Arzuolunmaz yolyoldaşı olmaq üçün 7 məsləhət

Yol-Yoldaşı

Hər səyahətçi siyahıda olan səhvlərdən heç olmasa birini mütləq edib. İki və ya daha çox səhv etsəniz dərhal təyyarənin və ya qatarın əsas arzuolunmaz şəxsinə çevrilirsiniz.

Özünüzlə ətirli çərəz götürün

Otelin yanındakı xoşladığınız kafedən soğan iyi verən qızardılmış balıq yolda yemək üçün lazım olan şeydir. İy kəskin olsa da soğan fitonsidləri Zika virusundan qorunmaq üçün demək olar ki, ən effektiv vasitədir. Salondakı qonşularınız sizə minnətdar olmalı olsalar da ağız-burunlarını büzəcəklər.

Ebola virusu daşıyıcısı olduğunuzu deyib zarafat edin

Guya Riodakı bütün karnaval rəqqaslarını öpmüsünüz, indi isə səpmisiniz zarafatı xəstəliyin profilaktikası sayıla bilər. Aeroportdakı həkimlər yalnış həyəcan olsa da sizi çoxdan istədiyiniz müayinədən keçirəcəklər.

Yol yoldaşlarınızdan uşaqlarınıza baxmağı xahiş edin

10000 metr hündürlükdə övladınızın qulağı ağrıyırsa, kiçik kupedə dəcəllik edirsə vəziyyəti ələ almaq üçün yeganə üsul uşağı heç vaxt imtina etməyən yol-yoldaşı xalalara etibar etməkdir. Özünüz isə vaqon-restoranda əhvalınızı şərab qədəhi ilə qaldırın.

Stüardessalara ədəbsizlik edin

Pis əhval-ruhiyyənizi bort bələdçisinin üzərinə tökmək daha yaxşıdır, nəinki emosiyalarınızı özünüzdə saxlayasınız. Onsuz da o, sizə cavab qaytara bilməyəcək.

Ürəkdən xoruldayın

Yatarkən xoruldayan zaman onsuz da siz əyri baxışları görməyəcəksiniz və arabir öskürmələri eşitməyəcəksiniz. Axı siz yatmış olacaqsınız.

Pedikür edin

Bir neçə saatlıq uçuşu necə qısaltmaq olar? Təyyarə bortuna saç maşası gətirə bilməmisinizsə kiçik dırnaq mişarı ilə silahlanın və dırnaq tozlarını qonşunuzun üzərinə tökməkdən çəkinməyin. Onsuz da bütün salonu Zika virusuna yoluxdurmusunuz. Zarafat.

Uçuşa başlayanda və enəndə nümayişkarcasına dua edin

Ona görə ki, hamı sizin inancınıza hörmət etməyə məcburdur. Sizin dualarınız qonşunuzu həyəcanda saxlayırsa da fikir verməyin.