“Buta Airways”in aviabiletlərinin qiyməti məlum oldu

23 iyun 2017-ci il, Bakı – Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “Buta Airways”in bütün istiqamətləri üzrə yekun minimal qiymət bir tərəfə cəmi 29 avro təşkil edəcək. Əgər aşağı büdcəli havayolu şirkətinə aviabilet almaq istəyirsinizsə “Loukost”-ların xidmətlərindən istifadə etmək nə dərəcədə təhlükəsizdir? yazısını oxumağınızı tövsiyə edirik.

Qiyməti öyrənmək üçün gedəcəyiniz şəhəri seçin

İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.

“Buta Airways”in Bakıdan Tbilisiyə ilk aviareysi sentyabrın 1-də yerinə yetiriləcək.

Minimal “BÜDCƏ” tarifi ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. “STANDART” tarifi ilə alınan aviabiletləri dəyərinin 50 faizi tutulmaqla dəyişmək və ya qaytarmaq mümkün olacaq.

Самые дешевые билеты из Баку в Стамбул и обратно

UÇUŞ TARİXİ DÖNÜŞ TARİXİ DAYANMA AVİAŞİRKƏT QİYMƏT

17.02.2021

24.02.2021

Прямой

Билеты от 536

15.08.2021

21.08.2021

1 пересадка

Билеты от 475

24.09.2021

03.10.2021

2 пересадки

Билеты от 585

Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.

Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edəcək. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkün olacaq. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edəcək.

Самые дешевые авиабилеты из Баку в Стамбул на год вперед

UÇUŞ TARİXİ DÖNÜŞ TARİXİ DAYANMA AVİAŞİRKƏT QİYMƏT

25.10.2020

27.01.2021

Прямой

Билеты от 620

16.11.2020

23.11.2020

1 пересадка

Билеты от 485

21.12.2020

28.12.2020

1 пересадка

Билеты от 476

21.01.2021

28.01.2021

1 пересадка

Билеты от 492

14.02.2021

22.02.2021

1 пересадка

Билеты от 529

22.03.2021

02.04.2021

1 пересадка

Билеты от 481

05.04.2021

14.04.2021

1 пересадка

Билеты от 485

12.05.2021

21.05.2021

1 пересадка

Билеты от 485

21.06.2021

26.06.2021

1 пересадка

Билеты от 485

29.07.2021

10.08.2021

1 пересадка

Билеты от 486

15.08.2021

21.08.2021

1 пересадка

Билеты от 475

24.09.2021

02.10.2021

1 пересадка

Билеты от 485

Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkün olacaq. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.

“Buta Airways”in reyslərində əlavə opsiyalar kimi təyyarə salonunda komfortlu yerlər təqdim olunacaq. Birinci sırada və qəza çıxışının yanında ayaqlarınız üçün daha geniş sahəsi olan yerlər 25 avro, ön sıralarda prioritet yerlər 15 avro təşkil edəcək. Uçuşa qeydiyyat aviaşirkətin saytında və müstəqil qeydiyyat köşklərində pulsuz olaraq mümkün olacaq. Bu, hava limanındakı qeydiyyat masalarında isə 3 avro təşkil edəcək.

“Buta Airways”in aviareyslərində eyniadlı bort jurnalı pulsuz olaraq paylanılacaq. Jurnal həm Azərbaycan vətəndaşlarına, həm də Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə səyahət edən qonaqlara və tranzit sərnişinlərə eyni dərəcədə maraqlı olacaq. Jurnalda ölkəmizdə və xaricdə maraqlı və tanınmayan yerlər, milli mətbəx və aviaşirkətin uçuşlar yerinə yetirdiyi bu və ya digər şəhərdə vaxtın necə səmərəli keçirilməsi haqqında məlumatlar dərc olunacaq.

Билеты из Баку в Москву на ближайшие дни

UÇUŞ TARİXİ DAYANMA QİYMƏT

25.10.2020

1 пересадка

Билеты от 1 113

26.10.2020

1 пересадка

Билеты от 1 008

27.10.2020

1 пересадка

Билеты от 1 093

28.10.2020

1 пересадка

Билеты от 1 081

29.10.2020

1 пересадка

Билеты от 1 063

Yaxın zamanda aviabiletlərin saytda, kassalarda və həmçinin rəsmi agentliklərdə satışına başlanılacaq. Bütün ödənişlər uçuşun başladığı ölkənin yerli valyutasında Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə həyata keçiriləcək.

“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.