Dünyada 6 ən yaxşı eko otel

Vaxtaşırı hər bir meqapolis sakini sivilizasiyadan uzaqlara getmək, planetin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında bir az yaxından iştirak etmək haqqında düşünür. Biz sizə dünyanın müxtəlif yerlərində yerləşən ekoloji cəhətdən təmiz otellər haqqında danışacayıq ki, burada olduqda siz ətraf mühit qarşısında məsuliyyəti daha dərindən dərk edə biləcəksiniz.

Soneva Fuşi. Maldiv

Ekoloji otel tropik Kunfunado adasında yerləşir. Burada plastik və digər süni materiallardan istifadə edilmir, bütün zibillər çeşidlənərək otelin öz emal mərkəzinə göndərilir ki, sonra onlardan tikinti materialları və gübrələr hazırlanır. Bundan başqa, təbiətə daha yaxın olmaq üçün otelin bütün qonaqları otelin girişində öz ayaqqabılarını qeydiyyat mərkəzinə təhvil verirlər.

Oteldə ucuz nömrəni buradan bron edə bilərsiniz.

Feynan Ecoloj, İordaniya.

Feynan Ecoloj oteli qədim insanların yaşadığı yerdə, milli qoruğun tam ortasında yerləşir. Burada gildən tikilən cəmi 20 otaq var ki, onların divarında qayaüstü incəsənət əsərləri hələ də qorunub saxlanılır. Mehmanxanada günəş enerjisindən, işıqlandırma üçün isə yalnız şam işığından istifadə edilir. Elektrik enerjisi istehlakını məhdudlaşdırmaq üçün nömrələrdə rozetkalar yoxdur, buna görə də siz telefonlarınızı yalnız qeydiyyat mərkəzində doldura bilərsiniz. Oteldə suyun sərfi də həmçinin məhdudlaşdırılıb və istənilən plastik tullantılar qadağan edilib.

Oteldə bir nəfər üçün bir günlük gecələmə 104 ABŞ Dollarından başlayır. Oteldə ucuz nömrəni buradan bron edə bilərsiniz.

Moya, CAR

Moya – 4 ayrı-ayrı otaqlardan ibarət kiçik fermadır. Otaqların birində vanna otağı liananın ətrafında tikilib, digər otaq isə meşədə dirəklərə yerləşir ki, buradan siz ağaclarda oynayan meymunlara seyr edə bilərsiniz. Üçüncü otaq gildən hazırlanıb və daxilində olan əl işləri ilə insanı valeh edir. Burada su və elektrik enerji sərfi məhdud olduğu üçün özünüzlə batareyalar götürməyi unutmayın.

Oteldə bir günlük gecələmə bir nəfər üçün 63 ABŞ Dollarından, bütün evin kirayəsi isə 625 ABŞ Dollarından başlayır. Oteldə ucuz nömrəni buradan bron edə bilərsiniz.

Mandarin Oriental Las Vegas, ABŞ

Yəqin ki, bu ən dəbdəbəli eko otellərdən biridir. Mandarin Oriental Las Vegas – Las-Veqasın mərkəzində 47 mərtəbəli binada yerləşir. Otelin 17 prosedur kabineti olan çox gözəl spa mərkəzi, bir çox məşqçiləri olan fitnes mərkəzi, gözəllik salonu və Asya üslubunda olan 392 nömrəsi var. Oteldə enerjiyə qənaət edən lampalardan, ekoloji cəhətdən təmiz məişət kimyasından istifadə olunur, restoranlarda isə yalnız orqanik mətbəxinin nümunələri təklif edilir.

Oteldə bir günlük gecələmə 230 ABŞ Dollarından başlayır. Oteldə ucuz nömrəni buradan bron edə bilərsiniz.

Laguna Loj, Qvatemala

Laguna Loj adlı oteldə cəmi 6 nömrə var. Otel vulkanlar və göl mənzərəsi olan Qvatemala cəngəlliklərinin ortasında yerləşir. Burada yalnız günəş enerjisi, hamamda isə yağış suyundan istifadə edilir. Bütün otel təbii materiallardan tikilib: gil, daş və palma yarpaqlarından. Oteldə olan mebel isə təbii ağacdan düzəldilib. Yerli restoranın mətbəxində yalnız burada yetişdirilən meyvə və tərəvəzlərdən istifadə edilir, bütün menyu isə vegetarian menyudan ibarətdir.

Oteldə bir günlük gecələmə 290 ABŞ Dollarından başlayır. Laguna Loj adlı oteldə ucuz nömrəni buradan bron edə bilərsiniz.

Campi Ya Kanzi, Keniya

Otel-düşərgə Campi ya Kanzi Qərb Tsavo adlı milli parkda, savannanın ortasında, Kilimancaro dağının düz bir saatlıq məsafəsində yerləşir. Düşərgədə 6 kottec var ki, bura eyni zamanda cəmi 16 nəfər yerləşdirilə bilər. Qonaqların sevimli əyləncəsindən biri müxtəlif heyvanların suvata gəlməsini seyr etməkdir ki, bu hər bir pəncərədən görünür. Həmçinin yerli bələdçilər turistlər üçün savanna üzrə ekskursiyalar təşkil edirlər ki, burada şirləri və ya bəbirləri onların təbii yaşam tərzində görmək olar.

Oteldə bir günlük gecələmə 540 ABŞ Dollarından başlayır. Oteldə ucuz nömrəni buradan bron edə bilərsiniz.

Eko otelləri ilə zəngin ölkələrə səyahət etmək üçün ən ucuz aviabiletləri saytımızdan əldə edə bilərsiniz!

Sizə xoş istirahətlər arzu edirik!