Başqasının debet kartı ilə aviabiletlərin alınması

aviabiletlərin alınması

İlk növbədə, qeyd edək ki, söhbət məhz aviadaşıyıcının saytından alınan aviabiletlər barədə gedir. Əgər siz aviabiletəri başqa adama məxsus bank kartı ilə agentlərin saytından əldə edirsinizsə, bu zaman bu məqalə sizə aid deyil və gələcəkdə sizin bilet alışı zamanı heç bir probleminiz yaranmayacaq.

Əgər siz aviadaşıyıcının rəsmi saytından bilet alırsınızsa, bu halda bütün qaydaları diqqətlə oxuyun, çünki bütün şirkətlərdə bu qaydalar fərqlidir. Ümumiləşdirsək əgər, Avropa və Amerika şirkətlərinin əksəriyyəti başqa adama məxsus bank kartı ilə bilet almağa icazə versə də, Asiya şirkətlərinin əksəriyyəti buna icazə vermir, və ya əlavə şərtlər tələb edirlər ki, onlara da mütləq şəkildə riayət etmək lazım olur.

Məsələn, Fly Dubai şirkəti Banqladeş, Şri-Lanka və Sudan istiqamətlərdə özgə bank kartı ilə edilən ödənişləri qəbul etmir (hətta qeydiyyat zamanı kart sahibinin şəxsiyyətini təsdiq edən sənədin və kartın sürəti təqdim olunarsa belə).

Emirates şirkəti isə, həm kart sahibinin, həm də sərnişinin eyni şəxs olmasını tələb edir.

Yuteyr şirkəti sizə məxsus olmayan debet kart ilə ödənişləri problemsiz qəbul edir, amma hava limanında qeydiyyat zamanı sizdən ödəniş etdiyiniz kartı tələb edə, və ya sizdən kartın son rəqəmlərini barədə məlumat istəyə bilərlər.