AZAL-dan aviabilet al – ağac ək!

“Azərbaycan Hava Yolları” Bakı şəhərinin yaşıllaşdırılması və ətraf mühitin qorunmasına qayğı göstərilməsinə yönəlmiş xüsusi ekoloji layihənin başlaması barədə elan edir.

Ucuz aviabilet almaq üçün tarixi seçin

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, 2017-ci il mayın 3-dən 10-dək AZAL və AZALJET-in istiqamətləri üzrə satılan hər bir aviabiletə görə aviaşirkət bir ağac əkəcək. Layihə çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafındakı ərazidə tinglər basdırılaraq xüsusi ağacəkmə aksiyası keçiriləcək.

“Azərbaycan Hava Yolları” bir daha bu aksiya ilə diqqəti ölkəmizin və ümumilikdə planetimizin ekologiyasına mənfi təsir göstərən meşə və yaşıllıqların qırılması kimi aktual problemə yönəldir.