Aviabiletlərin bronlaşdırılması

Müasir zamanda bir çox insanlar səyahət planlarını aviabiletin bronlaşdırması ilə başlayırlar. Əgər təyyarə biletini ödəniş etmədən bron etmək istəyirsinizsə məqaləni diqqətlə oxuyun.  

Viza müraciəti, şübhəsiz ki, uzun və yorucu prosesdir. Müraciət prosesi zamanı səyahətçinin gedəcəyi ölkədən asılı olaraq bir çox zəruri sənədləri toplamaq və tələbləri yerinə yetirmək lazımdır.

Baxmayaraq ki, Şengen vizası, Britaniya vizası və ya Amerika vizası çətinliklə əldə edilir, demək olar ki, bütün vizalar eyni diqqəti tələb edir. Bütün hallarda bu tələblərin siyahısında əsas olanlardan biri də uçuş marşrutu və ya faktiki gediş-gəliş biletidir.

Şengen vizası üçün konsulluğa ödəniş etmədən bilet bronu

Bu , biletə ödəniş etmədən vizaya müraciət üçün ən təhlükəsiz və risksiz üsullardan biridi. Uçuş marşrutuna müəyyən edilmiş müddət ərzində reys haqqında məlumatlar daxildir. Sənəddə uçuşun marşrutu qeyd olunur, lakin bu o demək deyil ki, sərnişinin təyyarə bileti artıq mövcuddur. Bu sadəcə təqdim olunan biletlərin bronudur. Sərnişin, turizm agentlikləri və ya Viza Rezervasiyası vasitəsi ilə viza üçün uçuş marşrutu əldə etmək hüququna malikdir. Bu qurumlarda təyyarə biletini bron etmək və ən qısa müddətdə ən aşağı qiymətə təsdiq almaq mümkündür.

Viza almaq üçün onlayn uçuş marşrutu tərtib edilərkən, ölkəyə səyahət tarixi və reys nömrələri avtomatik daxil edilir və geri dönüş səfəri də nəzərə alınır. Uçuş bileti və ya uçuş marşrutu səyahətçinin ölkəsinə qayıtmağı planlaşdırdığını və səyahətçinin hökumət üçün əlavə problem yaratmayacağını sübut edir.

Aviabiletin brolaşdırma prosesi

İnternet vasitəsi ilə ödənişsiz bilet bronu üçün aviaşirkətin rəsmi saytına daxil olub istədiyiniz reysi seçirsiniz. Məlumatları doldurarkən latın hərfləri ilə SAA, doğum tarixini, xarici pasportun nömrəsini, etibarlılıq müddətinin bitmə tarixi  və cinsiyyəti qeyd etmək lazımdır. Proses sadəcə bir neçə dəqiqə çəkir.

“Ödəmə” funksiyasını seçərkən şərtlərə diqqət yetirin. Kredit kartının bütün məlumatlarına ehtiyac yoxdur. Bron zamanı alıcı yalnız PNR-kodu daxil etməlidir.

Bu prosesi bitirdikdən sonra sizin elektron ünvanınıza sistemdən uçuş haqqında məlumat olan istiqamət qəbzi göndərilir. Saytda həmçinin ödəniş haqqında məlumat da qeyd olunur.

Bronlaşdırmanı bron nömrəsi ilə yoxlamaq üçün sərnişin aşağıdakıları qeyd etməlidir:

  • Bron kodunu (PNR) (tərkibində ingilis hərfləri və nömrələr olan 6 rəqəmli kod)
  • Soyadını. Soyad xarici pasportda qeyd olunduğu kimi olmalıdır.

Onlayn bilet bronu hansı sinflərə bölünür?

Aviabilet sinfi uçuş zamanı təyin olunan servis tərəfindən müəyyən olunur. Əsasən 3 fərqli sinif var: ekonom sinif, biznes sinif və birinci sinif.

  • Ekonom sinif — qiymətcə ən ucuzdur. Əgər sərnişin bileti əvvəlcədən alırsa, həmçinin qısa müddətlik uçursa və bilet seçərkən ciddi qaytarılma şərtləri olan bilet seçirsə qiymət daha aşağı olur.
  • Biznes sinif– qiymətcə müəyyən qədər daha yüksəkdir. Tariflərin çoxunda bilet qaytarılma/dəyişdirilmə şərtləri sərfəlidir. Bundan əlavə xidmət səviyyəsi də yüksəkdir: salon daha böyükdür, oturacaqlar arasında məsafə çoxdur, daha çox yük götürmək imkanı var, qida və içki menyusu da daha yaxşıdır.
  • Birinci sinif — ən bahalı və nüfuzlu xidmət sinfidir. Bilet qiymətinə həmçinin VİP gözləmə zalından istifadə də daxildir. Birinci sinif və biznes sinif üçün sərnişinlərə qeydiyyat zamanı xidmət növbəsizdir. 

