Batumi – böyüklüyünə görə Gürcüstanın ikinci şəhəridir. Qara Dəniz sahilinin cənub-qərbində yerləşən Batumi, müasir Gürcüstanın əsas turizm mərkəzidir. Şəhərin iqtisadiyyatının böyük hissəsi turizm və qumar ətrafında qurulmasına baxmayaraq, Batumi mühüm dəniz limanıdır və burada gəmiqayırma, qida sənayesi və yüngül sənaye kimi sahələr də inkişaf edilib.

2010-ci ildən etibarən Batumi öz tarixi köhnə şəhər üzlənməsini dəyişərək, müasir çoxmərtəbəli binaların inşasına və klassik binaların bərpasına başlayıb.

Bu gün Batumi, Gürcüstanın mühüm mədəni, iqtisadi və turizm mərkəzi hesab edilir. Batumidə həm gündüz vaxtı, həm də axşam saatlarında gəzmək maraqlıdır. Gürcüstanın, digər sahilyanı kurortlarından fərqli olaraq, bura öz baxımlılığı ilə fərqlənir.

Burada xeyli sayda maraqlı guşələr və məkanlar var. Öz qədimliyi ilə turistləri cəlb edən əksər gürcü kurortlarından fərqli olaraq, Batumi çox müasir və orijinal şəhərdir ki, bura turistləri fərqli binalar, maraqlı attraksionlar, səslərin, formaların və rənglərin qeyri-adi ahəngi ilə cəlb edir.

Əgər siz Tbilisidəsinizsə daha öncə Tbilisidən Batumiyə necə getməli? məqaləmizi oxumağı tövsiyə edirik.

Batumidə mütləq görməli olduğunuz yerlər:

  1. Batumi Delfinariyası – Batumidə delfinləri bəzən çimərliyin yaxınlığında da görmək mümkündür. Burada olduqda, yerli delfinariyaya baş çəkərək bu heyvanları görmək imkanını qaçırmayın. Delfinariyadakı şou proqram 8 delfinin iştirakı ilə təxminən 30 dəqiqə davam edir. Gündüz seansı üçün ödəniş cəmi 15 lari, axşam seansı üçün isə – 20 lari təşkil edir. 150 lari ödəməklə siz hətta delfinlərlə üzə də bilərsiniz.
  2. Batumi Bulvarı – Batumi Bulvarı – şəhərin ən böyük və qədim hissəsidir. Bulvarın tikintisi 1881-ci ildə şəhərin qubernatorunun tapşırığı ilə başlayıb. Bu gün bulvarın uzunluğu artıq 7 kilometrə çatıb və şərti olaraq ərazi “yeni” və “köhnə” bulvara bölünür. Son illər əzrində sahilyanı park müasir heykəllər, orijinal skamyalar və fəvvarələrlə bəzədilir. Yay mövsümündə sahilyanı çimərliklər barlar və klublar, kafe və restoranlarla dolur. Bulvara xüsusilə günəşin batmasını izləmək üçün gələ bilərsiniz ki. Bu sizə unudulmaz təsir bağışlayacaq.
  3. Əlifba qalası – Alberto Dominqo Kabonun yaratdığı memarlıq nümunəsidir. Demək olar ki, bu Batuminin ən tanınan simvollarından biridir. Bu qurğu özündə bir konsepsiyanı ehtiva edir: nəzərdə tutulurdu ki, qurğu gürcü əlifbasının hərflərinin quraşdırıldığı DNT spiralına bənzəməlidir. Bu da öz növbəsində “əlifba və ümumiyyətlə dil – millətin genetik kodudur” mənasını daşıyır. Hal-hazırda qalada bir neçə restoran və baxış meydançası fəaliyyət göstərir ki, bura giriş 8 lari təşkil edir.
  4. Pyatsa meydanı – Venesiya üslubunda inşa edilmiş və köhnə Batumidə yerləşən Pyatsa meydanı – şəhərin ən görməli yerlərindən biri hesab edilir. Vitraj və mozaik sənətinin inciləri ilə bəzədilmiş meydan, tədbirlər, rəsmi qəbullar və konsertlər mərkəzinə çevrilib. Hər axşam burada romantik canlı musiqi və hər üç saatdan bir hərəkət edən fiqurlu saatın musiqisini dinləyə bilərsiniz. Burada xoş vaxt keçirmək üçün siz müxtəlif kefelər, barlar və restoranlardan istifadə edə bilərsiniz.
  5. Batumi kanat yolu – Batumi bulvarından Feriya dağına aparan Gürcüstanın ən uzun kanat yoludur. Bura kafe və baxış meydançası ilə təchiz olunmuşdur ki, gözəl hava şəraitində buradan gözəl mənzərə açılır.
  6. Batumi botanika bağı – 113 hektar sahədə yerləşən ən böyük botanika bağlarından biridir. Burada 5 mindən çox bitki növləri mövcuddur. Bundan əlavə botanika bağından Qara dənizə və şəhərin “meqapolis” adlanan hissəsinə gözəl mənzərə açılır.

Getmək istədiyiniz tarixi seçib, axtarış düyməsini sıxaraq, aviabilet qiymətlərini öyrənə bilərsiniz.

Batumidə ən ucuz otellər