Aybilet.az logo
Search
Close this search box.
səyahət

Gələcək səyahətlər üçün 25 orijinal ideya

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

Yay macəralarının planlaşdırılması üçün ideal vaxt – qış mövsümüdür. İstirahətinizin beş ballıq sistem üzrə keçməsi üçün, məzuniyyətə əvvəlcədən hazırlaşaraq gələcək planları müzakirə etmək, səyahət üçün yeni yerlər kəşf etmək lazımdır. Ən başlıcası isə heyranedici ideya fikirləşərək səyahəti onun üzərində qurmağa çalışın. Burada sizə bəzi ideyalar haqqında məlumat verəcəyik.

  1. Bütün qitələri gəzmək. Antarktida bu siyahıda ən çətin yer olsa da, onu görməyə dəyər.
  2. Bir ölkədən digərinə velosiped vasitəsi ilə keçmək. Veloturizmin öz danılmaz üstünlükləri var ki, bu sürətdən başqa həm də təbiətə yaxınlığıdır.
  3. Fil üzərində gəzinti. Əgər siz artıq atın, eşşəyin, camışın və digər qoşadırnaqlı heyvanların üzərində gəzmisinizsə, bu zaman cəngəlliklərə səyahət edərək ekzotik heyvanlarla tanışlığa başlaya bilərsiniz.
  4. Yerli insanların əhatəsində ən azı bir ay yaşamaq. Başqa ölkəyə səyahət edərək ona turist gözü ilə deyil, həmin ərazidə yaşayan adi adamların prizmasından baxmaq sizə bir başqa zövq verəcək. Bu təcrübə sizin səyahətlərə olan münasibətinizi dəyişəcək.
  5. Musiqi üzrə mədəni səyahət etmək. Yamayka musiqiçiləri ilə əylənmək və ya caz musiqisinin beşiyi olan ölkəyə səyahət etmək.
  6. Xarici dil öyrənmək. İstənilən xarici dil biliklərini yaxşılaşdırmaq üçün uyğun yaşayış mühitinə düşməkdən yaxşı heç nə yoxdur.
  7. Hindistanı qatarla gəzmək. Deyirlər ki, bu tədbir paraşütlə tullanma üzrə ekstremallıq dərəcəsindən geri qalmır.
  8. Yeddi ən uca zirvələrdən birinə qalxmaq. Bu sizə böyük fiziki və maddi xərc bahasına başa gələ biləcək səyahət olsa belə, həm də bütün həyatınız boyu yadınıza salacağınız nailiyyətlərdən biri olacaq.
  9. Akvalanqla sualtı dünyanı seyr etmək. Subtropiklərin sualtı dünyası hətta ən təcrübəli səyyahları belə biganə qoymayacaq.
  10. Braziliya karnavalında iştirak etmək. Bu böyük karnavallar və əyləncəli ritmlər şəhərində sizin sakit gecəniz olmayacaq.
  11. Serfinqlə məşğul olmaq. Serfinq o qədər maraqlı və əyləncəli məşğuliyyətdir ki, bəzi insanlar bütün işlərini ataraq iri dalğalar olan sahillərə üz tuturlar.
  12. Öz səyahətiniz haqqında məqalə dərc edin. Nəşr və ya dərc eləmək üçün material yığmaq həvəsi sizin səyahətlərinizə yeni məna verə bilər.
  13. Könüllü iş. Beynəlxalq xeyriyyə təşkilatlarının birinə qoşularaq, siz səyahətinizi həm də ictimai faydalı işlə bir yerdə edə bilərsiniz.
  14. Öz sevimli qəhrəmanınızın marşrutunu təkrarlayın. Uşaqlıqda oxuduğunuz əsərlərdə məşhur səyyahların gəzdiyi yerlərə səyahət edin.
  15. Nəhəng çayların mənbələrinə səyahət edin. Nil, Amazon və ya Dnepr kimi böyük çaylar kiçicik bulaqdan başlayırlar. Bu yerləri görmək, həqiqətən də çox təsirli mənzərədir.
  16. Sevdiyiniz yeməyin vətənini araşdırın. Bizim menyuda digər xalqlar tərəfindən gələn bir sıra yeməklər var. Onların bir çoxu öz əvvəlki formasını itirərək xeyli dəyişiblər. Buna görə siz, əsl italyan pitsasının necə hazırlandığını öyrənmək üçün onun vətəninə səyahət edə bilərsiniz.
  17. Qanq çayında çimmək. Deyirlər ki, bu müqəddəs çaya girdikdən sonra insanın mənəvi şəxsiyyəti yenidən doğulur.
  18. Qeybə çəkiləcək olan dünyanın şəklini çəkmək. Bildiyiniz kimi, planetimiz sürətlə dəyişir, bəzi bitki və heyvanlar, həyat tərzi və s. də dəyişərək yeni formalar alır. Siz isə öz növbənizdə bu dəyişiklikləri fotolara yaxalaya bilərsiniz.
  19. Müxtəlif xalqların tarixi geyimlərindən qalereya düzəldin və ya sökülməkdə olan köhnə evlərin şəkillərini çəkin.
  20. Tematik yarışlarda iştirak edin. Dünyada hər il onlarla beynəlxalq qaçış, yürüş üzrə yarışları keçirilir ki, bura bütün dünyadan yüzlərlə turist gəlir. Öz səyahətinizi bu yarışlardan birinə həsr edin.
  21. Ölkə sərhədini ictimai nəqliyyatda keçin. Öz ölkənizin və ya digər ölkənin müxtəlif sahələrinə elektrik qatarların və avtobusların pəncərəsindən baxaraq səyahət edin.
  22. Öz kumirinizin şöhrət yerini ziyarət edin. Hər kəsin bənzəmək istədiyi qəhrəmanı var. Uşaqlıqdan pərəstiş etdiyiniz insanla bağlı yerləri araşdırmağa çalışın.
  23. Sivilizasiyadan kənar şəraitdə neçə gün qala biləcəyinizi yoxlayın. Keçilməz cəngəlliklərdə, əlçatmaz dağlarda və ya sadəcə meşədə vaxt keçirərək, siz həm yaşam təcrübəsi alacaqsınız, həm də ruhunuz mənəvi təmizlənəcək.
  24. Məşhur filmlərin çəkiliş yerlərini ziyarət edin. Hər birimizin qəlbimizdə iz buraxdığı sevimli filmi və ya serialı var. Çəkilişlərin olduğu şəhərlərlə yaxından tanış olun.
  25. Pulsuz gediş-gəlişdə rekord vurun. Bəzi insanlar iri məsafələrə bir qəpik xərcləmədən səyahət edə bilir. Siz də bu sahədə özünüzü sına bilərsiniz.
  26. Ekzotik vərdişləri öyrənin. Ən yaxşı modelyerlər İtaliyada olur, gənc yoqalar üçün yol məhz Hindistandan keçir. Bu ölkələrə səyahət edərək gizli biliklər əldə edin və öz işinizin ustası olmaq üçün mötəbər ab-havaya düşün.

Sizə maraqlı və unudulmaz səyahətlər arzu edirik!

Facebook
Twitter
LinkedIn
Pinterest
WhatsApp

XƏBƏRLƏR

SƏRBƏST SƏYAHƏT

buckingham palace

Bukingem Sarayı

Bukingem Sarayı – II Yelizavetanin Londondakı rəsmi iqamətgahıdır. Vestminster ərazisində yerləşir. Teyburn çayının kənar sahillərinə təsadüf edir. Ərazisi bataqlilarla zəngin olan bu

Ətraflı »