Doğum haqqında şəhadətnamənin doldurulması

Doğum haqqında şəhadətnamədə sənəddə olduğu kimi yalnız hərflər və rəqəmlər daxil edilir. Məsələn, IV №123456:   

IV —rum rəqəmidir və latın hərflərlə yazılmalıdır

123456 — 6 rəqəm

Əgər uşağınızın xarici pasportu yoxdursa və o valideyinin xarici pasportu ilə qeydiyyata alınıbsa, bu halda uşaq üçün bilet alarkən valideyinin xarici pasportunun məlumatlarını qeyd etmək lazımdır.

AviaBilet bronu üçün göstərişlər və tövsiyələr. 

Ucuz aviabiletlərin onlayn bronlaşdırmasını, bir qayda olaraq, səyahətdən bir neçə ay əvvəl etmək daha yaxşıdır. Bir çox şirkətlər endirimləri 3-4 ay əvvəldən alınan biletlərə təklif edir. Əgər səyahətiniz bayram günlərinə düşürsə bilet axtarışına 6 ay əvvəldən başlamağınız daha məsləhətlidir.  Gündəlik olaraq müxtəlif servislərə daxil olub, tarifləri izləmək lazımdır.

Bəzi aviaşirkətlər gecə uçuşları üçün xüsusi qiymətlər  təklif edə bilər.

Diqqət! Bəzən aviaşirkət işçiləri tək gediş bileti əvəzinə gediş-gəliş bileti born etməyi məsləhət görürlər. Bununla siz büdcənizə xeyli qənaət etmiş olursunuz.

İş günlərində bilet qiymətləri xeyli azalır.

Bir çox sərnişinlər istirahət günlərində səyahətə üstünlük verdikləri üçün, aviaşirkətlər iş günlərində uçuş qiymətlərini endirirlər.

Özünüzlə yalnız əl yükü götürməyiniz məsləhətdir.

Demək olar ki, bütün aviaşirkətlər yükün daşınması üçün əlavə ödəniş götürürlər, bəzən isə bu ödəniş tarif qiymətini aşa bilər.

Vacibdir! Unutmayın ki, nəqədər çox reys dəyişsəz bir o qədər də çox havalimanı vergisi ödəməli olacaqsınız.  

Təyyarənin uçuş məntəqəsinə və saatına diqqət yetirmək və bütün mümkün reysləri araşdırmaq lazımdır. Reys dəyişdirdikdə bəzən havalimanı da dəyişir. Buna görə servis məlumatları ilə diqqətlə tanış olmaq lazımdır.

Uçuş və enəcəyiniz şəhəri dəyişərək də pulunuza qənaət edə bilərsiniz. Bunun üçün mütəmadi olaraq fərqli şəhərlər üçün qiymətləri müqayisə edin. Bu məlumatlara əsasən isə marşrutunuzu avtobus və ya qatar ilə davam etdirə bilərsiniz.

Azbüdcəli səyahətçilər üçün ikinci dərəcəli havalimanları ən yaxşı seçimdir. Adətən burada uçuşlar gecə saatlarında olur. Bunun üçün tarif qiyməti müəyyən dərəcədə enir.

Diqqət! Tanımadığınız şəxslərdən təklifləri qəbul etməyin. Onlar sizin bank kartınızdan vəsaitləri çəkib, əvəzinə bilet verməyə bilərlər. Uçuş haqqında etibarlı məlumat verən rəsmi xidmətlərə müraciət etmək daha yaxşıdır.

Sonunda qeyd etmək lazımdır ki, bəzən alıcılar səhvən yanlış uçuş tarixi daxil edirlər. Biznes-klass biletlərini bir qayda olaraq asanlıqla dəyişmək mümkündür. Ancaq ekonom-klass biletlərinin dəyişdirilməsi heç də həmişə müsbət nəticələr vermir. Çox güman ki, dəyişdirilmə üçün artıq ödəniş etməyə məcbur olacaqsınız.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here