Aybilet.az logo
Search
Close this search box.
Düzgün və cədvələ uyğun aviareyslər necə seçilməlidir?

Düzgün və cədvələ uyğun aviareyslər necə seçilməlidir?

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Müntəzəm və ya çarter reyslərin arasında seçim etmək üçün onlar haqqında təsəvvürə malik olmaq lazımdır.

Müntəzəm aviareyslər

Müntəzəm reyslər – hökumətlər arası sazişlər əsasında təsbit edilən və il boyu xidmət edən reyslərdir. Müntəzəm reyslərlə uçuşların xüsusiyyətləri:

“Müntəzəm” təyyarələr cədvəl üzrə uçuşlar edir. Uçuş hətta təyyarədə yalnız bir sərnişin olsa belə həyata keçiriləcək. Bir qayda olaraq, belə təyyarələr cədvəldə uçuş üçün ən münasib vaxtadır. “Müntəzəm” təyyarələrin fərqləndirici cəhəti  – uçuşun dəqiq vaxtı, gecikmələrin və yubanmaların olmamasıdır.

Belə təyyarələrin salonu üç sinifə bölünür:

  • birinci sinif;
  • biznes sinif;
  • ekonom sinif;

Uçuş zamanı bütün sərnişinlərə bir sıra xidmətlər təklif olunur: qidalanma, yeni mətbuat və s.

Müntəzəm reyslərin yüklənməsi müəyyən istiqamətlərə olan uçuşların tələbatını formalaşdırır. Uçuşların sayı həftədə bir dəfədən gün ərzində bir neçə reysə qədər dəyişə bilər.

Müntəzəm aviareyslər üçün biletləri hər iki istiqamətdə almaq olar. Həmçinin burada tarif seçimi imkanı, gənclər və təqaüdçülər üçün endirimlər, eləcə də daimi müştərilər üçün bonusların istifadə imkanı var.

Müntəzəm reyslərə aviabiletlərin dəyəri kifayət qədər yüksəkdir, bəzən qiymətlər çarter reyslərdən 3-4 dəfə daha baha olur.

Müntəzəm reyslər yalnız pis hava şəraiti, texniki və sairə səbəblərə görə ləngiyə bilər. Lakin, qeyd etmək lazımdır ki, müntəzəm aviareyslər çarter reyslərdən daha az ləngiyir.

Çarter reyslər

Çarter reysləri turizm operatorlarının sifarişlə yerinə yetirilir. Müntəzəm reyslərdən fərqli olaraq, çarter reyslərin daimi cədvəli yoxdur, onlar yalnız kurort mövsümündə ən populyar istiqamətlər üzrə təşkil edilir.

Bu reyslərə olan biletlərin qiyməti müntəzəm reyslərdən xeyli aşağıdır, lakin burada da öz mənfi cəhətləri var. Əgər, hər hansı səbəbdən sərnişin bileti istifadə etməsə, bu zaman onun dəyəri qaytarılmayacaqdır. Çarter təyyarələrin salonları siniflər üzrə bölünmür və bütün sərnişinlər bərabər şəraitdə uçuş edirlər. Çarter reyslər çox tez-tez yubanır.

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

istanbul

İstanbula 3 günlük səyahət

Əgər bu günə qədər sərbəst səyahət etməmisinizsə artıq bunu etməyin tam zamanıdır. Çamadanlarınızı hazırlayın İstanbula yollanırıq. Dil, din və mədəniyyət baxımından bizə

Ətraflı »