Aybilet.az logo

Aviabiletlər

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

Aviabilet – sərnişin və aviaşirkət arasında, sərnişinin və onun yükünün hava yolu ilə daşınması ilə əlaqədar bağlanmış Müqaviləni təsdiqləyən sənəddir. Aviabileti almazdan əvvəl sərnişin onun şərtləri ilə tanış olmalıdır, çünki beynəlxalq hüquq normalarına uyğun olaraq, biletin alınması sərnişinin müqavilənin şərtləri ilə tanış olması kimi və onunla razılaşması kimi qiymətləndirilir.

Aviabilet qiymətləri üçün tarix və getmək istədyiniz şəhəri seçin:

 

Elektron aviabilet

Elektron sərnişin bileti – ənənəvi kağız blankın əvəzinə təklif olunan aviabiletin elektron formasıdır, o, Sizin uçuşa hazırlığınızı asan və rahat etməyə imkan verir. Bütün informasiya etibarlı şəkildə aviaşirkətin xüsusi məlumat bazasında elektron formada saxlanılır. Sərnişinə elektron aviabiletin surəti verilir (Passenger Itinerary Receipt), burada sərnişin haqqında, marşrut, tarif, ödəniş, satış ofisi və s. haqqında məlumat verilir. Elektron aviabilet, həmçinin onun kağız variantı sərnişin və aviaşirkət arasında, sərnişinin və onun yükünün hava yolu ilə daşınması ilə əlaqədar bağlanmış Müqaviləni təsdiqləyən rəsmi sənəddir.

Elektron aviabiletin kağız blankdan üstünlükləri:

  • Günün 24 saatı, həftənin 7 günü ərzində aybilet.az saytımızda plastik kart vasitəsilə onlayn şəkildə gedişin bronlaşdırılması və pulunun ödənilməsi imkanı.
  • Elektron aviabileti itirmək və ya özünüzlə götürməyi unutmaq mümkün deyildir. Onu oğurlamaq mümkün deyil.
  • Sərnişin elektron bileti başqa şəhərdə olan qohumları və ya dostları üçün ala bilər, onların yalnız uçuş zamanı aeroportda şəxsiyyətlərini təsdiqləyən sənədi təqdim etməklə qeydiyyat proseduru keçmələri kifayət edəcəkdir.

Elektron bileti harada və necə almaq olar?

Bu gün elektron bileti ofisimizdən ala və ya aybilet.az saytında tapmaq olar. Sayt – elektron aviabilet əldə etməyin maksimal dərəcədə sürətli  və rahat üsuludur: saytda aviabileti sifariş edir və qiymətini ödəyirsiniz, marşrut-qəbzi çap edirsiniz, onu və şəxsiyyətinizi təsdiq edən sənədi götürərək aeroporta, reysinizə birbaşa qeydiyyata gəlirsiniz.

Elektron biletin qiymətini necə ödəmək olar?

  • SW Travel kassalarında və səlahiyyətli agentliklərin ofislərində elektron bilet alarkən ödəmə həm nağd pulla, həm də VISA/Mastercard bank plastik kartı ilə həyata keçirilə bilər. Elektron biletin sayt vasitəsilə alınması zamanı ödəmə VISA/MasterCard bank plastik kartı vasitəsilə həyata keçirilə bilər.
  • Kredit kartları ilə bağlı saxtakarlıq faktlarının qarşısını almaq məqsədilə qeydiyyatı icra edən aeroportların əməkdaşları (və ya aviaşirkətin rəsmi nümayəndələri) sərnişindən xahiş edə bilərlər ki, tələb olunan məlumatların müqayisə olunması üçün kredit kartının orijinalını təqdim etsin.

Elektron biletin alışı nə ilə təsdiqlənir?

Səlahiyyətli agentliklərin ofislərində daşınmanın elektron bilet vasitəsilə tərtib olunması zamanı sərnişinə elektron aviabiletin çap olunmuş surəti verilir və nağd pulla və ya plastik bank kartı ilə ödəmə zamanı kassa-nəzarət texnikası vasitəsilə tərtib olunmuş çek təqdim olunur.

Saytda alış zamanı elektron aviabiletin çap olunmuş surəti e-mail vasitəsilə sərnişinə göndərilir və alışı təsdiqləyir, burada marşrut haqqında, daşınmanın forması, ödəmənin detalları, daşınmanın şərtləri və s. haqqında tam məlumat olur. Plastik kartla ödəmədən dərhal sonra marşrut-qəbz Sizin elektron ünvanınıza göndərilir.

Sizə tövsiyə edirik ki, bütün səyahət zamanı elektron aviabiletin çap olunmuş qəbzini özünüzdə saxlayasınız. Bundan əlavə, marşrut-qəbz aeroporta daxil olmazdan əvvəl aviasiya təhlükəsizliyi xidmətinə təqdim etmək üçün, yaxud pasport yoxlanması zamanı, yaxud gömrük yoxlanması zamanı sizin geri qayıtmaq üçün və ya səyahətinizi davam etdirmək üçün  biletinizin olmasının sübutu kimi lazım ola bilər.

Elektron biletlə qeydiyyat.

Aeroportda qeydiyyat şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir (böyük yaşlı sərnişinlər üçün pasport və uşaqlar üçün doğum haqqında şəhadətnamə). Sərnişinin fərdi məlumatları elektron biletdə göstərilmiş məlumatlara uyğun olmalıdır. Aeroportda qeydiyyat zamanı keçid talonu və yük birkaları verilir (yükün daşıyıcının cavabdehliyinə verilməsi zamanı). Keçid talonlarının dublikatları verilmir. Təyyarəyə oturan zaman verilən keçid talonlarını səyahətin sonuna qədər saxlamaq zəruridir. Hal-hazırda sərnişin müstəqil şəkildə, reysin uçişuna 20 saat qalmış “Azərbaycan Hava Yolları” aviaşirkətinin reyslərinə qeydiyyata düşə bilər. Qeydiyyat zamanı kod sərnişinin mobil nömrəsinə göndəriləcəkdir.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on pinterest
Pinterest
Share on whatsapp
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT