2019-ci ildə sizə lazım olacaq 16 ən maraqlı mobil əlavə

Səyahətin ən maraqlı məqamlarından biri səyahətdən əvvəl olan hazırlıqlardır ki, bu zaman artıq biletlər alınmış, otellər bron edilmiş, bələdçilər xırdalığa qədər incələnmiş olur və vaxt çatır yeni mobil əlavələrinin axtarışına.

Hara və nə zaman gedəcəyinizdən asılı olmayaraq, aşağıda qeyd edilən mobil əlavələr hər zaman sizin köməyinizə çata biləcək.

  1. Kindle – Əlavəsini öz telefonunuza yükləyərək siz səyahət zamanı çantanızda bir neçə kitab daşımaqdan azad olacaqsınız.
  2. SAS Survival Guide – Bu mobil əlavəni keçmiş əsgər və xüsusi qüvvələrin təlimatçısı yaradıb. Burada siz yolda və evdə lazım ola biləcək yüzlərlə vərdişlər barədə məlumat ala biləcəksiniz.
  3. FlightAware – Real vaxt rejimində istənilən uçuşu izləməyə və bütün hava limanlarında olan tıxaclar barədə məlumat almağa kömək edir.
  4. Google Translate – Real vaxt rejimində və offline qaydada tərcümə imkanları yaradır. Sizə lazım olan dil seçimini yükləyərək kameranı tərcüməsi lazım olan mətnin üzərinə yönəldə bilərsiniz ki, proqram bir neçə saniyəyə mətni tərcümə edəcək.
  5. Duolingo – Əlavə 27 dildə oxumağı, yazmağı və danışmağı öyrədə biləcək kiçicik dərslər və oyunlardan ibarətdir.
  6. XE – Valyutanın konvertasiyası üçün mobil əlavədir. Proqramdan istifadə etmək üçün sadəcə mütəmadi olaraq valyuta məzənnələrini təzələmək lazımdır.
  7. AroundMe – Sizin yerləşdiyiniz yer barədə məlumat alır və sizə ən yaxın restoran, kinoteatr, bar, supermarketlər, banklar, xəstəxanalar, mehmanxanalar, teatrlar, taksi dayanacağı və yanacaqdoldurma məntəqələri barədə məlumat verir.
  8. Wiffinity – Daim yenilənən siyahı və istifadəçilər tərəfindən əlavə edilən şəbəkə və parollar sayəsində sizə hər zaman onlayn qalmağa imkanı yaradacaq.
  9. Touchnote – Əlavəsinin köməyi ilə öz şəkillərinizdən istifadə edərək açıqçalar yarada və yaxınlarınıza göndərə bilərsiniz. Bunun üçün sadəcə lazımi şəkili seçib, üzərinə mətn və ünvanı əlavə etmək lazımdır.
  10. Flush – toilet finder. Yaxınlıqda olan “ayaq yolu” barədə məlumatlar təqdim edir. Bura 190000-nə yaxın ayaq yolu punktlaı əlavə edilib.
  11. Prey Anti Theft – Telefonunuzun itdiyi zaman onu tapmağa, təhlükəsizlik xidmətini aktivləşdirməyə və telefonu bloklaşdırmağa kömək edəcək. Bu, tamamilə pulsuz və çox faydalı əlavədir.
  12. CityMapper – 36 şəhəri əhatə edir və A məntəqədən B məntəqəsinə çatmağın ən yaxşı və rahat üsulunu təqdim edir.
  13. Weatherpro – Adından məlum olduğu kimi bu hava proqnozu ilə əlaqəli əlavədir ki, buradan siz hava haqqında dəqiq məlumatlar əldə edəcəksiniz.
  14. MAPS.ME – offline xəritədir ki, bura siz lazım olan xəritəni əvvəlcədən yükləyərək rahat şəkildə istifadə edə bilərsiniz.
  15. First aid – Əlavəsinin köməyi ilə siz ilk yardım göstərilməsi üçün bütün lazımi məlumatları alacaqsanız.
  16. Skype – Ailəniz və dostlarınızla əlaqə yaratmağa və gəzdiyiniz yerlərdən canlı görüntülərlə bölüşməyə imkan yaradacaq.

Yuxarıda qeyd edilən proqramlardan başqa, səyahətiniz üçün ən zəruri əlavələrin siyahısına aybilet.az-ucuz aviabiletlərin axtarışı sistemini də əlavə etməyi unutmayın.