abraxas; məşhurların sevdiyi Green House Centrum və ya Barney’s Coffeeshop. Sonuncuda həm də dadlı nahar da yemək olar.
Velosiped sürün
Sirr deyil ki, velosiped Amsterdamda yol hərəkətinin əsas tərkib hissəsidir və veloyürüşlər üçün burada hər cür şərait yaradılıb. Yerli əhali üçün velosipedlə getmək piyada gəzmək kimi rahatdır. Onlar bir-birini intuitiv səviyyədə başa düşürlər. Əcnəbilər isə bu sistemə dərhal alışa bilməzlər.
Təcrübəsizlərin şəhər trafikinə dərhal girməmələri, əvvəlcə parklarda və ya sakit şəhərkənarı velosiped yollarında gəzmələri məsləhətdir. Əks halda həzz almaq əvəzinə çox əsəbləşəcəksiniz.
Heineken dünyasına baş vurun
Heineken Experience — təkcə pivə markasının muzeyi deyil, nəhəng Holland pivə zavodunun tarixi ilə interaktiv tanış olmaqdır. Siz hər şeyin nədən başladığını biləcək, əfsanəvi içkinin necə yarandığını görəcək, ona toxunacaq, iyləyəcək, hiss edəcək, onu düzgün tökməyi öyrənəcək və əsl Heineken pivəsini birbaşa beşiyindən dadacaqsınız.
Biletin qiymətinə ekskursiya, nə uşaqları, nə də böyükləri darxımağa qoymayan pivə attraksionları, iki bakal pivə (balaca ziyarətçilərə şirə verirlər) və firma suveniri daxildir. Pivənin dadına baxmaq üçün Heineken Experience macərasına 2 saatdan az vaxt ayırmayın.
Vondel parkında istirahət edin
1864-cü ildə əsası qoyulmuş mərkəzi şəhər parkı öz adını “Holland Şekspiri” – XVII əsrin dramaturqu Yost van den Vondelin şərəfinə adlandırılıb. İncəsənət ruhu 47 hektarlıq bu parkda hələ də saxlanılıb. XIX əsr pavilyonunda səssiz və ya müasir kinoya baxa bilərsiniz.
Yayda isə parkın qonaqları üçün açıq səma altında teatr tamaşası və musiqili şou təşkil olunur. İlin istənilən vaxtında Vondel parkına velosipeddə, roliklərdə və ya skeytlə gəlsəniz özünüzü suda balıq kimi hiss edəcəksiniz. Yeri gəlmişkən, Pablo Pikassonun orijinal “Balıq” heykəlini də tapın. Parkda həmçinin əsl tutuquşular yaşayır.
Güllərə qərq olun
Hollandiya zanbaqlar ölkəsi sayılır. Zanbağı digər güllərdən seçə bilirsinizsə Amsterdamdakı məşhur üzən bazara mütləq baş çəkin. Süsən, zanbaq, qızılgüllər və digər ekzotik güllərlə dolu olan ponton və barjalar Sinqel kanalının sahilini hələ XVII əsrdən əhatəyə alıb.
Buraya həvəskar bağbanlar üçün suvenirlər almaq və ya sadəcə şəhərin ən ətirli görməli yerində gəzmək üçün gəlmək lazımdır. Amsterdamda Avropada ən böyük və qədim botanika bağlarından biri olan Ortus Botanikusda güllərə baxıb zövq almaq olar.