Aviabiletlərdə erkən rezervasiyanın üstünlükləri

Azərbaycan Hava yolları

Bir çox təcrübəli səyyahlar, ilin fəslindən və hansı istiqamət üzrə səyahət edəcəklərindən asılı olmayaraq, aviabiletləri əvvəlcədən bron etməyə üstünlük verir. Aviabiletlərdə erkən rezervasiya – uçuşa bir neçə ay qalmış əvvəlcədən bilet sifarişini nəzərdə tutur.

Aviabiletlərin sifarişi, həm aviabiletin dəyərinin tam və ya qismən ödənilməsi ilə alınmasına, həm də ödənişin təxirə salınması imkanını verir. Aviabiletin dəyərinin ödənilməsi üçün son gün (time-limit) aviaşirkət tərəfindən bron tarifə əsasən müəyyən edilir. Time-limit bitdiyi an rezervasiya avtomatik olaraq ləğv edilir. Bu halda cari tarixə olan tariflər üzrə yenidən bron etmək lazım gəlir.

Öz məzuniyyətini əvvəlcədən planlaşdıran turistlər erkən rezervasiya zamanı turun dəyərinin 50% -ni qənaət edə bilərlər. Erkən rezervasiya – yalnız real qənaət deyil, bu həm də istirahət mövsümündə boş yerləri olmayan məşhur otellərdə otaqlar tapmaq imkanıdır.

Aviabiletlərin erkən rezervasiya şərtləri:

Müxtəlif turizm operatorlarında erkən rezervasiya zamanı ödəmə şərtləri fərqli olsa da, ümumilikdə bir sıra oxşar məqamlar var. Məsələn, bir çox şirkətlərdə erkən rezervasiya zaman ikipilləli ödəniş sistemi fəaliyyət göstərir:

  1. Turun dəyərinin 25%-ni təsdiq olunduğu andan etibarən 5 bank günü ərzində;
  2. Turun dəyərinin qalan 75%-ni uçuş tarixinə ən gec 10 iş günü qalmış ödəmək lazımdır.

Digər şirkətdə tur xidmətlərinin göstərilməsinə otuz və daha artıq gün qalmış bron edilmiş turlar üçün ödəniş növbəti sxem üzrə aparılır:

  1. Turun dəyərinin 50%-i “ödənişi üçün hazır” statusu təsvir edildiyi gündən etibarən üç bank günü ərzində;
  2. Turun dəyərinin qalan 50%-i isə uçuş vaxtına ən gec 10 iş günü qalmış ödənilməlidir.

Erkən rezervasiyanın çatışmamazlıqları:

Aviabiletlərin erkən rezervasiyasının bəzi çatışmamazlıqları da var:

  • Səfərin vaxtına və müddətinə istənilən dəyişiklik etmək imkanı yoxdur;
  • İstirahət tərkibini dəyişmək olmaz;
  • Səfərə bir neçə ay qalmış, uçuş zamanı yaranacaq bütün halları əvvəlcədən bilmək mümkün deyil;
  • Turdan imtina etdikdə cərimə ödəmək lazımdır.