Bakıdan Çelyabinskə aviareys açılıb
Rusiyanın “IrAero” şirkəti Bakıdan Çelyabinsk şəhərinə aviareys açıb. Aviaşirkətin verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II, iyunun 20-dən etibarən isə IV günləri “Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək.
Самые дешевые билеты из Баку в Челябинск и обратно
Дата вылета | Дата возвращения | Пересадки | Авиакомпания | Найти билеты |
---|---|---|---|---|
24 Июня 2022 | 8 Июля 2022 | Прямой рейс | ![]() | Билеты от 538 |
17 Июня 2022 | 8 Июля 2022 | 1 остановка | ![]() | Билеты от 535 |
24 Июня 2022 | 19 Июля 2022 | 1 остановка | ![]() | Билеты от 906 |
Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxacaq. Uçuşun ümumi vaxtı 3 saat təşkil edəcək.
Bakı-Çelyabinsk aviabilet qiymətləri üçün tarix seçin
Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə biletin qiyməti 10 min rubl (264 manat) təşkil edir.
Rusiya KİV-ləri xəbər verir ki, ilkin olaraq uçuşlar iyunun 20-dək təkcə çərşənbə axşamı, həmin tarixdən sonra isə cümə axşamı da həyata keçiriləcək.
Çelyabinsk-Bakı istiqamətində ilk uçuşda 29 sərnişin iştirak edib. Tələbat artarsa, gələcəkdə reyslərin sayı artırılacaq.