Dünyada top 10 ən gözəl hava limanı

Hava limanlarında həmişə xüsusi ab-hava olur. Burada milyonlarla insan, milyardlarla fikirlər və ümidlər, minlərlə marşrut birləşir. İlk olaraq hava limanları sərnişinlərin və təyyarələrin rahat naviqasiyanı təmin etmək məqsədi ilə tikilib. Son onillikdə isə hava limanlarına olan yanaşma bir az dəyişmişdir. Onlar yalnız rahat istifadə üçün deyil, həm də yaddaqalan, orijinal və qeyri-adi formada tikilirlər. Bu sahədə memarlar o qədər irəliləyiblər ki, bəzi hava limanları müasir memarlıq inciləri hesab edilir. Sizə dünyanın ən gözəl hava limanlarına baxaraq, zövq almağınızı təklif edirik!

Pekin Beynəlxalq Hava Limanı, 3-cü Terminal, Çin

Çində açılan hava limanının ikikilometrlik qapıları uçuş meydanının kənarında gizlənmiş nəhəng əjdahanı xatırladır. Tikilinin damında memarlar şüşə və metal konstruksiyalardan inanılmaz gözəl və mürəkkəb tor icra ediblər.

Madrid-Baraxas Hava Limanı, 4-cü Terminal, İspaniya

Bu şah əsər 2006-ci ildə tikilib. Bambukla örtülmüş və rəngarəng sütünlarla saxlanılan yüngül dalğalı damın altından hər il təxminən 35 milyon sərnişin keçir. Hava limanın əsas nailiyyəti vizual effektlərin köməyi ilə yaradılmış xüsusi ab-havadır. Məkanı dolduran şüşə panellər və yumşaq işıq, dinclik, əmin-amanlıq, harmoniya hissi yaradır və səyahət edənlərin gərginliyin aradan qaldırır.

Con Kennedi adına Hava Limanı, 5-ci Terminal, Nyu-York, ABŞ

Hava limanı hələ 1962-ci ildə inşa edilib. Tikili özündə mücərrəd uçuş rəmzini əks etdirdiyi üçün “qanadlı çayka” ləqəbinı alıb. Hava limanlarının tarixində ilk dəfə olaraq məhz burada elektron tablo, yük konveyerləri və hətta kabel televiziyası istifadəyə verilib. Burada siz heç bir başqa yerdə olmadığı kimi təyyarə ilə səyahət etməyin həyəcanını hiss edə bilərsiniz.

Karrasko Beynəlxalq Hava Limanı, Montevideo, Uruqvay

Bu hava limanı həssas uşaq rəsmini xatırladır. Nəhəng qövs formalı tikili sanki yerli landşafta uyğunlaşdırılıb. Onun altında geniş və işıqlı zalları yerləşir. Günbəz şüşədən ibarət olduğu üçün, bina təbii işıqlandırmadan maksimum istifadə edir. Terminaldan uçuş-enmə zolaqlarına gözəl mənzərə açılır. Ümumiyyətlə hava limanının rahat zalları və meydançası səyahətçilərin və onların yaxınlarının rahatlığı məqsədilə hazırlanıb.

Sondika Hava Limanı, Bilbao, İspaniya

Reytinqdə növbəti ispan hava limanı 2000-ci ildə inşa edilib və dərhal gözəl “la paloma” (“göyərçinim”) ləqəbini alıb, çünki öz çevrəsinə görə tikili quşu xatırladır. Terminalın interyeri gözəl memarlıq elementləri ilə bəzədilib. Ümumilikdə dizayn sözlə ifadə oluna bilməyən müasir barokko üslubundadır və bir çox sərnişinlərə tanınmış memar Qaudinin şedevr tikililərini xatırladır.

Denver Beynəlxalq Hava Limanı, ABŞ

Bu hava limanı şah əsər necə olmalıdır kimi bütün təsəvvürləri təkzib edir. İstisnasız olaraq bütün sərnişinləri binanın çadırları xatırladan nəhəng damı heyran edir. Aeroportun tikintisi 4,8 milyard dollara başa gəlib. Tikilinin dam örtüyü, qışda günəş istisini saxlamağa imkan verən unikal əl işidir. Məhz bu bina dünyada ən davamlı qurğuların siyahısında birinci yeri tutmuşdur.

İnçxon Beynəlxalq Hava Limanı, Seul, Cənubi Koreya

2001-ci ildə açılışından etibarən bu hava limanı daim dünyanın ən yaxşı hava limanlarının reytinqinə düşür. Binada çox rahat infrastruktur yaradılıb ki, burada qolf meydançası, kazino, masaj otaqları, yataq otaqları və qış parkı yer alır. Tikilinin memarlığı turistləri parlaq-göy dənizin fonunda öz gözəlliyi ilə valeh edir və dərhal yerli mədəniyyət ilə tanış edir. Damın arkası ənənəvi koreya məbədini xatırladır. Bu hətta tikilməsindən 10 il sonra da öz gözəlliyi və unikallığı ilə hər kəsi valeh edən binadır.

Mərakeş Menara Hava Limanı, Mərakeş

Bu tikili bir hava limanından daha artıq. Binanı “zaman maşını” adlandırırlar. Memarlar binanın möhtəşəm konstruksiyasına vəhdət halında müasir dövrün həyat və texnologiyalarını yerli qədim şərq ənənələri ilə birləşdirib. Zərif, ağ, havalı bina çox gözəl sarayı xatırladır. Orijinal pəncərələrdən daxil olan işıq otaqlara qəribə naxışlar salır. Ətraf mühitin qorunması üçün hava limanının damında lazımi enerjini generasiya edən 72 fotoqalavanik piramida yerləşir.

Çxeklapkok Hava Limanı, Honkonq

Bu hava limanı da həmçinin dəfələrlə ən yaxşı hava limanı kimi beynəlxalq mükafatlara layiq görülüb. Sərnişinlər burada asanlıqla bələd ola bilərlər ki, bu da uzun yol və yorucu uçuşlardan sonra çox vacibdir. Bundan başqa, hava limanınin uğur və populyarlığını birbaşa şəhərin mərkəzinə gedən ekspress qatar təmin edir. 

Kansay Beynəlxalq Hava Limanı, Osaka, Yaponiya

Pentso Pianonun layihəsi üzrə inşa edilən bu hava limanı Osaka adasının yaxınlığındakı süni adada yerləşir. Bu qurğu tikiləndə onun tufanlara, yüksək sunamiyə və zəlzələlərə qarşı tab gətirə bilməsi nəzərdə tutulurdu. Belə ki, bir 1995-ci ildə Yaponiyada 7 bal gücündə zəlzələ zamanı tikili, təyyarənin qanadını xatırladan fenomenal konstruksiyası sayəsində zədələnməmişdir. Kansay, dünyada analoqu olmayan unikal tikilidir. O, dənizdə yerləşən yeganə hava limanıdır ki, dənizin suyu təyyarələrin yerə enmə və uçuş zamanı səs-küyünü azaldır.