Aybilet.az logo
Search
Close this search box.

Aviabileti necə oxumaq lazımdı?

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Sərnişin üçün aviabilet – anlaşılmayan simvollarla dolu bir sənəddir. Adətən biletdə soyada və istiqamətə sərnişin tərəfindən diqqət yetirilir.

Hal hazırda bu cür blanklarda istifadə olunur:

  • Avtomatik və manual kupon biletləri;
  • Elektron biletlər;

Bugünkü gündə elektron biletlərin istifadəsi daha da geniş yayılır. Elektron bilet – kağız bileti olmayan, bütün məlumat aviaşirkətin kompüter bazasında yerləşən, və sərnişinə bron haqqında bütün məlumatı daşıyan marşrut-qəbzi verilən biletdir.

Beləliklə, sizin kupon biletiniz – bir neçə kupondan ibarət olan (hər kupon kopya edən qatla təchiz olunub) sənəddir. Prinsipial olaraq, manual blanklardan xəzil zamanı istifadə olunur, lakin təcrübədə aviaşirkətlər onları agentlərin istifadəsinə həvalə edirlər. Elə ona görə də printerdə çap edilmiş manual blankları tez-tez görə bilirik. Biletləri əl ilə yazmaq yaramaz sayılır.

Seqmentlərin sayından asılı olaraq (yani uçuş istiqamətlərinin sayından) aviaşirkətlər 1,2 və 4kuponlu blanklardan istifadə edirlər. Əgər marşrutda istiqamətlərin sayı, blankda olan kuponların sayından azdır, o zaman qalan istifadə olunmayan kuponlarda VOİD sözü yazılır və həmin kupon ləğv olunur. İstiqamətin sayı çoxdursa, kuponlar ardıcıllıqla uçuşa qeydiyyat zamanı cırılır . axırıncı kupon sərnişin kopyası sayılır və sərnişinə haqq-hesab üçün təqdim olunur.

Biletin nədən ibarət olduğunu anlamaq üçün misal üçün 2 blankdan istifadə etdik – doldurulmuş və boş. Təmiz biletdə rəqəmlərlə əsas sütunları qeyd etdik və aşağıda izah etdik.

1.FARE CALCULATION  —  TARIFIN HESABATI.

Burada verilmiş biletin tariflə hesabatı göstərilir.

  1. FARE — TARİF.

Daşınmanın əvvəlində valyutada tarifi. Valyutası konvertasiya olunmayan ölkələrdə tarifləri ABŞ dollarında çap edirlər. Bəzən tarif “İT” və “FORFAİT” abreviaturalar altında gizli saxlanılır.

3.TOTAL  —  CƏMİ.

Yazıldığı ölkənin valyutasında biletin tam qiyməti (Tarif + Aeroport rüsumları). Azərbaycanda müxtəlif aviaşirkətlərdə bu manat kimi, ABŞ dolları da ola bilər. Burada “İT”-da ola bilər.

  1. ORIGIN/DESTINATION — İSTİQAMƏT.

Üç hərifdən ibarət olan haradan və haraya işarə etmə (arada sleş “/”işarəsi). Bunlardan başqa SİTİ və SOTO işarələri var və s.

  1. AIRLINE DATA — BRON NÖMRƏSİ.

Hərfli, rəqəmli bron nömrəsi (PNR CODE).

  1. ENDORSEMENTS/RESTRICTIONS — KEÇİRİCİ YAZI/MƏHDUDİYYƏTLƏR.

Bu sütunda müxtəlif aviaşirkətlərin məhdudiyyətləri qeyd olunur. Misal üçün sütunda “J2 ONLY” qeyd olunubsa, deməli bu bilet yalnız “AZAL” aviaşirkətin reyslərində istifadə oluna bilər. Burada tariflə izin verilmiş məhdudiyyətlərdə qeyd olunur. Misal üçün bronu dəyişmək və ya bileti qaytarmaq üçün cərimə alınır və ya “NON REF” işarəsi bildirir ki, bileti qaytarmaq mümkün deyil.

  1. NAME OF PASSENGER — SƏRNIŞİNİN ADI VƏ SOYADI.

Yalnız latın yazıları ilə qeyd olunur. Soyaddan sonra sleş ”/” sonrada adın birinci hərifi və ya tam adı yazılır. Sonra boşluq işarəsi və MR – mister və ya MRS/MSS-miss, missis. İATA normalarına əsasən bu sütunda 3 səhifə qədər yol verilə bilər.

  1. CONJUNCTION TICKETS — BIRLƏŞƏN BİLET.

Əgər marşrutda olan istiqamətlərin sayı, uçuş kuponlarından çoxdu, belə bilet bir neçə blanklarda yazılır

  1. STOPOVER — “STOPOVER” İNDİKATORU. X/O (HƏ/YOX).

Əgər müxtəlif şəhərdə dayanacaq baş verir və sərnişin orda 24 saatdan çox qalırsa bu sütunda “O” işarəsi qeyd olunur, sərnişin bu şəhərdə 24 saatdan çox olmazsa burada “X” işarəsini görə bilərsiniz. Stopoverin tətbiq edilməsi aeroport rüsumlarının hesabına görə biletin qiymətinə təsir edir. Stopoverin olmadığı halda bəzi rüsumlar ödənilmir və bu biletin qiymətini ucuzlaşdırır.

