Aybilet.az logo
Search
Close this search box.
aviabilet

Ekonom sinifə aid olan aviabiletlərin üstünlükləri və çatışmamazlıqları

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Son zamanlar səyahət etməyi sevənlər, tez-tez ezamiyyətə gedənlər, doğmalarından ayrı yaşayanlar arasında ucuz büdcəyə uyğun reyslər sürətlə populyarlıq qazanır. Ekonom sinifə aid aviabiletləri əldə etmək hər bir sərnişinin öz işidir, amma hər halda dünyanı gəzmək, yaxınlarını ziyarət etmək üçün bu gözəl imkandır.

Ekonom sinifə aid aviabiletlərin malik olduğu üstünlükləri:

Ucuz biletlərin əsas üstünlüyü – onların qiymətinin aşağı olmasıdır. Belə biletlər xeyli miqdarda pul qənaət etməyə imkan verir və uçuş zamanı xüsusi narahatçılıq hissi yaratmır.

Ekonom siniflə səyahət edənlər aşağıdakılarla təmin edilir:

  • Təyyarəyə yerləşdirilmə. Bəzən ucuz biletlərində oturacaq yerin nömrəsi qeyd edilmir, lakin bu o demək deyil ki, belə hallarda sərnişin uçuşa buraxılmayacaq və ya onun üçün içki və qidalanma nəzərdə tutulmayıb;
  • Yemək və içkilər. Bəzi şirkətlər ekonom sinifə aid aviabiletlərin dəyərinə səhər yeməyi, nahar və şam yeməyini və bəzi içkiləri də daxil edir. Lakin S7 Airlines, Lufthansa və U teyr kimi aviaşirkətlərin sərnişinləri istənilən halda uçuş zamanı qidalanma xidmətindən istifadə edə bilir;
  • Çəki məhdudiyyətləri nəzərə alınaraq baqajın və əl yükünün pulsuz daşınması. Hətta çəki artıq gələrsə belə, bu məsələ əlavə ödəniş edilməklə həll oluna bilər.

Ekonom sinifə aid aviabiletlərin malik olduğu mənfi cəhətləri:

Qiymətdəki üstünlüyə baxmayaraq, ucuz reyslərin bəzi mənfi cəhətləri də var ki, bir çox sərnişinlər bunlara diqqət etmirlər. Ekonom sinifə aid aviabilet alanlar aşağıdakılardan məhrum olacaqlar:

  • Prioritet yerləşmə. Təyyarəyə qeydiyyat və yerləşmə canlı növbə qaydasında həyata keçirilir;
  • Əlavə xidmətlər. Uçuş zamanı əyləncələr və biznes sinifə aid bir sıra xidmətlərdən istifadə imkanı;
  • Rəngarəng menyu. Ucuz aviabilet sahibləri qeyri-məhdud sayda delikates, eksklüziv spirtli içkilərin seçimini edə bilmir;
  • Geniş məkan. Bir qayda olaraq, ekonom sinifdə oturacaqlar bir-birinə çox yaxın məsafədə yerləşir ki, bu da bəzi insanlarda diskomfort hissi yarada bilər;
  • Baqajın və əl yükünün daşınmasına görə çəki məhdudiyyətləri. Biznes sinifdə səyahət edən müştərilər özləri ilə daha yüksək çəkidə yük apara bilərlər.
Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT