Aybilet.az logo
Azal

AZAL dörd ədəd “Boeing” alır – 918 milyon dollara

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) Paris aviasalonunda təxminən 918 mln. dollar həcmində qiymətləndirilən dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətini elan edib.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə təsdiqləndikdən sonra “Boeing” korporasiyasının rəsmi saytında yerləşdiriləcək.

“Yeni “787-Dreamliner” təyyarələrinin sifarişi barədə qərar AZAL-a gələcək inkişaf üçün böyük imkanlar açır. Biz MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir “Boeing 787″ təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik”, – dövlət konserninin prezidenti Cahangir Əsgərov bildirib.

“Boeing” korporasiyasının Yaxın Şərq, Türkiyə, Rusiya və Mərkəzi Asiyada satış məsələləri üzrə vitse-prezidenti Marti Bentrott isə bildirib ki, bugünkü saziş AZAL ilə tərəfdaşlıqda yeni səhifə açır: “Biz əminik ki, bazarda lider olan “Boeing 787-8 Dreamliner” sərnişin təyyarələrinin səmərəliliyi və rahatlığı AZAL-ın aviaparkının müasirləşdirilməsi planlarına müvəffəqiyyətlə kömək edəcək”.

AZAL böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşıyıb.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Hazırda aviaşirkətin donanmasına iki “Boeing 787-Dreamliner” təyyarəsi, həmçinin “Boeing 767” və “Boeing 757” təyyarələri daxildir.

Ən ucuz Azal aviabiletlərini saytımızın aviabiletlər bölümündən ala bilərsiniz.

lent.az

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

Tiflisə sərbəst səyahət

Dağlar, qara dəniz çimərliyi, xizəklə əyləncə, kabablar və dünyaca məşhur şərabın dadına harada baxmaq olar? Əlbəttəki Gürcüstanın paytaxtı Tiflisdə. Gürcüstan – Qafqazda

Ətraflı »
buckingham palace

Bukingem Sarayı

Bukingem Sarayı – II Yelizavetanin Londondakı rəsmi iqamətgahıdır. Vestminster ərazisində yerləşir. Teyburn çayının kənar sahillərinə təsadüf edir. Ərazisi bataqlilarla zəngin olan bu

Ətraflı »