Ən qısa və ən uzun oruc tutan ölkələr…

On bir ayın sultanı olan Ramazan bu il də ilin ən qızmar günlərinə təsadüf edib. Buna baxmayaraq müsəlmanlar uzun saatlarla ac-susuz qalaraq inandıqları dinlərinin şərtlərindən birini yerinə yetirirlər. Azərbaycan da oruc müddətinin ən çox davam etdiyi ölkələrdəndir. Ramazanda ucuz aviabilet alıb, başqa ölkəyə səyahət etmək istəyirsinizsə keçidi klikləyin.

Təqvimə əsasən, bu müddət 16-17 saata qədərdir. Lakin bundan daha uzun müddət oruc tutan ölkələrin də sayı az deyil.  Skandinaviya ölkələrində müsəlmanlar 22 saatdan çox oruclu qalırlar. İsveçin Kiruna, Norveçin Tromso şəhərləri, eləcə də İslandiyanın paytaxtı Reykyavik bu göstəriciyə görə liderdirlər. Oslo, Kopenhagen, Helsinkidə isə 20 saat oruc tutulur.

Müsəlmanların ən qısa müddət oruclu qalacağı yer isə Argentinanın Uşuaya şəhəridir – 9 saat.

Vətəndaşlarmızın Ramazan ayını ən yaxşı keçirdikləri ölkə hər zamankı kimi, Türkiyənin istanbul şəhəridir. Burada hər il ramazan abu-havası başqa cür olur. İstanbula ucuz aviabiletlər üçün klikləyin.

Lakin Omanda yerləşən Vekan kəndindəki müsəlmanlar yaşadıqları yerin təbiətinə görə hər il çaşqınlıq yaşayırlar. Dəniz səviyyəsindən 2 min metr hündürlükdə yerləşən kəndin dörd bir yanı dağlarla örtülüdür. Ona görə də Günəşin saat 11:00-da görünüb 14:30-da batdığı kənddə cəmi 3 saat yarım oruc tutulur. Lakin bəzi sakinlər ölkənin ümumi imsak və iftar saatlarından istifadə edir.