Aybilet.az logo
Search
Close this search box.

Birdən təyyarəyə vaxtında çata bilmədim?!

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Təyyarəni qaçıranlar üçün

Səyahət öncəsi siz də mənim kimi təyyarəyə gecikmə yuxuları görürsünüz? Və ya görəsən gecə saat 11-dədir, yoxsa gündüz, günorta saat 2-dədir, yoxsa gecə yarısından sonra – düşüncələri ilə biletinizi 20 dəfə yoxlayırsınız?

Olmadı belə, oldu elə – birdən təyyarəyə gecikdiz, o zaman necə olacaq?

Təyyarəyə vaxtında çata bilməsək nə etməliyik?

Belə vəziyyətlə rastlaşsanız, ilk etməli olduğunuz bilet aldığınız şirkətin satış mərkəzinə getməkdir. Vəziyyət hava yolları şirkətinə və biletin sinfinə görə dəyişir. Sərnişin reysə bir neçə saat qalmış uçuşdan imtina edirsə, ondan müəyyən miqdarda cərimə kəsilir. Reysə vaxtında çata bilməyəndəsə bir çox şirkət ödənilən məbləği geri qaytarmır.

Dönüş bileti varsa…

Dönüş üçün bilet almısınızsa, avtomatik həmin bilet də ləğv edilir və təkrar satışa çıxarılır. Bu riski azaltmaq üçün gediş-dönüş biletlərinizi ayrı almağınız məsləhətdir.

Yox, əgər reys hava yolları şirkətinə görə təxirə salınıbsa, bu zaman pulunuzu geri alma və ya tarix dəyişikliyi mümkündür.

Sığortalı bilet

Fors-major hallarla rastlaşa bilmə ehtimalını nəzərə alın, səyahət sığortasından yararlanın. Sığorta etdirərkən isə detallarına qədər soruşmaq lazımdır. Sığorta ilə gecikmiş uçuşun pulunu geri almaq olur.

Əziz səyahətçi oxucuları, izləyiciləri – bu hallarla rastlaşmaq istəmirsinizsə, diqqətli olun. Baş verəcək bütün gecikmə hallarını, tıxacı, xəstəliyi və s. nəzərə alıb, mənim kimi 3 saat öncədən gedin hava limanına 🙂 Burada kofe içə-içə sağa-sola tələsən insanlara baxmağın ləzzəti bir ayrıdır.

seyahetciblog.wordpress.com

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

Praqa

Praqada etməli olduğunuz 10 şey

Karlov körpüsündə qəşəng şəkillər çəkin Karlov körpüsü Praqada səyahətçi-fotoqraf və adi turistlərin ən çox sevdiyi görməli yerdir. Burada suvenirlər satırlar, musiqi alətlərində

Ətraflı »