malta

Maltaya nə üçün uçmaq olar?

  • Maltalılar çox qonaqpərvərdirlər və ingilis dilində yaxşı danışırlar.
  • Yaxşı hava şəraiti: il ərzində 3000 günəşli saat, yayda ortalama temperatur 30 dərəcə, qışda – 15.
  • Türkiyə və Anapadan fərqli olaraq çimərliklər təmizdir.
  • Maltada ingilis dilini öyrənmək çox ucuzdur. Hətta Londondan da ucuzdur. Təhsilin keyfiyyəti isə heç də geri qalmir.
  • Dünyada, Malta qədər sizə tarix və mədəniyyət baxımından bir çox şey təklif edəcək ölkələr azdır. Siz çox ehtimal darıxmayacaqsınız.

Maltaya nə vaxt getmək yaxşıdır?

Maltaya nə vaxt getmək üçün qərar almaq çətin ola bilər. İyul və avqust ən isti və ən çox turistlərin olduğu aylardı. Əgər siz çimərlikdə günəşin altında istirahət etmək istəyirsinizsə yay aylarında gedin. Maltanı araşdırmaq istəyirsinizsə iyun və ya sentyabr aylarında getmək daha məsləhətlidir.

Əgər ümumiyyətlə çimərlik ab-havasında deyilsinizsə o zaman ən uyğun zaman sentyabr və oktyabr aylarıdır.

Maltaya necə getmək olar?

  1. Təyyarə ilə.
  2. İtaliyadan dəniz yoluynan kruiz gəmisində və ya bərə ilə. Ən populyarı Pozzallodan gedən marşrutdur.

Maltada məşğul olmaq üçün 50 fikir:

Çimərliklər

Adada bir neçə Mavi Bayraq sertifikatlı çimərliklər var. Bu o deməkdir ki,  çimərliklərdə xilasedicilər var və ümumiyyətlə, çimərlik çox təhlükəsizdir.

Biz sizin üçün Maltada olan 10 ən yaxşı çimərliklərin siyahısını topladıq:

  1. Ghajn Tuffieha — qumlu və təmizdir. Bu çimərliyə getmək asandır, lakin avtomobil dayancağında yer tapmaq çətindir.
  2. Golden Bay — qumludur və əsasən ailəvi gələnlər üçün uyğundur. Bura da asanlıqla gəlmək olar.
  3. Mellieha Bay / Ghadira — ən böyük qumlu çimərlikdi. Bura da getmək asandır . Daha çox uşaqlı ailələr üçün uyğun yerdir.
  4. Imġiebah Bay — qumludur, sakitdir, şəraitsizdir. Burada az insan olur.
  5. Peter’s Pool —qayalı və izdihamlı körfəzdir. Çimərliyə getmək çətindir.
  6. The Blue Lagoon — çox gözəl və izdihamlıdır.
  7. Paradise Bay — qumludur. Burada da insan çox olur və icarəyə günəş yataqları verilir.
  8. Gnejna Bay — qumludur, məşhur deyil, avtomobilsiz getmək çətindir.
  9. Armier Bay və  Little Armier — qumludur, avtomobilsiz getmək çətindir.
  10. Ta’ Fra Ben (Qawra Point) — daşlı və kiçikdir, getmək çətindir.

Gəzməli yerlər

  1. Sualtı həyatı daha yaxşı görmək üçün Sliema-dan Big Harbour və ya Bigibba ətrafını keçərək Comino və Mavi Lagoon-a kimi sualtı səfər edin.
  2. Buskett Garden-i və ya Maltanın təbiət qoruqlarından birini gəzin.
  3. Popay kəndi yaxınlığındakı Anchor körfəzində snorkeling ( xüsusi eynək və nəfəs borusu ilə suyun səthi ilə üzmə) edin.
  4. Mdinannın orta əsrlər şəhəri olan Bodtion ilə tanış olun.
  5. Mdinada səyahət edərkən piyada gəzmək əvəzinə at arabasında gəzin.
  6. Fontanella kafesində (Mdinada) şirniyyatların dadına mütləq baxın. Burada yüksəklikdən açılan mənzərə də məftunedicidir.
  7. Malta adaları ətrafında və Maltanın Milli Akvariumunda rəngli balıqları seyr edin və zövq alın.
  8. Vaxtınızı The Lido və Baia Beach club hovuzları ətrafında musiqidən və yeməkdən zövq alaraq keçirin və ya dəniz sahilində istirahət edin.
  9. Balıq ovuna gedin ( 1 nəfər – 95 avro)
  10. Golden Bay və Ain Tuffiha arasında yerləşən qayanın üstündə günəşin batmasını izləyin.
  11. Bu siyahıdan da seçim edə bilərsiz: yelkənli idman növü, windsurfing, su xizəyi. Bütün bunlar Mellin və Golden buxtasında mümkündür.
  12. Maltanın uzaq şimalındakı Slags körfəzinə və ya Müqəddəs Pyotr hovuzuna səfər edin.
  13. Kapri – Mavi adalarının və ya Maltanın Cənubunda yerləşən Vid-i-Kurrikin gözəlliklərindən zövq alın.
  14. Supermarketdən barbekü dəsti, bir az marinə edilmiş təzə ət və içki alıb Golden Bay çimərliyində yemək hazırlayın.
  15. Adaları gəzmək üçün dağ velosipedi icarəyə götürün (Ecobikes və ya Nextbike şirkətləri koməyinizə çata bilər). Unutmayın ki, velosiped icarəyə götürmək üçün İnterneti olan telefonun olmağı vacibdir.
  16. Gozo adasına gedib əfsanələrlə dolu Calypso mağarası fonunda şəkil çəkdirin.
  17. Adada olarkən Dueyra buxtasında İnland dənizinə baxın.
  18. İllər əvvəl dağılmış Azur pəncərəsinə kimi də üzmək olar. Yeri gəlmişkən, bu yerdə “Game of Thrones”-dan epizod çəkilib.

Qida

  1. Marsovinin şərab zirzəmilərində hazırlanmış şərab dequstasiyasında iştirak edin.
  2. Vallettadakı kiçik “Legligin” restoranında şərab ilə müxtəlif Aralıq dənizi yeməklərindən dadın.
  3. Myarra ətrafındakı tarlalardan ən təzə və ən şirin çiyələklərindən dadın.
  4. Məşhur yerli qəlyanaltıların və içkilərin dadına baxın: Twistees (ləzzətli qəlyanaltı), Kinnie (yerli yumşaq içki) və ya Cisk (yerli pivə).
  5. Maltanın küçə qidası olan və hər mağazada satılan pastizzi-dən bir neçə dənə alın.
  6. Mekren ən yaxşı un məmulatları hazırlanan yerdi. Mütləq ora baş çəkin. Həftənin yeddi günü 9: 00-dan 19: 00-a (Çərşənbə axşamı – 15: 00-a qədər) açıqdır. Ünvan: Triq Hanaq, İn-Nadur.

Mütləq iştirak edilməli və hər il keçirilən ən yaxşı tədbirlər

  1. İyulda – Valletta qala divarları altında jazz və rock festivalı
  2. İyul – MTV / Maltese pivə festivalı.
  3. Avqustda- Ta Qali Milli Parkında Summer Daze Musiqi və Pop-art festivalı.
  4. Oktyabrda – təsviri incəsənət sərgiləri / muzeylərdə açıq qapılar günü.
  5. Oktyabrda – Mdina Grand Prix Classik avtoyarış və Rolex Middle Sea Race regatta.