  1. ISSUED IN EXCHANGE FOR — VERİLİB ƏVƏZİNƏ.

Əgər bir bilet başqa biletin əvəzinə verilib, bu sütunda əvvəlki biletin nömrəsi qeyd olunur.

  1. VALIDATOR PLACE — VALIDATOR ÜÇÜN SÜTUN.

Bileti satdığı agentliyin ştampında mütləq bunlar olmalıdır:

  • agentliyin adı;
  • qısa ünvanı;
  • ofisin unikal nömrəsi, yani İATA-nın nömrəsi;
  • rəqəmli, hərfli agentin kod-nömrəsi;
  • biletin yazıldığı tarixi.
  1. FROM/TO — UÇUŞ MARŞRUTU.

Hər yerdə hava limanlarının və şəhərlərin yazıları üçün ingilis hərifləri istifadə olunur. Hər kuponda iki şəhərlər arasında uçuş qeyd olunur. Şəhərlər yuxarıdan aşağıya ardıcıllıqla qeyd olunub. Əgər şəhərdə bir neçə hava limanı varsa, bu halda onların üç hərifdən ibarət olan kodları şəhər adından sonra yazılır.

  1. CARRIER — DAŞINMANI HƏYATA KEÇIRDƏN ŞİRKƏT.

İki hərfli, rəqəmli aviaşirkətin kodu. Kodları İATA (Beynəlxalq Aviasiya Transportunun Birliyi) təyin edir.

Misal:

  • J2 — AZAL
  • SU — Аeroflot
  • LH — Lufthansa,
  • AF — Air France.
  1. FLIGHT — REYSİIN NÖMRƏSİ. CLASS — BRON

SİNİFİ.

Müəyyən sinfə aidiyyatını bildirən latın hərifi.

Adətən:

  • F, P, A — birinci sinif
  • C, D, I, Z — biznes sinif
  • W, S, Y, B, H, K, L, M, N, Q, T, V, X — ekonom sinifi.
  1. DATE — UÇUŞ TARİXİ.
  2. TIME — UÇUŞ ZAMANI.

Həmişə yerli zaman .

  1. STATUS — BRONUN STATUSU.

Adətən status — “OK”. Bəzən “RQ”(qeydiyyat zamanı yerin tələb edilməsi) statusu ilə yazıla bilər . İki yaşına qədər uşaqların biletlərində “NS”(təyyarədə oturacağı olmayan) statusu qeyd olunur.

  1. FARE BASIS — TARİFİN NÖVÜ.

Rəqəmli, hərifli tarif kodunun qeyd edilməsi.

  1. NVB/NVA — YARARLI DEYİL ƏVVƏL/YARARLI DEYİL SONRA.

Qeyd edilmiş tarixdən və sonra uçuş kuponunun istifadəsi mümkün deyil (tarifin qaydaları tarixi dəyişməyə imkan verirsə). Güzəştli tariflərin çoxluğu üçün tarixlərin ikisi də eyni olur.

  1. ALLOW.

Ödənişsiz daşınan bagajın norması.

  1. TOUR CODE — TUR KOD.

Xüsusi və məxfi yazılan biletlərdə istifadə olunur.

  1. ADDITIONAL ENDORSEMENT/RESTRICTIONS — ƏLAVƏ MƏHDUDIYYƏTLƏR.

Sütuna yerləşməyən məlumatı daşıyır. ENDORSEMENT/RESTRICTIONS.

  1. EQUIV/FARE — TARİFİN EKVİVALENTİ.

Biletin yazıldığı ölkənin valyutasında ekvivalent tarifi (biletin yazıldığı ölkənin valyutası, daşınma başlayan ölkənin valyutasından fərqlənirsə).

  1. TAX — RÜSUM.

İki hərifli qeyd etmə və aeroport rüsumlarının yekunu. Əgər bütün rüsumlar bu sütunda yerləşmirsə, o zaman sonuncu sütunda “ümumi” rüsum “XT” göstərilir (qalan rüsumlarinin yekunu).

  1. FORM OF PAYMENT — ÖDƏNİŞİN ÜSULU.
  • Biletin qiymətinin ödəmə üsulu.
  • CASH (nağd pulla),
  • INVOICE və ya INV (nağdsız ödəniş),
  • CC—kredit kartının nömrəsi-(kredit kartı).
  1. FORM AND SERIAL NUMBER – BILETIN NÖMRƏSI.
  • Birinci üç rəqəm – aviaşirkətin kodu.
  • Misal üçün, 771 — «АZAL»
Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

Batumi – “Qara Dənizin İncisi”

Batumi – böyüklüyünə görə Gürcüstanın ikinci şəhəridir. Qara Dəniz sahilinin cənub-qərbində yerləşən Batumi, müasir Gürcüstanın əsas turizm mərkəzidir. Şəhərin iqtisadiyyatının böyük hissəsi

Ətraflı »