Açıq səma altında qeyri-adi otellər

Qeyri-adilik axtaran təcrübəli səyyahların diqqətinə açıq səma altında bir neçə maraqlı otel təqdim edirik.

ECO RESORT – Afrika aslanlarının arasında açıq səma altında otel

ECO RESORTEco Resort adlı istirahət bazası bir qoruq ərazisində yerləşir və afrikasayağı fəal istirahətə üstünlük verən turistlər üçün nəzərdə tutulub.

Bu oteldə “otaqlar” hündür tirlərlə yer üzərindən bir neçə metr yuxarıya qaldırılmış taxta platforma formasındadır.

Burada istirahət edənlərə rahatlıq üçün ikiyataqlı çarpayı, yemək masası və oturacaqlar təklif olunur. Həşəratlardan qorunmaq üçün çarpayı xüsusi örtük ilə təchiz olunub.

İkimərtəbəli “nömrəyə” qalxmaq üçün xüsusi taxta pilləkənlardan istifadə etmək olar. Otelin aşağı yarusunda sauna və sanitar qovşaq, yuxarıda isə qonaq otağı yerləşir. Qeyri-adi layihə müəlliflərinin fikrincə, Eco Resort Cənubi Afrikada fəal turizm üçün və ya romantik istirahət üçün ideal yerdir.

FAKTUM HOTELS – İsveçdə açıq səma altında otel

İlk olaraq açıq səma altında otel İsveçdə yaranıb. Əvvəl bu layihə kommersiya məqsədindən daha çox sosial xarakter daşıyıb. Belə ki, ideya müəllifləri bu incə üsulla küçədə yaşayan insanlara dəstək olmaq və evsizlərə ianə toplamaq üçün ictimaiyyətin diqqətini cəlb etmək istəyiblər.

“Faktun Hotels”-də gecələmə təxminən 100 İsveç kronuna (təxminən 12 dollar) başa gələcək. İdeya müəllifləri buradan əldə olunan bütün vəsaiti evsizlərə kömək üçün istifadə olunacağını vəd edirlər.

KAKSLAUTTANEN – Findandiyada açıq səma altında otel

Əgər siz qütb parıltısını öz gözlərinizlə görmək arzusundasınızsa, bu zaman Finlandiyaya səfər edin. Münasib otel axtarışına vaxt sərf etməkdənsə, sizə şimal şəfəqini öz otağınızdan seyr etmək imkanı olan açıq səma altında Kakslauttanen otelini tövsiyə edirik. Bu oteldə otaqlar sözün əsl mənasında, düz meşənin ərazisində açıq səma altında yerləşir və evlər kiçik şüşə günbəzi xatırladır.