Dünyanın ən yaxşı 7 hosteli

Gilligan’s Backpackers Hotel and Resort

Ən yaxşı hostellərdə ümumi otaqlar da səliqəli və eleqant ola bilər.

YHA Castleton Losehill Hall, Derbişir, Böyük Britaniya

YHA Castleton Losehill Hall
Bu qəsrdə ucuz qiymətə qalmaq olar. Derbişirdəki müasir YHA Castleton Losehill Hall yataqxanası dəbdəbəli bağı, geniş yataq otağı, restoran və barı olan ingilis malikanəsinin divarları arasında açılıb. Burada Wi-Fi da pulsuzdur.

Equity Point Hostel, Mərakeş

Equity Point Hostel

Mərakeşin bütün xarakterini burada hiss etmək olar. Yataqxana düz mərkəzdə yerləşir. Qiymətə səhər yeməyi daxildir. Hovuzlu böyük daxili həyət də var.

PLUS Berlin, Berlin, Almaniya

PLUS Berlin

PLUS Hostels yataqxana şəbəkəsi ən geniş olmasa da burada gözəl hovuzuna (10:00-dan 22:00-a qədər işləyir), fitnes-zalına, saunasına, cümə axşamları yoqa məşğələləri və damda bara görə qalmağa dəyər.

Home, Lissabon, Portuqaliya

Home, Lissabon, Portuqaliya
Lissabon yataqxanasını hətta otel də adlandırmaq olar. Təmiz geniş çarpayıları var. Axşam yeməyi çox dadlıdır və böyük ümumi masa arxasında verilir. Giriş 24 saatdır.

Granada Inn Backpackers, Qranada, İspaniya

Granada Inn Backpackers
Bu, Qranadada yaşamaq üçün ən ucuz variantlardan biridir. Otaqlarda mətbəx, seyf var. Bəzilərində daxili həyətə açılan balkonlar da var. Giriş 24 saatdır.

Gilligan’s Backpackers Hotel and Resort, Kerns, Avstraliya

Gilligan’s Backpackers Hotel and Resort
Barlı nəhəng hovuz Gilligan’s Backpackers Hotel and Resort yataqxanasının mərkəzi sayılır. Burada həyat qaynayır. Gündüzlər çimərlik voleybolu, axşamlar isə rəqslər təşkil olunur. Qonaqlara pulsuz yataq ağları və aeroportdan qarşılama təqdim olunur.

Kex, Reykyavik, İslandiya

Kex
Reykyavikin mərkəzində köhnə fabrikin ərazisində yaradılmış Kex yataqxanası qədim mebellərlə bəzədilib. Təbii səhər yeməyindən sonra yeməkxanadan canlı konsert keçirilən kitabxanaya yollanmaq olar.