Elektron aviabiletlər

elektron aviabilet

Hal-hazırda demək olar ki, bütün aviaşirkətlər online xidmət göstərirlər. Bu xidmətlərdən biri də elektron aviabiletlərin satışıdır. Elektron aviabiletlərdən istifadə edərkən sərnişinlər xeyli qənaət etmiş olurlar.

Kağız biletlərlə müqayisədə, elektron aviabiletlər bir sıra üstünlüklərə malik olduğu üçün, müasir dövrdə onlara tələbat daha da artır.

Elektron aviabiletlərin üstünlükləri:

  1. Elektron aviabiletləri artıq vaxt itkisi olmadan, internet üzərindən almaq mümkündür.
  2. Elektron biletlərdə sərnişinlər haqqında məlumat bir başa bazaya yükləndiyi üçün, biletləri kağız daşıyıcıda çap etməyə ehtiyac olmur.
  3. Elektron biletləri itirimək və ya korlamaq qorxusu yoxdur, çünki məlumatları internetdən yenidən əldə etmək mümkündür.
  4. Elektron aviabiletləri oğurlamaq və ya üzərində düzəliş etmək mümkün deyil.
  5. Elektron aviabiletləri günün istənilən vaxtı evdən çıxmadan əldə etmək mümkündür.
  6. Elektron sənədlərin qiyməti adətən daha ucuz olur.
  7. Elektron aviabilet əldə etmək üçün yalnız xarici pasport, kredit və ya debet kart və internetə çıxış lazımdır.
  8. Elektron biletləri siz həm özünüz, həm də dost-tanış üçün əldə edə bilərsiniz.
  9. Baqaj və ya təklif edilən digər xidmətləri sərnişin onlayn əldə edə bilər.
  10. Biletləri geri qaytarmaq, uçuş tarixini dəyişmək ə s. düzəlişlər etmək mümkünür.

Müasir zamanda elektron aviabilet əldə etmək üçün yüzlərlə sayt var. Aybilet.az saytı vasitəsi ilə də sərnişinlər öz istəklərinə uyğun seçim edə bilərlər.