Asan vətəndaşlıq verən ölkələr

vətəndaşlıq verən ölkələr

Bir çox ölkələr var ki vətəndaşlığı satır. Ölkələrə uyğun olaraq bu qaydalar dəyişir. Qaydalarla yanaşı vətəndaşlığı almaq üçün müəyyən məbləğdə pul da ödəmək lazım olur. Qaydalar müxtəlifdir. Əsasən bu həmin ölkələrdə əmlak almaq və ya biznes qurmaqla həyata keçirilir. Vətəndaşlığını satan ölkələrdən biri də Maltadır.

Malta 

İqtisadi inkişafı sürətləndirmək üçün Malta hökuməti bu adada ev alanlar üçün vətəndaşlıq təqdim edir. Minumum 880 min avro ödəyərək daşınmaz əmlak almaqla Malta vətəndaşlığını almaq olar. Bundan sonra səhər yeməyi üçün Almaniyaya belə getmək olar.

Avstriya, Macarıstan, Kipr 

2011-ci ildən etibarən Avstriya Macarıstan və Kiprdə əcnəbilər üçün vətəndaşlığını təklif edir. Amma bunun üçün xüsusi bir bacarıq və ya qabiliyyət lazım deyil. Sadəcə 360 min avro ödəməklə Avstriya və Macarıstanın 2.5 milyon avro ödəməklə isə Kiprin vətəndaşlığını almaq olar.

Latviya, Böyük Britaniya, Kanada, Abş

Latviya Kanada Abş Böyük Britaniyada da müəyyən həcmdə maliyyə yatırımları etməklə vətəndaşlıq almaq olar. Lakin investisiya ilə yanaşı vətəndaşlıq almaq istəyən şəxs bir neçə il həmin ölkədə yaşamalıdır.

Antiqua və Barbuda

Karib dənizində yerləşən Antiqua və Barbuda Britaniya dostluğu təşkilatının üzvüdür. Bu ölkənin vətəndaşlığını almaq üçün isə ölkənin milli inkişaf fonduna minumum 250 min dollar pul köçürməli və bu ölkədə minumum 400 min dollar dəyərində daşınmaz əmlak almalıdır. Vətəndaşlıq aldıqdan sonra il ərzində ən azından 7 gün bu ölkədə yaşamaq lazımdır.  Antiqua və Barbuda paportu ilə isə 129 ölkəyə səfər etmək mümkündür. Paport isə 4-6 ay ərzində verilir.

Dominikan respublikası

Dominikan respublikasının pasportunu almaq üçün 100 min dollar ödəmək lazım olacaq. İki nəfərlik ailə və az yaşlı uşaqlar üçün 200 min dollar ödəmək lazım olacaq. Bu ölkənin pasportu ilə Böyük Britaniya ilə yanaşı 50 ölkəyə səfər etmək olar.

Sent-Lyus

Bu ölkədə 100 min dollardan çox investisiya yatıran şəxs avtomatik vətəndaşlıq alır. Hətta bu ölkədə bir gün belə yaşamasa da. Sent-Lyusin pasportu ilə Şengen ölkələrinə və əksər Cənubi Amerika ölkələrinə səfər etmək olar.

Sinqapur

Sinqapurda vətəndaşlıq almaq üçün ilk növbədə bu ölkəyə 1.8 milyon dollar investisiya yatırmaq lazımdır.