Aviabiletlərin axtarışı və bron edilməsi

Müasir zamanda təyyarə ən sürətli və rahat nəqliyyat növü hesab edilir. Demək olar ki, təcili ezamiyyətə gedən, yaxud əvvəlcədən qonaq getməyi planlaşdıran, eləcə də bütün səyahət etməyi sevən insanlar məhz bu nəqliyyat növünə üstünlük verir. Müasir texnologiya o qədər inkişaf edib ki, bu gün biz aviabiletləri evdə oturaraq internet vasitəsi ilə əldə edə bilərik. Hal-hazırda internet şəbəkəsində dünyanın istənilən yerinə müxtəlif şərtlər əsasında aviabiletlər təklif edən yüzlərlə saytlar var.

Onlayn aviabilet axtarışı

Saytlarda maraqlı təkliflər tapmaq, onlayn rejimdə bilet axtarışı etmək, yerli və xarici aviaşirkətlər tərəfindən təqdim edilən xüsusi təkliflərdən yararlanmaq mümkündür. Bütün bu xidmətlər sərnişinlər üçün olduqca rahat şərait yaradır.

İnternet vasitəsi ilə təyyarəyə aviabilet almaq aviakassadan almaqdan daha sərfəlidir. Aybilet.az-da aviabiletlərin alınması üçün sizə ən sərfəli tariflər təqdim edilir. Saytın köməyi ilə siz həmçinin bir istiqamətə təqdim edilən reyslər arasında seçim də edə bilərsiniz ki, bu zaman təxminən 30-40 faiz qənaət etmiş olacaqsınız.

İnternet vasitəsi ilə aviabiletlərin sifarişi

İnternet vasitəsi ilə aviabiletlərin sifarişi – çox praktiki məqamdır. Əgər siz aviaşirkətin saytının daimi müştərisinizsə, bu zaman bütün reyslər və aviabiletlərin dəyəri barədə məlumatlı olursunuz. Siz həmçinin reyslər haqqında və göstərilən xidmətlər və endirimlər barədə də mütəmadi olaraq bildirişlər alırsınız.

Bundan başqa bilet sifarişi üçün əlaqə bölümündə qeyd edilən telefon nömrələri vasitəsi ilə də məlumat almaq mümkündür. Aviabilet almaq üçün, siz ilk öncə sifariş üçün müraciət edib aviabileti əvvəlcədən bron etməlisiniz. Saytlarda aviabiletin dəyərini ödəmək üçün ən rahat ödəmə üsulunu da seçmək mümkündür.

Aviabiletləri şirkətin ofisindən nağd ödənişlə əldə edə bilərsiniz. Bundan başqa istənilən yerə biletin çatdırılmasını da sifariş etmək mümkündür.