Amsterdamda pulunuza necə qənaət etmək olar: bir dəqiqədə 7 məsləhət

  1. Şəhər içində tramvay nəqliyyat vasitəsindən, şəhərdən kənar isə velosipeddən istifadə edə bilərsiniz. Amsterdamda 2 günlük velosiped kirayəsi 20 avro, 3 günlük tramvay ilə gediş haqqı 19 avrodur.
  2. Qida xərclərinə qənaət etmək üçün La Place Express restoranlar şəbəkəsinə və Albert Heijn mağazalarına müraciət edə bilərsiz. Albert Heijn –də 200-350 qramlıq porsiyalar 2,5-4,-5 avro təşkil edir, daha böyük 400-500 qramlıq porsiyalar isə 4,5-6,5 avro civarındadır.
  3. Boş vaxtlarınızı ictimai kitabxanalarda keçirə bilərsiniz. Giriş ödənişsiz, interyer isə zövqlü, müasir kitab mağazalarını xatırladır. Burada kitab oxumaq, telefonu şarj etmək və soyuq havalarda isinmək olar. Həmçinin buradan şəhərin gözəl mənzərəsi göz oxşayır.
  4. Amsterdamda çox sayda gözəl və ödənişsiz parklar var: Vondelpark, Rembrandt Parkı, Sarfati Parkı, Qərb Parkı, Amsterdam Meşəsi. Meşədə, bu arada, mütləq fəsəlinin dadına baxın.
  5. Otello vasitəsi ilə otaq kirayələyin. Bron zamanı bir gecənin qiymətinə yox, qalma müddətinin yekun qiymətinə diqqət yetirin. Fərqli mənzillərin fərqli şərtləri var.
  6. I Amsterdam xəritəsindən istifadə edin. 24 saatlıq istifadə – 60 avro, 48 saatlıq istifadə isə – 80 avrodur. Bu məbləğə həmçinin muzeylər, kanal boyu gəzintilər, nəqliyyat, zoopark və s. daxildir.
  7. Qənaətli səhər yeməklərini NEMA mağazlarının elə həmin adda kafelərində tapa bilərsiniz. Burada hər səhər saat 09:00 –dan 10:00-dək İsveç masası açılır. 2 avro-ya 5-6 yemək növü seçmək mümkündür, məsələn, kruassan, qəhvə, yoqurt və buterbrod. İçərisində kafe olan bu mağazaların ünvanları belədir: Nieuwendijk 174-176 (alışveriş küçəsi, Damrak ilə paralel), Osdorpplein 626 (Osdorp), Buikslotermeerplein 197 (Amsterdam North).