Avropanın ən maraqlı milad yarmarkaları

Kopenhagen

StrasburqStrasburq

Noyabrın 27-dən dekabrın 24-dək

Avropada “Milad paytaxtı” Strasburq şəhəri hesab edilir. İlk bayram yarmarkalarından biri 1570-ci ildə məhz burada keçirilib. İndi bu yarmarka şəhərin həyatında mühüm hadisədir ki, burada 300-dən artıq piştaxtada müxtəlif suvenirlər, oyuncaqlar və şirniyyatlar satılır. Strasburqda Miladın əsas simvolu isə quraşdırılmasına iki həftə vaxt və əmək sərf olunan 30 metrlik şam ağacıdır.

Bilmək faydalıdır:

  • Yarmarkada siz rəngli və şəffaf şüşədən hazırlanan əl işləri, interyer əşyaları, taxtadan hazırlanan qab-qacaqlar və oyuncaqlar əldə edə bilərsiniz.
  • Burada olduqda isti şərabın (vin chaud), xüsusilə portağal və ədviyyatlı ağ şərabın, Strasburq piroqunun, “odlu piroq” flammkuchen-in, zəncəfilli və cirəli peçenyelərin və yumşaq bulkaların dadına baxın.

PraqaPraqa

Noyabrın 28-dən yanvarın 3-dək

Yeni il bayramı ərəfəsində Praqa nağılların aləmini xatırladır. Şəhərdə müxtəlif suvenir dükanları, kafelər açılır və şam ağacları quraşdırılır. Ümumiyyətlə, bayram yarmarkası şəhərin səkkiz meydanında keçirilir.

Bilmək faydalıdır:

  • Burada olduqda çex bəzək əşyalarından, marionet-kuklalardan, çex servislərindən, çex cizgi filmlərinin sevimli personajı Krtek-ın oyuncaqlarını əldə edə bilərsiniz.
  • Bal və mayadan hazırlanan isti “medovina” içkisinin dadına baxın.
  • Çex adəti üzrə bayram masasında bir tikə də ət olmamalıdır, belə ki, bu halda bayramın əsas yeməyi karp olur.
  • Çex şirniyyatı: vánočka (doqquz “teldən” toxunan qozlu və ya kişmişli şirniyyat), trdelnik (qatqatlı xəmirdən hazırlanan üstü şəkərli, qozlu və ya darçınlı şirniyyat).

KopenhagenKopenhagen

Noyabrın 13-dən yanvarın 3-dək

Kopenhagendə Milad qərargahı – qocaman əyləncə parkı olan Tivoli bağlarıdır. Parkın xiyabanları, ağacları, pavilyonu və attraksionları zınqırovlarla və əlvan işıqlarla bəzədilir.

Digər avropa yarmarkalarından Tivoli bununla fərqlənir ki, onun əsas məqsədi qeyri-adi parlaq şou düzəltməkdir. Tivoli ilə yanaşı, şəhərdə daha yeddi yarmarkalar da quraşdırılır.

Bilmək faydalıdır:

  • Buradan siz milli naxışlı sviterlər və corablar, şamlar, əl işləri olan bəzək əşyaları, üzərində istədiyiniz şəkili çəkə biləcəyiniz şüşə məmulatları əldə edə bilərsiniz.
  • Qloq – üzüm, badam qırıqları, mixək və darçın əlavə edilmiş isti qırmızı şərabdan və skandinaviya zirəli arağından hazırlanan içkidir.
  • Burada olduqda mütləq şəkər tozu ilə şirin almalı ponçiklərin və ənənəvi milad düyü pudinqinin (Risalamande) dadına baxın.

BrüsselBrüssel

Noyabrın 27-dən yanvarın 3-dək

Hər Milad Müqəddəs Yekaterina meydanında möhtəşəm yarmarka düzəldirlər ki, burada belçika şokoladı, dadlı ət və turşular, çərəzlər və şirniyyat, təzə balıq məmulatları təklif edilir. Bütün bunların üstündən yerli pivədən dada, yemək arası fasilə zamanı isə buz meydançasını və “ölüm çarxını” ziyarət edərək, şəhərə açılan gözəl mənzərəni seyr edə bilərsiniz.

Bilmək faydalıdır:

  • Burada olduqda qəribə əlavələrlər edilmiş əsl belçika şokoladının dadına baxın (məsələn, bibər və ya qızıl gül əlavə edilmiş şokolad)
  • Hədiyyə olaraq krujevalı salfetlər, süfrələr və yataq dəstləri əldə edə bilərsiniz.
  • Belçika milli xörəklərindən biri – “fri” kartof ilə təzə midiyalar, qatı və doyumlu balıq şorbası, brüssel vaflisi və ədviyyatlı ballı keksdir.