Batumidə gəziləcək 3 yer

Batumi ucuz qiymətə səfər edəcəyiniz şəhərlər arasında bəlkə də ilk sırada gəlir. Dağlar qoynundakı şəhərə istər yay istərsə də digər fəsillərdə minlərlə turist gəlir. Bu şəhər Gürcüstana ən çox gəlir gətirən turizm zonasıdır desək yanılmarıq. Çoxları adətən bu şəhərə yay fəslində səfər etməyə üstünlük verir. Amma Gürcüstanın əsas liman şəhəri elə qışda da gözəldir. Batumidə gəziləcək yerlər haqqında ətraflı bu keçiddən oxuya bilərsiniz. Bu yazımızda isə Batumidə gəziləcək 3 yer haqqında danışacayıq.

Batumi bulvarı

Bura mütləq görməniz gərəkən yerlərdəndir. 7 km uzunluğundakı bulvarda heykəllər, velosiped cığırı, şeytan çarxı və s. var.

Chacha tower

Bu qüllə Türkiyənin İzmir şəhərindəki İzmir saat qülləsini xatırladır.

Botanika Bağı

Bura dünyanın ən böyük botanika  bağlarından biridir. Parkda 5 min bitki növü var ki, onlardan da 2 mini ağaclardır. Bağda yerli bitki növləri ilə yanaşı Yeni Zellandiya, Meksika, Avstraliya və digər yerlərdən də gətirilən bitkilər mövcuddur. Ən əsası bağı sonuna qədər gəzənlər sonda dənizə açılan gözəl bir mənzərənin şahidi olurlar.
Mənbə: sey-yah.com