“Azərbaycan Hava Yolları” (AZAL) oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə (Suvarnabhumi Beynəlxalq Hava Limanı) müntəzəm sərnişin reyslərinin həyata keçirilməsinə başlayacaq. Qeyd edək ki, bu, Azərbaycanın paytaxtından Cənub-Şərqi Asiyaya ilk birbaşa müntəzəm sərnişin aviareysidir. Bakı-Banqkok aviabileti almaq üçün keçidi klikləyin.
Bakıdan Banqkoka aviareyslər çərşənbə axşamı və bazar günləri ekonom və “VIP-klub” sinif salonlu rahat “Boeing-767” laynerləri ilə yerinə yetiriləcək. Banqkokdan Bakıya aviareyslər isə bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.
Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.
Banqkokda endirimli otellər
Hotel | Stars | Discount | Price before and discount | Select dates |
---|---|---|---|---|
Shangri-La Bangkok | ★★★★★ | - | - | View hotel |
ibis Styles Bangkok Khaosan Viengtai | ★★★ | - | - | View hotel |
Eastin Grand Hotel Sathorn - SHA Extra Plus | ★★★★★ | -18% | 269 221 | View hotel |
Pullman Bangkok King Power | ★★★★★ | - | - | View hotel |
Novotel Bangkok Sukhumvit 20 - SHA Extra Plus Certified | ★★★★ | -26% | 189 141 | View hotel |
Rembrandt Hotel and Suites SHA Plus Certified | ★★★★ | - | - | View hotel |
Amari Don Muang Airport Bangkok - SHA Plus | ★★★★★ | -41% | 192 114 | View hotel |
lebua at State Tower | ★★★★★ | -29% | 325 231 | View hotel |
At Residence Suvarnabhumi Hotel - SHA Extra Plus | ★★★★ | -34% | 255 168 | View hotel |
Chatrium Hotel Riverside Bangkok | ★★★★★ | -6% | 243 230 | View hotel |
Banqkok regionunun əsas turizm mərkəzlərindən biridir. Hər il bu şəhəri dünyanın bir çox ölkələrindən, xüsusilə Qərbi Avropa və MDB ölkələrindən milyonlarla turist ziyarət edir. Banqkok ən tələbkar zövqləri belə təmin etməyə qadirdir: həm sirli Şərq mədəniyyəti ilə maraqlananları, həm də əyləncə həvəskarlarını. Şəhərdə müxtəlif səviyyəli çoxlu sayda hotellər fəaliyyət göstərir, buna görə də burada əhalinin bütün təbəqələrindən olan turistlər istirahət edə bilər.