Dünyanın ən çox yüklənən hava limanı

Dubay beynəlxalq aeroportu 2017-ci ildə 88,2 milyon sərnişinə xidmət göstərməklə, bu dəfə də dünyanın ən çox yüklənən hava limanı adını saxlayıb.

Yanvar, iyul və avqust aylarında rekord sərnişin axını – 8 milyondan artıq sərnişin qeydə alınıb.

Bildirilir ki, Dubay beynəlxalq aeroportunun sərnişinləri arasında Hindistan nümayəndələri (12 milyon sərnişin) üstünlük təşkil edib. Bu hava limanının xidmətlərindən Böyük Britaniya (6,4 milyon) və Səudiyyə Ərəbistanı (6,3 milyon) vətəndaşları da geniş istifadə edib. Rusiyalı sərnişinlərin sayı 28 faiz artaraq 1.339.534 nəfər təşkil edib.

Ötən il aeroport yeni aviaşirkətlərin – “Salam Air”, “Badr Airlines” və “Air Moldova”nın reyslərini qəbul etməyə başlayıb. Əmirliklərin “Emirates” və “Flydubai” daşıyıcıları isə müvafiq olaraq 3 və 10 yeni marşrut əlavə ediblər.