Aviabiletlər barədə Sual-Cavab

10. Bir istiqamətə olan aviabilətlər nə üçün gediş-dönüş biletlərindən daha baha olur?

Bir çox hallarda aviaşirkətlər aviabiletləri “gediş-dönüş” istiqamətində satmağa çalışırlar. Bir tərəfli istiqamətlərə isə qiymətlər bir az daha baha olur ki, bununla aviaşirkətlər reyslərin hər iki tərəfə eyni dərəcədə yüklənməsini təmin edirlər.

9. “Sunday Rule” (“Bazar günü qaydası”) nə deməkdir?

Aviabiletlərdə bu qayda əks istiqamətə olan reyslərin şənbədən bazar gününə keçən gecədən tez olmamasını nəzərdə tutur.

“Sunday Rule” qaydası ilk olaraq ABŞ-da düşünülüb. ABŞ aviaşirkətləri hava nəqliyyatından şəxsi məqsədlər üçün istifadə edənləri xidməti uçuşlar edənlərdən ayırmaq üçün aviabilet bazarını dəqiqlik ilə seqmentləşdirməyə başlayıblar.

Məlum olub ki, xidməti uçuşlar edənlər həftə sonlarını çox nadir hallarda ezamiyyətdə keçirirlər.

Bu səbəbdən sadəcə istirahət üçün uçanlar, biletləri “Sunday Rule” qaydasına riayət edərək əldə edə bilərlər ki, daha ucuz aviabiletlər məhz şənbə və bazar günləri də daxil edilməklə satılır.

8. Tam ekonom tarif necə olur?

Bu məhdudiyyətləri olmayan ekonom dərəcəli tarifdir. Yəni, aviabiletdə tarixi və uçuş vaxtını dəyişmək, bileti hətta reysin uçuşa çıxdığından sonra qaytarmaq olar.

Qeyd: Bu biletləri büdcəsi az olan turistlərin istifadə etdiyi ucuz tarifli və ekonom-sinifə aid promo biletlərlə səhv salmayın.

7. HTXX tarifinin tətbiqinin şərtləri hansıdır?

HTXX – Hüquqi və Texniki Xarakterli Xidmətlər – bilet alaraq sərnişinin qəbul elədiyi tarif qaydalarıdır. Bu qaydalarda ingilis dilində dəyişdirilmə, qaytarılma və s. şərtlər qeyd olunur.

6. Biletlərin seqmentə uyğun istifadəsi nə deməkdir?

Aviabilet alaraq, sərnişin HTXX tarifinin tətbiqi qaydaları ilə razılaşır ki, burada reyslərin ilk reysdən başlayaraq ardıcıl istifadə olunması barədə qeydlər yer alır.

5. “No show” nə deməkdir?

Bu, aviadaşıyıcını ilkin xəbərdarlıq etmədən reysə gəlməməkdir.

Qeyd: Ekonom sinfin tariflərinə əsasən əksər hallarda, reysə gəlməmək – biletin qaytarılma hüququ olmadan ləğvinə gətirib çıxarır.

4. “Open-jaw” nədir?

Bu “gediş-dönüş” biletində açılmış marşrutdur. “Open-jaw”-nın 2 növü mövcuddur:

  • Geriyə uçuş “daxil olma” hava limanından fərqli olduqda.
  • Uçuş həyata keçirilən hava limanına deyil, fərqli hava limanına qayıdış.

3. Stopover nə deməkdir?

Stopover – transfer olunacaq məntəqədə 24 saatdan daha artıq vaxt keçirdiyiniz zaman, tranzit ölkədə olan dayancaqdır.

Stopoverin üstünlüyü – səhərə kimi hava limanında vaxt keçirməkdənsə, yeni şəhərlə tanışlıqdır.

1. Related