Aviabilet alarkən necə qənaət etmək olar?

Aviabilet

Bir çoxları ezamiyyətə gedərkən qənaət barədə düşünmür, çünki bu halda bilet və digər xərclər təşkilat tərəfindən qarşılanır. Lakin öz hesabımıza təşkil etdiyimiz məzuniyyət və səyahət isə tam başqa məsələdir. Bu halda biz bütün xərclərdə, o cümlədən də aviabiletlərdə qənaət etməyə çalışırıq. Sizə təyyarəyə ucuz aviabilet almağa kömək edəcək, bir neçə məsləhət təqdim edirik.

  1. Erkən rezervasiya (50%-dək qənaət).
    Təcrübəli səyyahlar bilir ki, aviabiletlər nə qədər tez alınsa, o qədər çox qənaət etmək mümkündür. Həqiqətən, səyahətini əvvəlcədən planlaşdıranların aviabiletləri 50 faizədək qənaət etməklə əldə etmək imkanı yaranır. Ucuz aviabiletləri axtarmağa səyahətdən 1-2 ay əvvəl başlamaq yaxşıdır.
  2. “Endirimli” günlərdə səyahət edin.
    Cümə günündən bazar gününədək, eləcə də bayram günlərində biletlər bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və ya cümə axşamı olduğundan daha baha olur. Özü də bəzi aviaşirkətlərdə bu fərq mühüm dərəcədə görünür.
  3. Hər iki tərəfə bilet alın
    Hər iki tərəfə bilet alarkən (gediş-dönüş) istisnasız olaraq bütün aviaşirkətlər daha aşağı qiymətlər təklif edir.
  4. Xüsusi təkliflər
    Demək olar ki, bütün aviaşirkətlər mövsüm endirimləri və ya xüsusi təkliflər təqdim edir. Burada siz biletləri dəyərinin 10%-50%-ə qədər qənaət edərək əldə edə bilərsiniz. Bu endirimlər bir qayda olaraq, fevral-mart və sentyabr aylarında elan edilir.
  5. Ucuz aviaşirkətlərin xidmətlərindən istifadə edin. Bunun üçün aybilet.az axtarış sisteminin xidmətlərindən istifadə edə bilərsiniz. Sistem 728 aviaşirkət, 5 bronlama sistemi və 40 agentlikdən ən ucuz aviabiletləri sıralayıb sizə təqdim edir.