Başqa şəhərdə olduqda yolu azmamaq üçün nə etməli?

Bəzən elə olur ki, hətta çox yaxşı tanıdığımız doğma şəhərimizdə belə yolumuzu aza bilərik. O ki qaldı, yad şəhərə. Yersiz və xoşagəlməz hallardan qaçmaq, lazımi ünvanın axtarışında küçədə saatlarla vaxt itirməmək üçün sizə bir neçə məsləhət təqdim edirik.

Xəritələrdən istifadə edin

Çox sadə məsləhət olmasına baxmayaraq, bir o qədər də səmərəlidir. Siz həm adi, kağız xəritələrdən, həm də müxtəlif qurğular və əlavələrdən istifadə edə bilərsiniz. Məsələn, Google Map – istifadədə çox rahat əlavədir. Bundan başqa telefonunuza GPS-naviqator quraşdıra bilərsiniz ki, yad şəhərdə səfərdə olduğunuz halda istiqaməti rahatlıqla tapa biləsiniz.

Peyk antenlərə diqqət edin

Məktəbdə hər kəsə qarışqa yuvalarına və ağaclardakı yosuna diqqət edərək istiqaməti müəyyənləşdirməyi öyrədirdilər. Lakin bütün bu biliklər böyük şəhərdə çətin ki, bizə kömək etsin. Bəs bu halda telefonumuz da xarab olarsa nə etməli? Bu zaman evlərin dam örtüyünə diqqət edib peyk antenlərini axtarın. İlk baxışdan qəribə səslənsə də, məhz bu antenlər işığın tərəfini müəyyən etməyə kömək edəcək. Peyk antenlər hər zaman cənuba yönləndirilmiş olur. (Cənub rayonlarda isə antenlər müvafiq olaraq şimala baxır.)

Başlanğıc nöqtəni seçin

Yad yerdə istiqaməti tapmaq üçün ilk olaraq başlanğıc nöqtə seçib sonra axtarışlara davam edə bilərsiniz. Belə nöqtə qismində hər hansı kafe və ya mağaza çıxış edə bilər.

Yerli əhali ilə ünsiyyət qurun

Başqa şəhərdə olduqda düzgün yolu tapmağa yerli əhali kömək edə bilər. Çalışın insanlarla ünsiyyət qurub sizə lazım olan məlumatları əldə edəsiniz. Lakin əgər siz yerli dili bilmirsinizsə və ünsiyyət qurmaq mümkün deyilsə, bu halda məlumat nişanlarına diqqət edin. Bir çox yol nişanları da, sizə yaxınlıqda olan otellər, polis bölmələri və şəhərin əsas magistralı barədə məlumat verə biləcək.

Ən başlıcası, yolunuzu azdığınız zaman panikaya düşməyin və qorxmayın. Hətta yerli şəhər sakinləri də bəzən şəhərdə istiqaməti itirə bilər. İstənilən halda sakitləşib ətrafınıza baxın, ola bilsin ki, burada haqqında heç vaxt eşitmədiyiniz hansısa unikal yer tapacaqsınız. J