Elə insanlar var ki, onlar oteldə qalmağa nifrət edir və təbiətdə istirahətin romantik ab-havasından həzz alırlar. Bu cür insanlar çadırda gecələməyi və köçəri istirahət üslubünü heç də maliyyə çatışmazlığından seçmirlər. Sadəcə onlar, təbiətlə yalnız bu cür qovuşmağın mümkün olduğunu anlayırlar. Əgər siz də heç vaxt çadırla səyahət etməmisinizsə bu zaman unudulmaz təcrübə almağın əsl vaxtıdır.

Çadırla səyahət zamanı mümkün narahatçılıq sizi qorxutmasın. İlk dəfə üçün uzaq məsafəyə getməyə ehtiyac yoxdur, siz sadəcə turistik baxımdan inkişaf etmiş istiqamətləri seçə bilərsiniz ki, lazım olduğu halda bütün rahatlıqlar əlinizin altında olsun. Beləliklə, çadırla səyahət etmək üçün ən gözəl yerlərdən biri Baykal gölü hesab edilir.

Bu nadir su hövzəsinin sahilində xeyli mehmanxana və istirahət bazaları yerləşir, həmçinin burada avadanlıqlarla təchiz olunmuş çimərliklərə rast gəlmək mümkündür. Çadırla istirahət üçün gölün ərazisində bir neçə lokasiya var:

  • Olxon Adası. Çadırla istirahət üçün ən gözəl yerdir. Bir tərəfdən burada az sayda iri turizm infrastrukturu (otellər, istirahət bazaları), digər tərəfdən isə mağazalar və kafelər var. Müvafiq olaraq, vəhşi təbiətdə istirahəti sevənlər üçün yerlər daha çox, ərzaqlara qiymətlər isə daha aşağıdır.
  • Listvyanka Qəsəbəsi. Burada ərzaq ehtiyyatlarını artırmaq, hisə verilmiş ziyad balığından dadmaq, piknik üçün düzəldilən xüsusi yerdə dincəlmək və çadırda gecələmək üçün ən münasib yerlər barədə yerli sakinlərdən məlumat ala bilərsiniz. Turistlər çox vaxt Listvyanka ərazisindən sonrakı vəhşi çimərliklərə üz tutur, və ya Baykal Gölünü hündürlükdən seyr etmək üçün dağlıq əraziyə çıxırlar.
  • “Qırmızı Qumlar” Çimərliyi. Bura Baykalsk şəhərindən yollanmaq mümkündür. Deyilənə görə, yerli əhali, turistləri elə də çox sevmir, ona görə yaxşı olar ki, burada daha çox yaşayış məntəqələrinindən kənarda istirahət edəsiz. “Qırmızı qumlar” çimərliyi sahil qumunun nadir rənginə görə seçilir.
  • Utulik qəsəbəsi. Utulik qəsəbəsindən dərhal sonra vəhşi çimərliklər zolağı başlayır. Bu yer daha çox yay aylarında populyardır ki, məhz yayda burada çadır şəhərciyi açılır. Əgər siz bir növ təşkilatçı əyləncələrdən kənarda qalmaq istəmirsinizsə, bu zaman istirahət üçün “Çayka” adlı turbazanın yaxınlığındakı ərazini seçə bilərsiniz.

Baykal gölünə səyahət etməyin ən yaxşı vaxtı iyulun ikinci yarısından avqust ayına kimidir.