Aviabiletləri necə onlayn qeydiyyata almaq olar?

Hər kəsə məlumdur ki, elektron sənədlərdən istifadə vaxta və pula qənaət etməyə imkan yaradır. Lakin bu sənədlərdən istifadə zamanı bəzi məqamlara diqqət etmək vacibdir. İlk növbədə nəzərə almaq lazımdır ki, hava limanında uçuşlara qeydiyyat, uçuşun başlamasından 60 dəqiqə əvvəl bağlanır. Uçuşa qeydiyyat üçün aviabilet və xarici passport təqdim edilməlidir.

Sərnişin qeydiyyat zamanı əldə etdiyi sənəd vasitəsilə steril əraziyə daxil olmaq üçün xüsusi yoxlamaya məruz qalır və daha sonra həmin sənədi təyyarəyə minmək üçün təqdim edir. Bu proses bəzən uzun çəkdiyi üçün, elektron biletləri olan vətəndaşlar vaxtlarına qənaət edərək, uçuşlara onlayn qeydiyyatdan keçə bilərlər. Bunun üçün sadəcə aviabiletin nömrəsi və xarici passportun məlumatları lazım olacaq.

Elektron uçuş biletini daşıyıcı şirkətin rəsmi saytında qeydiyyata almaq mümkündür. Bunun üçün, saytda “uçuşa qeydiyyat” xanasına keçid etmək, gediş qəbzinin və ya rezervasiyanın nömrəsini daxil etmək lazımdır. Ehtiyac yarandığı halda, seçilmiş reys və qeydiyyata alınan sərnişinlər haqqında məlumat da daxil edilə bilər.

Qeydiyyat prosedurunun sonunda təyyarə kabinəsindəki yerlər avtomatik olaraq təyin edilir. Əgər siz yer seçimi etmək istəsəniz, bu zaman “yer seçimi” xanasına keçid almalı olacaqsız. Açılan pəncərədə təyyarənin sxemi görünəcək ki, burada boş və dolu yerlər haqqında məlumat əks olunacaq.

Uçuş üçün qeydiyyatdan keçdikdən sonra, uçuş talonu sizin elektron poçt ünvanınıza və ya mobil nömrənizə göndəriləcək. Telefona yüklənmiş və ya kağız daşıyıcıda çap edilmiş elektron biletiniz olsa belə, bəzi rəsmi məqamlar üçün hava limanına uçuşdan xeyli əvvəl gəlmək lazımdır. Burada qeydiyyat proseduruna əməl etmək, baqajı təhvil vermək, nəzarət zonasından keçmək və təyyarəyə minmək üçün xüsusi əraziyə daxil olmaq lazım olacaq.

Bəzi hava limanlarında mobil telefonların ekranlarından uçuş talonlarını oxumağa imkan verən avadanlıq quraşdırılmışdır. Bu avadanlıq vasitəsi ilə, telefonlardan aviabiletlərin ştrix kodu scan edilir və sərnişinlər rahatlıqla bütün nəzarət bölümlərindən keçə bilirlər.

Ehtiyac yarandığı halda elektron biletləri hava limanında da çap etmək mümkündür. Bunun üçün bəzi hava limanlarında sərnişilərin səlbəst istifadəsi üçün xüsusi çap terminalları quraşdırılıb. Biletləri çap etmək üçün, ştrix kod əks edilən telefonun ekranını oxucuya tutmaq kifayətdir.

Qeydiyyatdan keçdikdən sonra, sərnişin uçuş talonunda qeyd edilən çıxışa yaxınlaşmalıdır.

Artıq dünyanın ən böyük hava limanları bütün daxili istiqamətlərdə elektron biletlərin istifadəsini tətbiq edir.