Təyyarənin ekipaj üzvləri bir çox qayda və tələblərə riayət etməlidir.
Həyatında heç vaxt təyyarə ilə səyahət etməyən insanlar demək olar ki, çox azdır. Uçuşdan öncə biz adətən eyni qaydaları eşidirik: kəməri necə düzgün bağlamalı, qəza zamanı hansı çıxışdan istifadə etməli və özünü necə aparmalı. Amma təyyarənin pilot kabinəsində nə baş verdiyi sərnişinlər üçün sirr olaraq qalır.
Təyyarənin ekipaj üzvləri bir çox qayda və tələblərə riayət etməlidir. Məsələn, pilotların saqqal saxlamağına qadağa qoyulması bizə qeyri-adi gələ bilər. Amma bunun məntiqli izahı var: fövqəladə hallarda oksigen maskası taxdıqda, maska üzə kip oturmalıdır. Bundan əlavə tayyarə kapitanlarının qida qəbulu ilə bağlı tələblər də var. Birinci və ikinci pilotlara uçuş zamanı fərqli yeməklər verilir. Bu cür qaydalar əksər avialaynerlərdə ona görə tətbiq olunur ki, pilotlardan biri qidadan zəhərlənərsə, o biri pilot onu əvəz edə bilsin.
Pilotlardan biri kabinəni qısamüddətli tərk etdikdə, onu təyyarə bələdçisi əvəz edir. Bələdçi o biri pilotun necə vəziyyətdə olduğunu müşahidə edir.
Pilotlar təyyarənin göyərtəsində olan bütün sərnişinlərə görə cavabdehdir, ona görə də təhlükəsizlik və sığortalanmaq hər şeydən önəmlidir.