Aviabiletin tarixini necə dəyişə bilərəm?

aviabilet

Bəzən əvvəlcədən planlaşdırılmış səfərləri bir sıra səbəbdən təxirə salmaq məcburiyyətində qalırıq. Bu zaman əldə olunan aviabiletlərin tarixində düzəliş etməyi və ya biletləri geri qaytarmağı düşünürük. Lakin bu növ düzəlişlər şirkət üçün faydalı olmadığına görə, bəzi aviaşirkətlər müdaxilələrə icazə vermir.  

Belə hallarla qarşılaşmamaq üçün, bilet alışı zamanı aviaşirkətin tariflərinə xüsusi diqqət etmək lazımdır. Məsələn, «changes are not permitted»  kimi yazı, biletin geri qaytarılmasının mümkün olmadığını və hər hansı düzəlişin qadağan olunduğunu bildirir. «Charge EUR 30.00» kimi yazı isə, aviabiletdə dəyişiklik etmək üçün ödəniləcək cərimənin miqdarını göstərir.

Göründüyü kimi, aviabiletin tarixini başqa bir tarixə dəyişmək yalnız aşağıdakı hallarda mümkündür:

  • hava yolları şirkətinin cəriməsini ödəməklə;
  • seçilmiş tarixə yer olduğu halda;
  • dəyişdiriləcək biletlərin xidmət haqqı və xidmət sinifi əvvəlki biletə uyğun olduğu halda.

Nəzərinizdə olsun ki, xüsusi aksiyalar və kampaniyalar zamanı əldə olunan aviabiletlərin dəyişdirilməsi çox nadir hallarda mümkün olur. Bundan əlavə, hər hansı düzəlişin edilməsi, aviabiletin tarifindən asılıdır. Məsələn, bəzi aviaşirkətlər biletin dəyərinin 50 %-i həcmində komissiya tətbiq edərək, tarixində dəyişiklik etməyə icazə verir.

Hətta hava yollarının bonuslarına alınmış biletləri də dəyişdirmək və ya qaytarmaq mümkündür. Hər bir hava yolunun aviabiletlərə tətbiq edilən şərtləri fərqli olduğu üçün, bu məqamlara xüsusi diqqət etmək lazımdır.