Dünyanın ən böyük aeroportları

Hava nəqliyyatı günümüzün ən sürətli nəqliyyat vasitələrindən biridir. Təyyarə ilə səyahət etmək, digər nəqliyyatlarla müqayisədə olduqca sürətli, təhlükəsizdir və bəzən olduqca ucuzdur.

Gün ərzində yüzlərlə təyyarə reysləri, dünyanın bir tərəfindən digər tərəfinə səyahət edir. Böyük şəhərlərin hamısında demək olar ki, aeroport mövcuddur. Bu dəfə hər il dünyada 10 milyonlarla sərnişinə xidmət edən hava limanlarını sıralamağa çalışacayıq. Təkcə sərnişin sayına görə deyil, həm də ərazisinə görə ən böyük aeroportlar görəsən hansılardır? Gəlin onları birlikdə tanıyaq.

Aviabiletlərin qiyməti üçün tarix seçin

[tp_search_shortcodes slug=”1a1b9da9″ origin=”BAK” destination=”MOW” hotel_city=”Moscow, Russia, 6070, 12153, city, Russia” type=”avia_hotel” subid=”325″]

11. Domodedovo aeroportu (Rusiya)

Rusiyanın ən böyük aeroportu kifayət qədər yaşı olan Domodedovodur. Aeroport 1963-cü ildə inşa edilmişdir və illik 20 milyon sərnişini qarşılayıb, yola salır. Bəzən ölkə vətəndaşlarımızın ən böyük beş hava limanından biri hesab etdiyi Domodedova aeroportu, əslində böyüklüyünə görə dünyada 11 yerdədir.

10. Denver Beynəlxalq hava limanı (ABŞ)

142 km səhəsi olan aeroport, Amerika Birləşmiş Ştatlarının ən böyük hava limanlarından biridir. Aeroportun sərnişin sayı illik 47 milyon təşkil edir. Denver aeroportu uzaqdan qarlı təpəni xatırladır.

9. Honkonq Beynəlxalq hava limanı (Çin)

Honkonq aeroportu, şəhərdən 34 km aralıda yerləşir. Ən rahat hava limanlarından hesab olunan aeroportda bütün planlama və işarələr olduqca aydın əks edilib. Liman, illik 48 milyon sərnişinə xidmət edir.

8. Frankfurt hava limanı (Almaniya)

Bu aeroport il ərzində 52 milyon sərnişinə xidmət edir. Frankfurt hava limanında iki adi terminal, bir xüsusi şəxslər üçün terminal fəaliyyət göstərir. Limanda uçuş və eniş üçün, 4 xətt mövcuddur. İlk dəfə məhz bu aeroportda avtomatik baqaj sıralaması həyata keçirilib.

7. Charles de Gaulle aeroportu (Fransa)

Bu hava limanı illik 60 milyon sərnişinə xidmət edir. Avropada ən rahat hava limanlarından hesab olunan Charles de Gaulle aeroportunda iki stansiyadan ibarət dəmiryolu xətləri mövcuddur. Bu da sərnişinlərə öz növbəsində Fransanın istənilən şəhərinə yollanmaq imkanı yaradır. Parisdən 25 km aralıda yerləşən hava limanında 3 terminal daxili uçuşlar üçün, 1 terminal isə çarter reyslər üçün nəzərdə tutulub. Aeroportun daha bir üstünlüyü isə yaşıl otluğun üstünlük təşkil etməsidir. Bu səbəbdən hava limanında sərnişinlər tez-tez dovşanlara rast gələ bilir.

6. Dallas Beynəlxalq Hava limanı (ABŞ)

Bu Hava limanı da illik 60 milyon sərnişinə xidmət edir. Texasda ən böyük hava limanıdır. Hava limanında uçuş və eniş üçün 7 zolaq, 4 terminal mövcuddur. Bugünkü gündə aeroport yükdaşıma üçün də olduqca əlverişli hesab olunur.

5. Los Angels Beynəlxalq Hava limanı (ABŞ)

Los Angels Beynəlxalq aeroportunda, eniş və uçuş üçün 4 zolaq mövcuddur. Hava limanına 9 “U” hərfinə bənzər, terminal xidmət göstərir. İl ərzində limanda 60 milyon sərnişin qonaq olur.

4. Haneda Beynəlxalq Aeroportu (Yaponiya)

Bu aeroport Asiyanın ən böyük aeroportu sayılır. İlk öncə daxili reyslər üçün inşa olunsa da, bu gün əsasən beynəlxalq reyslər üçün istifadə edilir. Yaponiyanın bu aeroportu, il ərzində 70 milyon sərnişinə xidmət edir. Üst hissəsi “şlyapanı” xatırladan aeroport, geniş sahəyə malikdir. Aeroportda fiziki əngəlli insanlar, südəmər körpələr və uşaqlı analar üçün hər şey nəzərdə tutulub.

3. Heathrow Aeroportu (İngiltərə)

Dəniz səviyyəsindən aşağıda yerləşmə və şərqə qərbdən uçuş zolaqlarının istiqaməti bu nəqliyyat qovşağının əsas xüsusiyyətlərindən biridir. Uçuşlar demək olar ki, İngiltərənin paytaxtı Londonun üzərindən həyata keçirilir. Sərnişinlər üçün bərbər, kafe və istirahət üçün xüsusi otaqlar mövcuddur. İl ərzində aeroportda 70 milyona yaxın sərnişin qonaq olur.

2. O’Hare Beynəlxalq Hava limanı (ABŞ)

Hava limanı 1942-1943-cü ildə Çikaqo şəhəri ətrafında inşa edilmişdir. İllik 80 milyon sərnişinə xidmət edir. İlk kommersiya uçuşu 1955-ci ildə həyata keçirilib. Aeroportda 4 terminal, 9 zolaq, 189 təyyarə çıxışı mövcuddur.

1. Hartsfield–Jackson Atlanta (ABŞ)

Şəhərin 11 km aralığında yerləşən aeroport, dünyanın ən böyük aeroportudur. İl ərzində 92 milyon sərnişinə xidmət etmək iqtidarına malikdir. Aeroporta eyni anda 3 təyyarə eynə bilir. Amerikalılar bu hava limanını daha çox daxili uçuş üçün istifadə edir. Hava limanının sahəsi 5800000 kvadrat fut təşkil edir. Bu parametrlərinə görə Honkong və Bangoq aeroportlarından geri qalsa da, aeroportda 6 enmə zolağı mövcuddur. Hava limanının inşası 1926-cı ildə bitmişdir. 2015-ci ildə xidmət səviyyəsinin artırılması məqsədi ilə 9000.000.000$ əlavə investisiya edilmiş, bu səbəblə 120 milyon sərnişinə xidmət etmək iqtidarına malik olmuşdur.