Dünyada ən pis mənzərəsi olan mehmanxana

Martın 20-də İsrail və Fələstin sərhədində britaniyalı rəssam Benksinin hoteli açılacaq.

Fins.az-ın verdiyi xəbərə görə, dünya şöhrətli rəssam (küçə divar rəsmləri ilə məşhur olan) Benksi işğal edilmiş Fələstin ərazilərini kəsib keçən İsrail ayrıcı divarı yaxınlığında Fələstinin Beyt-Ləhm şəhərində mehmanxananın açılışını edəcək.

Mehmanxanada 9 otaq var və dəhlizlərdə rəssamın özünə aid olan siyasi rəsm əsərləri yer alıb. Hər gün yalnız 25 dəqiqə günəş şüaları mehmanxananın otaqlarına daxil olur.

Bu mehmanxana orada qalan insanlara Fələstinin Beyt-Ləhm sakinlərinin dörd divar arasında necə əsir kimi yaşadıqlarını hiss etmək baxımından əla fürsət yaradır.

Bu, rəssam Benksi-nin Fələstində ilk işi deyil. O əvvəllər də Fələstini bir neçə dəfə ziyarət etmiş və Fələstinlilərin mübarizəsini və necə əziyyət çəkdiklərini göstərən bir çox küçə rəsmləri çəkmişdir.